970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3-ABB_21

ABB Özbəkistanın “Davr Bank”ına 100 milyon dollar yatırım edəcək

ABB Özbəkistan bazarına daxil olur.
iç səhifə xəbər başlığı altı (mobil)_31
ABB Özbəkistanın “Davr Bank”ına 100 milyon dollar yatırım edəcək
iç səhifə xəbər şəkil altı (mobil)_32

ABB səhmdarlarının qərarı ilə Özbəkistanın “Davr Bank”ından nəzarət səhm paketinin alınması barədə razılıq əldə olunub. Müqaviləyə əsasən, ABB bankın 51%-ni əldə etməyi planlaşdırır.

Bunu bu gün keçirilən mətbuat konfransında ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov deyib.

İlkin razılaşmanın müsbət olduğunu bildirən Abbas İbrahimov qeyd edib ki, prosesin maksimum sürətlə tamamlanması nəzərdə tutulur.

Bildirilib ki, sövdələşmədən sonra bank “ABB-Davr” adı ilə fəaliyyət göstərəcək.

ABB rəhbəri qeyd edib ki, ABB sözügedən banka 100 milyon dollar yatırım edəcək. “Davr Bank”ın aktivləri təxminən 1 milyard ABŞ dolları təşkil edir. Bankın 1,4 milyon müştərisi, 43 filialı və müştəri xidmət mərkəzi mövcuddur.

A. İbrahimovun sözlərinə görə, bank əsasən kiçik bizneslərlə işləyir və xarici maliyyə institutları ilə güclü əlaqələrə malikdir. O bildirib ki, “Davr Bank”ın 400 milyon ABŞ dollarından çox xarici maliyyələşməsi var.

ABB rəhbəri əlavə edib ki, tərəflər eyni maraq və strateji baxışı paylaşırlar.

İş elanları AzVak.az-da

© APA

08.05.2026 10:45
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-1_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19