970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

PAŞA Bankın IPO-su investorlarına qazanc gətirdi – Dividendlər ödənildi

PAŞA Bank 2025-ci il üzrə dividend ödənişinin ilk mərhələsini başa çatdırıb. İlk mərhələ çərçivəsində səhmdarlara ümumilikdə 53 milyon 521 min 500 manat məbləğində dividend ödənilib. Qeyd edək ki, PAŞA Bankın 2025-ci il maliyyə nəticələri üzrə ümumilikdə 107 milyon AZN məbləğində dividend ödənilməsi təsdiq edilib.
AzVak-mobil_resmin_ustu_31
PAŞA Bankın IPO-su investorlarına qazanc gətirdi – Dividendlər ödənildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

18 iyun 2026-cı il tarixində keçirilmiş PAŞA Bank ASC-nin Səhmdarların Ümumi Yığıncağının qərarına əsasən, Bankın 2025-ci il maliyyə nəticələri üzrə dividend ödənişinin ilk mərhələsi uğurla icra edilib.

Marja.az Banka istinadən xəbər verir ki, ilk mərhələ çərçivəsində səhmdarlara ümumilikdə 53 milyon 521 min 500 manat məbləğində dividend ödənilib. Dividend vəsaitləri Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi (MDM) tərəfindən 8 iyul 2026-cı il tarixində MDM-in apardığı səhmdarların reyestrində qeydiyyatda olan şəxslərin bank hesablarına köçürülüb.

Qeyd edək ki, PAŞA Bankın 2025-ci il maliyyə nəticələri üzrə ümumilikdə 107 milyon AZN məbləğində dividend ödənilməsi təsdiq edilib. Bankın səhmlərinin İlkin Kütləvi Təklifi (IPO) zamanı səhmləri əldə etmiş bütün fiziki və hüquqi şəxslər digər səhmdarlarla bərabər əsaslarla 2025-ci il üzrə dividend almaq hüququna malikdirlər.

Mövcud qanunvericiliyə uyğun olaraq, tənzimlənən bazarda kütləvi təklif edilmiş səhmlər üzrə dividend gəlirləri 1 fevral 2028-ci il tarixinədək fiziki şəxslərin gəlir vergisindən azaddır. Dividend ödənişinin ikinci mərhələsinin 2026-cı ilin oktyabr ayında həyata keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, PAŞA Bank ASC-nin səhmlərinin İlkin Kütləvi Təklifi 19 iyun 2026-cı ildə uğurla başa çatıb. Bu, Azərbaycan kapital bazarı tarixində ilk özəl şirkət IPO-su olmaqla yanaşı, həm fərdi, həm də korporativ investorlar tərəfindən böyük maraqla qarşılanıb. Təxminən 18 min unikal investorun iştirakı, 129,2% örtülmə nisbəti və 66,3 milyon AZN həcmində sifarişlə nəticələnən IPO investor bazasının genişlənməsinə, qiymətli kağızlar bazarına marağın artmasına və ölkədə kapital bazarının inkişafına mühüm töhfə verib.

PAŞA Bank PAŞA Bank ASC dividend ödənişi 2025-ci il dividendi 107 milyon manat dividend 53 milyon 521 min 500 manat dividendin ilk mərhələsi dividendin ikinci mərhələsi oktyabr 2026 8 iyul 2026 18 iyun 2026 Səhmdarların Ümumi Yığıncağı PAŞA Bank səhmdarları səhmdarlara dividend Milli Depozit Mərkəzi MDM səhmdarların reyestri bank səhmləri PAŞA Bank IPO İlkin Kütləvi Təklif 19 iyun 2026 Azərbaycanın ilk özəl şirkət IPO-su kapital bazarı qiymətli kağızlar bazarı dividend gəlirləri dividend vergisi gəlir vergisindən azadolma 1 fevral 2028 fiziki şəxslər hüquqi şəxslər fərdi investorlar korporativ investorlar 18 min investor 129 2 faiz örtülmə 66 3 milyon manat sifariş investor bazası Azərbaycan kapital bazarı səhm sahibləri investisiya bank sektoru dividend hüququ IPO investorları kapital bazarının inkişafı PAŞA Bank maliyyə nəticələri 2025-ci il maliyyə nəticələri bank dividendləri Azərbaycan bankları
10.07.2026 18:20
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 4-cü_19