"Bütövlükdə Avropa Şurasından çıxmağımızı nəzərdə tuturuq"
İyulun 13-də Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. Mərasimdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirirb:
"Yeri gəlmişkən, biz Avropa İnsan Hüquqları Məhkəməsinin hakimlərinə səs verməmişik və bu səbəbdən Azərbaycan məhkəmə qərarlarını tanımır, çünki biz bilmirik o insanlar kimlərdir. Biz buna səs verməmişik. İki ildən artıqdır ki, ayrı-seçkiliyə məruz qalırıq. Sizə açıq deyə bilərəm ki, biz hökumətimizdə AŞPA-da üzvlüyümüzün nəinki dondurulmasını, həmin təsisatdan tam çıxmağı da ciddi şəkildə nəzərdən keçiririk. Yəni bütövlükdə Avropa Şurasından çıxmağımızı nəzərdə tuturuq.
Lakin Avropa Şurasının Baş katibi cənab Alen Berse mənə yaxınlaşaraq bunu etməməyi xahiş etdi ki, vəziyyətin yaxşılaşdırılması üçün çıxış yolu tapılsın və mən bunu hələlik dayandırdım. Lakin əfsuslar ki, həmin vaxtdan etibarən heç nə baş vermir. AŞPA-dan Azərbaycana qarşı çox müəmmalı və ultimatum formasında bəzi tələblər var ki, onlar tamamilə qəbuledilməzdir. Əlaqələri biz pozmamışıq, onlar pozublar. Onlar bizi hər hansı legitim əsas olmadan səsvermə hüququndan məhrum etdilər. Belə olan halda nə edilməlidir? Onlar Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnu bərpa etməlidirlər və ondan sonra Azərbaycanın nümayəndə heyəti qayıdacaq. Bu, dəqiqliklə dediyim kimi olmalıdır, əksinə olmalı deyil!
Biz onlara qarşı heç bir səhv addım atmamışıq. Həmin ədalətsiz hərəkəti onlar ediblər və buna görə onlar da cəsarət tapıb geriyə çəkilməlidirlər, böyük səhvə yol verdiklərini etiraf etməlidirlər. Bilirsiniz, mən məsələ ilə bağlı öz fikrimi dəfələrlə bildirmişəm. Əgər Azərbaycan Avropa Şurasını tam tərk edərsə, ölkədə bunu hətta heç kəs hiss etməyəcək. Yəni orada olmaq və ya olmamaq çox şeyi dəyişmir.
Bilmirəm, orada olmaq bəlkə də daha yaxşı olardı. Biz toqquşma axtarmırıq və xüsusən də bir vaxtda ki, nəinki Avropa Şurası Parlament Assambleyası, o cümlədən Avropa Parlamenti dövri olaraq bizə yenə də hər hansı əsas olmadan hücum çəkir. Düşünürəm ki, onların Azərbaycana bir növ qərəzi var. Beş il ərzində onlar Azərbaycanı hədəfləyən 13 qətnamə qəbul ediblər və onlardan heç biri bizim üçün vacib deyil, onlardan heç biri burada hər hansı məsələyə təsir etmir. Beləliklə, əlbəttə, həmin təsisatlarla toqquşma deyil, normal münasibətlərin olması daha yaxşıdır. Amma bir daha deyirəm ki, bu, bizim seçimimiz olmayıb. Biz Avropa Şurasına 2001-ci ildə könüllü şəkildə qoşulmuşuq.
O vaxtlar həmin təşkilat fərqli idi və ümumiyyətlə, Avropa başqa idi. Biz Avropaya o istəklə və ümidlə daxil olurduq ki, üzvlük bizə əsas məsələnin - Qarabağ münaqişəsinin həllində, suverenliyimizin bərpasında kömək edəcək. Bir daha hesab edirəm ki, həmin məsələ ilə bağlı auditoriyanın çox vaxtını almaq istəmirəm.
Bununla belə, əhatəli sualınızı nəzərə alaraq, sizi və auditoriyanı nəyin baş verdiyi və nəyin görülməli olduğu haqqında məlumatlandırmaq istədim. Biz normallaşmaya hazırıq və ilk addımı onlar atmalıdırlar. Sağ olun".
Müştərilərin xəbərləri
Dövlət şirkətinin mənfəətində böyük sıçrayış – 6 ayda 38 dəfəyə yaxın artaraq 23 milyon manatı keçib
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
8 saat sonra
Nağd kredit: Faiz 9,9%-dən başlayır, komissiya 0%, müddət 59 aydır ®
-
1 saat əvvəl
Yeddi "OPEC+" ölkəsi oktyabrda neft hasilatı kvotalarını sentyabr səviyyəsində saxlayacaq
-
- 8 saat əvvəl
-
11 saat əvvəl
Qiymətlər 70%-dək endirilib - 1200 manat ucuzlaşan məhsul var ®
- 1 gün əvvəl
-
1 gün əvvəl
Citi FED-in növbəti faiz endirimi proqnozunu 2027-ci ilin iyununa keçirdi
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
55 min gözlənilirdi, 162 min oldu – ABŞ-dan bazarları silkələyən məşğulluq rəqəmi
-
2 gün əvvəl
“KollektA” 2,9 milyon manat mənfəət əldə edib – Aktivləri 37 dəfə artıb
-
2 gün əvvəl
Tramp FED-ə ultimatum verdi: "Faizləri endirin, yoxsa ticarəti dayandıraram”
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Nağd kredit: Faiz 9,9%-dən başlayır, komissiya 0%, müddət 59 aydır ®
Yeddi "OPEC+" ölkəsi oktyabrda neft hasilatı kvotalarını sentyabr səviyyəsində saxlayacaq
Azərbaycanın yeni dəniz silahları nümayiş etdirildi – FOTO
Azərbaycan neftinin qiyməti 104 dollara enib
Dünya bazarında taxıl, şəkər və süd bahalaşır
Dünyada ərzaq yenidən sürətlə bahalaşır - Qlobal ərzaq qiymətləri son 4 ilin ən yüksək səviyyəsinə çatıb
Bakıda yeni metro stansiyanın adı "20 Sentyabr" olacaq
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
Problemli kreditləri yığan şirkət bazardan 5 milyon manat cəlb edir - İnvestorlara 16% gəlir təklifi






















