Monetra Finance-ə yeni direktor təyin olunub
2013-cü ildən fəaliyyət göstərən Valisoy Group-un törəmə şirkəti olan Monetra Finance-də rəhbər vəzifəsinə yeni təyinat həyata keçirilib.
Marja xəbər verir ki, Şirkətin direktoru vəzifəsinə Allahverdiyeva Səbinə Əfqan qızı təyin olunub.
Allahverdiyeva Səbinə Əfqan qızı bu təyinata qədər Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyində mühasibatlıq şöbəsində çalışıb və dövlət idarəçiliyi, hüquqi tənzimləmə, korporativ idarəetmə və təşkilati proseslər sahəsində peşəkar təcrübə qazanıb.
Monetra Finance bildirir ki, yeni rəhbər təyinatı şirkətin inkişaf strategiyasının davamı olaraq həyata keçirilib. Məqsəd korporativ idarəetmənin daha da gücləndirilməsi, müştərilərə təqdim olunan xidmətlərin keyfiyyətinin artırılması və rəqəmsal maliyyə həllərinin genişləndirilməsidir.
Monetra Finance Valisoy Group tərkibində fəaliyyət göstərən maliyyə və konsaltinq şirkəti olaraq mühasibatlıq, vergi, maliyyə menecmenti, əməkhaqqı və kadr uçotu, maliyyə konsaltinqi, elektron vergi xidmətləri və korporativ həllər sahəsində xidmət göstərir.
Şirkət rəhbərliyi qeyd edir ki, yeni idarəetmə dövründə xidmət portfelinin genişləndirilməsi, innovativ həllərin tətbiqi və müştəri məmnuniyyətinin daha da artırılması əsas prioritet istiqamətlər olacaq.
Monetra Finance qarşıdakı illərdə Azərbaycanın aparıcı maliyyə və konsaltinq şirkətlərindən birinə çevrilməyi və beynəlxalq standartlara uyğun xidmətlərini daha da inkişaf etdirməyi hədəfləyir.
Şirkət sahibkarlara və korporativ müştərilərə aşağıdakı istiqamətlər üzrə peşəkar xidmətlər təqdim edir:
- Mühasibatlıq xidmətləri
- Vergi məsləhətləri və vergi planlaşdırılması
- Maliyyə meneceri xidməti
- Maliyyə konsaltinqi
- Əməkhaqqı və kadr uçotu
- Şirkətlərin qeydiyyatı və korporativ xidmətlər
- E-qaimə və elektron vergi əməliyyatları
- Maliyyə hesabatlarının hazırlanması
- Vergi yoxlamalarına hazırlıq və dəstək
- Sahibkarlar üçün kompleks maliyyə həlləri
Monetra Finance müasir texnologiyalar, peşəkar komanda və şəffaf idarəetmə prinsiplərinə əsaslanaraq biznes subyektlərinin maliyyə dayanıqlığının gücləndirilməsinə və davamlı inkişafına dəstək göstərir.
Əlaqə: Ünvan: Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsi 78B
Mobil:
+994 50 224 26 28
+994 55 224 26 28
E-poçt: office@monetra.az
Web-sayt: www.monetra.az
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
1 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 12 saat əvvəl
- 17 saat əvvəl
-
18 saat əvvəl
“Biz elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!”
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ağdamda nəhəng zeytun təsərrüfatı yaradılıb – 10 min ton məhsul hədəflənir
-
1 gün əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
1 gün əvvəl
Ağdamda 24,9 milyon manatlıq yeni zavod – 100 nəfər işlə təmin olunacaq
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Noyabrın 9-da gözlənilən hava şəraiti - Leysan gözlənilir
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
Ərdoğan Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
























