BMW Group-un mənfəəti Çin bazarındakı sərt rəqabət səbəbilə azalıb
Almaniyanın lüks avtomobil istehsalçısı BMW Group-un xalis mənfəəti ötən il Çin bazarındakı güclü rəqabətin təsiri ilə 2024-cü illə müqayisədə 3% azalaraq 7,45 milyard avroya düşüb.
BMW, MINI və Rolls‑Royce markalarını özündə birləşdirən BMW Qrupu (BMW Group) 2025-ci il üzrə maliyyə nəticələrini açıqlayıb.
Marja.az xəbər verir ki, şirkət qlobal bazarlarda satışların düşməsinə baxmayaraq elektrikli avtomobil satışlarında artım əldə edib, lakin Çin bazarındakı itkilər və artan gömrük rüsumları səbəbindən ehtiyatlı mövqe sərgiləyib.
BMW Qrupunun ümumi gəlirləri ötən il 6,3% azalaraq 133 milyard 450 milyon avroya enib. Qrupun xalis mənfəəti isə 3% azalaraq 7,45 milyard avro olub.
Diqqət çəkən məqam isə BMW-nin mənfəətindəki azalmanın rəqibləri ilə müqayisədə daha məhdud qalmasıdır. Eyni dövrdə Almaniyanın avtomobil istehsalçıları Volkswagen və Mercedes‑Benz Group-un mənfəətləri təxminən yarıbayarı azalıb.
Şirkət bu geriləmənin əsas səbəbi kimi avtomobil sektorunda, xüsusilə Çin bazarında artan sərt rəqabət şərtlərini göstərib.
Digər tərəfdən, qrup dünya üzrə ümumi avtomobil tədarükünü 0,5% artıraraq 2 milyon 463 min 681 ədədə çatdırıb.
BMW ötən il tam elektrikli avtomobil satışlarını 3,6% artıraraq 442 min 56 ədədə yüksəldib. Bununla da ümumi satışlarda elektrikli avtomobillərin payı 17,9%-ə çatıb.
Şirkət Çin bazarında baş verən 12,5%-lik azalmanı, Avropada 7,3% və Amerika qitəsində 5,6% artımla qismən kompensasiya edib.
"Gömrük rüsumları mənfəətə təzyiq göstərəcək"
BMW proqnozlarında qlobal ticarət müharibələri və gömrük rüsumlarının əməliyyat mənfəətinə təzyiq göstərməyə davam edəcəyi barədə xəbərdarlıq edib. Xüsusilə ABŞ-dakı gömrük rüsumu qaydalarının mənfəət marjasını 1,25 faiz bəndi azalda biləcəyi vurğulanıb.
Müştərilərin xəbərləri
Ərəb şirkəti Qəbələdə premium yaşayış kompleksi tikir – Satışlar başlayıb, qiymətlər 130 min dollardan başlayır
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
12 d. əvvəl
Azərbaycanda dollar bolluğu: Əhali dolları daha çox satır – Alış satışdan 673 milyon dollar çox olun
-
-
19 d. əvvəl
Mərkəzi Bank faiz qərarının ictimaiyyətə açıqlanması qrafikinə dəyişiklik edib
- 24 d. əvvəl
-
49 d. əvvəl
Ağdərə rayonunda yerləşən “Dəmirli” Filiz Emalı Kompleksində 1 342 nəfər daimi işlə təmin olunub
- 58 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Pambıqçılıqda yeni dövr: John Deere-in güclü kombaynı Azərbaycanda - FOTOLAR
- 1 saat əvvəl
-
2 saat əvvəl
Asiya İnkişaf Bankı: Azərbaycan 2026-cı ilin sonunadək uçot dərəcəsini sabit saxlayacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Ağdərə rayonunda yerləşən “Dəmirli” Filiz Emalı Kompleksində 1 342 nəfər daimi işlə təmin olunub
ABŞ azərbaycanlı mütəxəssisə “Eynşteyn vizası” verib
Ərəb şirkəti Qəbələdə premium yaşayış kompleksi tikir – Satışlar başlayıb, qiymətlər 130 min dollardan başlayır
“Invest-AZ” xalis mənfəətini 6 dəfədən çox artırıb
Asiya İnkişaf Bankı: Azərbaycan 2026-cı ilin sonunadək uçot dərəcəsini sabit saxlayacaq
Rəsmi məzənnələr açıqlandı
Tramp: Razılaşma olmasa, İranı məhv edə bilərəm
“Invest-AZ”dan böyük yenilik – Treydinq tətbiqə gətirildi






















