970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda kiçik və parçalanmış torpaq sahələri birləşdiriləcək – İki rayon seçildi

Azərbaycanda torpaqlarla bağlı yeni mexanizm yaradılır – İLK DƏFƏ
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda kiçik və parçalanmış torpaq sahələri birləşdiriləcək – İki rayon seçildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli 1044 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda torpaqların konsolidasiyası mexanizminin yaradılması və pilot layihə olaraq tətbiq edilməsi üzrə tədbirin icrası çərçivəsində Dünya Bankı ilə birgə Qəbələ və Salyan rayonlarında torpaqların konsolidasiyası üzrə iki pilot layihənin həyata keçirilməsi nəzərdə tutulub.

Marja Kənd Təsərrrüfatı Nazirliyinə itinadən xəbər verir ki, pPilot layihələrin həyata keçirilməsində Türkiyə təcrübəsinin öyrənilməsi və bu sahədə əməkdaşlığın genişləndirilməsi məqsədilə Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Su İşləri İdarəsinin nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdə olub.

Səfər çərçivəsində Türkiyə nümayəndə heyəti Nazirliyin mütəxəssisləri ilə birlikdə Qəbələ və Salyan rayonlarında pilot layihələrin həyata keçiriləcəyi ərazilərə baxış keçiriblər. Ərazidə aparılan müşahidələr zamanı torpaq sahələrinin mövcud vəziyyəti, suvarma infrastrukturu və yerli şərait qiymətləndirilib. Həmçinin yerli icra hakimiyyətlərinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə müzakirələr aparılıb.

Sahələrdə aparılan ilkin təhlillər nəticəsində Qəbələ və Salyanda müəyyən edilmiş ərazilərin Azərbaycanda ilk dəfə həyata keçiriləcək torpaq konsolidasiyası layihələrinin icrası üçün əlverişli olduğu qeyd edilib. Türkiyə təcrübəsi əsasında layihələrin həyata keçirilməsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri ilə birgə ilkin yol xəritəsi hazırlanaraq müzakirə olunub.

Həyata keçirilən əməkdaşlıq torpaqların konsolidasiyası sahəsində beynəlxalq təcrübənin ölkəmizdə tətbiqinə, pilot layihələrin uğurla icrasına, eləcə də Azərbaycan və Türkiyə arasında aqrar sahədə tərəfdaşlığın daha da genişləndirilməsinə xidmət edəcək.

XXX

Torpaqların konsolidasiyası — bir fermerə və ya müxtəlif mülkiyyətçilərə məxsus, ayrı-ayrı yerlərdə yerləşən kiçik və parçalanmış torpaq sahələrinin daha iri, bütöv və səmərəli istifadə edilə bilən sahələr şəklində yenidən təşkil olunmasıdır.

Məsələn, fermerin müxtəlif yerlərdə yerləşən 4 kiçik torpaq sahəsi varsa, həmin sahələr dəyəri və məhsuldarlığı nəzərə alınmaqla bir bütöv sahə ilə əvəz edilə bilər.

Bu mexanizmin məqsədi:

• əkin və məhsul yığımını asanlaşdırmaq;

• texnikadan daha səmərəli istifadə etmək;

• suvarma sistemlərini yaxşılaşdırmaq;

• torpaq sərhədlərini və yolları optimallaşdırmaq;

• istehsal xərclərini azaltmaq;

• məhsuldarlığı artırmaqdır.

Torpaqların konsolidasiyası torpaqların dövlət tərəfindən alınması və ya mülkiyyət hüququnun ləğvi demək deyil. Proses adətən torpaq sahələrinin dəyişdirilməsi, yenidən bölüşdürülməsi və infrastrukturun təkmilləşdirilməsi yolu ilə həyata keçirilir. Mülkiyyətçilərin hüquq və maraqlarının qorunması isə əsas şərtlərdən biridir.

İş elanları AzVak.az-da

torpaqların konsolidasiyası torpaq sahələrinin birləşdirilməsi kənd təsərrüfatı torpaqları Qəbələ Salyan Türkiyə təcrübəsi Dünya Bankı Kənd Təsərrüfatı Nazirliyi Dövlət Su İşləri İdarəsi pilot layihə torpaq islahatı parçalanmış torpaq sahələri suvarma infrastrukturu fermer təsərrüfatları aqrar sektor torpaqların səmərəli idarə edilməsi ilkin yol xəritəsi Əmlak Məsələləri Dövlət Xidməti Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Azərbaycan–Türkiyə əməkdaşlığı aqrar tərəfdaşlıq kənd təsərrüfatının inkişafı dövlət proqramı.
27.07.2026 17:55
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19

Ən çox oxunanlar