“AzerTelecom” və “DE-CIX”in əməkdaşlığı ilə internet mübadiləsi mərkəzi – “AZE-İX” istifadəyə verilir
“AZE-IX” (Azerbaijan Internet Exchange) Azərbaycanda yerli və beynəlxalq internet operatorları arasında birbaşa və sürətli trafik mübadiləsini təmin edəcək.(®) Regionun ən böyük beynəlxalq magistral operatoru “AzerTelecom” internet mübadiləsi (IX) mərkəzlərinin yaradılması üzrə dünyanın aparıcı şirkəti olan “DE-CIX” ilə strateji tərəfdaşlığa başlayır.
Tərəfdaşlıq çərçivəsində Azərbaycanda yerli və beynəlxalq internet operatorları arasında birbaşa və sürətli trafik mübadiləsini təmin edəcək “AZE-IX” (Azerbaijan Internet Exchange) internet mübadiləsi mərkəzi istifadəyə verilir.
“AZE-IX” yerli və beynəlxalq şəbəkələr, məzmun təminatçıları, bulud xidmətləri operatorları və müəssisələr üçün neytral platforma rolunu oynayacaq. Bu platforma trafik mübadiləsinin Azərbaycanda həyata keçirilməsini təmin edərək gecikmələrin azalmasına və magistral internet şəbəkələrinin performansının gücləndirilməsinə imkan verəcək.
Mərkəzin istifadəyə verilməsi Rəqəmsal İpək Yolu layihəsinin həyata keçirilməsində mühüm mərhələ olmaqla, Avropa, Asiya və Yaxın Şərq arasında məlumat mübadiləsi və rəqəmsal bağlantının əsas mərkəzlərindən biri kimi Azərbaycanın mövqeyini daha da gücləndirəcək.
“AzerTelecom” şirkətinin Direktorlar Şurasının sədri Emil Məsimov “DE-CIX” ilə tərəfdaşlığın əhəmiyyətini vurğulayaraq qeyd edib: “AZE-IX regional və qlobal şəbəkələr üçün əsas internet bağlantı qovşaqlarından birinə çevirilərək Azərbaycanı dünya internet mübadiləsi mərkəzləri xəritəsinə daxil edəcək”.
“Artıq 30 ildən çoxdur ki, “DE-CIX” regionlara rəqəmsal və texnoloji xidmətlərə çıxış imkanı istiqamətində mövcud olan boşluqları aradan qaldırmağa kömək edən neytral arabağlantı ekosistemləri formalaşdırır. Azərbaycanın Xəzər dənizi, Qara dəniz və Mərkəzi Asiya dəhlizlərinin kəsişməsində yerləşməsi onu yeni regional rəqəmsal bağlantı qovşağı üçün ideal məkana çevirir. Biz özünü doğrultmuş qarşılıqlı bağlantı modelimizi Azərbaycana gətirmək və ölkənin bağlantı ekosisteminin inkişafını dəstəkləmək üçün “AzerTelecom” ilə əməkdaşlıq etməkdən məmnunuq”, - deyə “DE-CIX” şirkətinin baş icraçı direktoru İvo İvanov bildirib.
“AZE-IX” internet mübadiləsi mərkəzi “DE-CIX”in Avropa, Yaxın Şərq, Afrika, Asiya və Amerikada 50-dən çox internet mübadiləsi platformasının fəaliyyətini təmin edən, beynəlxalq səviyyədə özünü doğrultmuş arabağlantı modeli əsasında qurulacaq.
“AzerTelecom” haqqında
“AzerTelecom” regionun ən böyük beynəlxalq magistral operatoru olmaqla internet trafikinin topdansatışı, tranziti, transmissiya və s. əlaqəli xidmətləri təqdim edir. “AzerTelecom” Avropa ilə Asiya arasında yeni rəqəmsal dəhlizin yaradılmasını nəzərdə tutan transkontinental “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) layihəsini həyata keçirir. “AzerTelecom” müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibində olan “Azerconnect Group”a daxildir.
“DE-CIX” haqqında
“DE-CIX” yüksəksəviyyəli qarşılıqlı bağlantı xidmətləri təqdim edir və Avropa, Yaxın Şərq, Amerika, Asiya və Afrikada operator və data mərkəzlərindən müstəqil fəaliyyət göstərən bir sıra internet mübadilə mərkəzlərini idarə edir. Şirkət müştərilərinin qarşılıqlı bağlantı ehtiyaclarını qarşılamaq üçün yüksək texniki keyfiyyət və qabaqcıl dəstək xidmətləri təqdim edir. “DE-CIX” qarşılıqlı bağlantı xidmətlərini davamlı olaraq təkmilləşdirir və bu sahədəki ekspert təcrübəsi ilə müştərilərini dəstəkləyir.
Müştərilərin xəbərləri
Dövlət şirkətinin mənfəətində böyük sıçrayış – 6 ayda 38 dəfəyə yaxın artaraq 23 milyon manatı keçib
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
7 saat sonra
Nağd kredit: Faiz 9,9%-dən başlayır, komissiya 0%, müddət 59 aydır ®
-
2 saat əvvəl
Yeddi "OPEC+" ölkəsi oktyabrda neft hasilatı kvotalarını sentyabr səviyyəsində saxlayacaq
-
- 9 saat əvvəl
-
12 saat əvvəl
Qiymətlər 70%-dək endirilib - 1200 manat ucuzlaşan məhsul var ®
- 1 gün əvvəl
-
1 gün əvvəl
Citi FED-in növbəti faiz endirimi proqnozunu 2027-ci ilin iyununa keçirdi
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
55 min gözlənilirdi, 162 min oldu – ABŞ-dan bazarları silkələyən məşğulluq rəqəmi
-
2 gün əvvəl
“KollektA” 2,9 milyon manat mənfəət əldə edib – Aktivləri 37 dəfə artıb
-
2 gün əvvəl
Tramp FED-ə ultimatum verdi: "Faizləri endirin, yoxsa ticarəti dayandıraram”
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Nağd kredit: Faiz 9,9%-dən başlayır, komissiya 0%, müddət 59 aydır ®
Yeddi "OPEC+" ölkəsi oktyabrda neft hasilatı kvotalarını sentyabr səviyyəsində saxlayacaq
Azərbaycanın yeni dəniz silahları nümayiş etdirildi – FOTO
Azərbaycan neftinin qiyməti 104 dollara enib
Dünya bazarında taxıl, şəkər və süd bahalaşır
Dünyada ərzaq yenidən sürətlə bahalaşır - Qlobal ərzaq qiymətləri son 4 ilin ən yüksək səviyyəsinə çatıb
Bakıda yeni metro stansiyanın adı "20 Sentyabr" olacaq
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
Problemli kreditləri yığan şirkət bazardan 5 milyon manat cəlb edir - İnvestorlara 16% gəlir təklifi

























