“PAŞA Sığorta” 1-ci yarımildən 15 milyon manata yaxın xalis mənfəətlə çıxdı
“PAŞA Sığorta” ASC bu ilin 1-ci yarısının (yanvar-iyun) yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb. Şirkət yanvar-iyun aylarında 14,55 milyon manat xalis mənfəət əldə edib.
Gəlirləri 25%-dən çox artıb
Şirkətin yaydığı press-relizdə bildirilir ki, 6 ay ərzində “PAŞA Sığorta”nın gəlirləri ötən ilin eyni dövrünə nisbətən 25,2% çox – 191,8 milyon manat təşkil edib. O cümlədən şirkət əsas əməliyyat gəlirlərini 14,8% artıraraq 210 milyon manata, investisiya gəlirlərini 61,3% artıraraq 13,7 milyon manata, digər gəlirlərini isə 32,35% artıraraq 1,6 milyon manata çatdırıb və xalis sığorta ehtiyatlarının dəyişməsindən yaranmış 33,4 milyon manat zərəri artıqlaması ilə kompensasiya edib.
Şirkətdə müştəriyönümlülük qorunmaqdadır
“PAŞA Sığorta” I yarımildə 209,1 milyon manat sığorta haqqı toplayıb, 81,75 milyon manat sığorta ödənişi edib. Bunlar, illik müqayisədə müvafiq olaraq 14,7% və 25,9% çoxdur. Göründüyü kimi, şirkətin ödənişlərinin artım tempi yığımlarının artım tempini hələ də üstələyir, bu isə onun fəaliyyətində müştəriyönümlülüyün qorunmasından xəbər verir.
İnvestisiya portfelinin dəyəri 272 milyon manatı keçib
Son 1 ildə “PAŞA Sığorta”nın investisiya portfeli 17,5% artım nümayiş etdirərək bu il iyunun 30-na 272,3 milyon manat təşkil edib. Portfelin təxminən yarısı və yaxud 146 milyon manatı depozitlərdir. İl ərzində şirkətin banklarda yerləşdirdiyi vəsaitlərin məbləği 2,3 dəfə artıb. Depozitlərin yarım illik gəlirliliyi isə 2,5 dəfə artımla 6,4 milyon manata yüksəlib.
Hesabat tarixinə sığortaçı həmçinin 101,2 milyon manat dəyərində istiqrazlara, cümlədən 95,2 milyon manatlıq dövlət və 6 milyon manatlıq qeyri-dövlət istiqrazlarına malik olub. Onun digər investisiyalarının dəyəri isə 2,9% artımla 25,1 milyon manat təşkil edib. Yeri gəlmişkən, onun digər investisiyalarının 6 aylıq gəlirliliyi 11,2 dəfə artımla 3,6 milyon manata çatıb.
Aktivləri yarım milyard manata yaxındır
2026-cı il iyunun sonuna “PAŞA Sığorta” 468,8 milyon manatlıq aktivlərə malik olub. Bu 1 il əvvələ nisbətən 28,8% çoxdur. O cümlədən, şirkət aktivlər üzrə 93,2 milyon manat sığorta ehtiyatlarına malikdir ki, bu da 2025-ci il cari dövrü ilə müqayisədə 2,55 dəfə artım deməkdir.
Hesabat dövründə “PAŞA Sığorta”nın öhdəlikləri 38% artımla bu il iyunun 30-na 370,1 milyon manata yüksəlib. Şirkətin öhdəliklər üzrə sığorta ehtiyatları isə illik müqayisədə 37,1% çox – 310,7 milyon manat olub.
Sığortaçının balans kapitalı 98,7 milyon manat (3,1% çox), o cümlədən nizamnamə kapitalı 50 milyon manat (dəyişməyib) təşkil edib. Halbuki, Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi “Sığortaçının tələb olunan kapitalının minimum məbləği” 5 milyon manatdır. Bu isə “PAŞA Sığorta”nın kifayət qədər yüksək kapitallaşdığından, müştəriləri qarşısında öhdəliklərini yerinə yetirə bilməmək riskinin olmamasından xəbər verir.
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” şəhid ailələrinin 1-ci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi - FOTO
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 31 d. əvvəl
-
45 d. əvvəl
Azərbaycanda nəhəng Data Mərkəzi layihəsi – BƏƏ şirkəti ilə memorandum imzalandı
-
-
1 saat əvvəl
Ərəb şirkəti Naxçıvanda mineral ehtiyatların axtarışına qoşulur
-
1 saat əvvəl
Çində pərakəndə satış proqnozdan zəif artıb, investisiyalarda geriləmə dərinləşib
-
13 saat əvvəl
İlham Əliyev aldığı mükafatın pulunu Qarabağ Dirçəliş Fonduna köçürür
-
14 saat əvvəl
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
-
14 saat əvvəl
Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb
-
14 saat əvvəl
PAKDAD şəhid və qazi övladlarına çanta və məktəb ləvazimatları hədiyyə etdi
-
15 saat əvvəl
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri şirkətləri saziş və sənədlər imzaladılar
-
15 saat əvvəl
Bakıda dövlət qurumlarında iş saatları dəyişir – Sentyabrın 15-dən başlayır
-
15 saat əvvəl
Nazir: Bakalavr üzrə dördillik ixtisasların bəzilərini üçillik etmək olar
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Rəsmi məzənnələr açıqlandı
Ərəb şirkəti Naxçıvanda mineral ehtiyatların axtarışına qoşulur
Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb
Ən çox oxunanlar
Sabahdan Bakının marşrut xətlərinə 2530 avtobus buraxılır
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






























