"İPO prosesində əsas məsləhətçimiz Gürcüstanın "TBC Capital" şirkətidir"
"“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklifi zamanı Bankın səhmlərinin təxminən 5 faizinin, yəni 932 min 926 ədəd adlı səhmin bazara təqdim olunması planlaşdırılır".
Marja.az xəbər verir ki, bunu ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif (beynəlxalq terminologiyada: IPO – Inital Public Offering) üsulu ilə yerləşdirilməsinə hazırlıq mərhələsinə dair mətbuat konfransında Bankın İdarə Heyətinin üzvü, Baş maliyyə inzibatçısı Murad Süleymanov bildiririb.
O, səhmlərin nominal qiymətilə bağlı qeyd edib: "Əvvəlki strukturda bir səhmin nominal dəyəri kifayət qədər yüksək idi (33 min 300 manat - red). Hazırda isə biz səhmlərin xırdalanması (split - bir şirkətin səhmlərinin sayını artıraraq qiymətinin düşürülməsi) prosesini aparırıq ki, nominal qiymət daha əlçatan səviyyəyə düşsün. Məqsədimiz nominal qiymətin təxminən 20 manat ətrafında formalaşmasıdır. Bu da daha geniş investor kütləsinin iştirakını təmin edəcək".
"Təklif qiymətinin formalaşdırılması istiqamətində işlər aparılır"
"PAŞA Bank"ın Baş maliyyə inzibatçısısı bildirib ki, hazırda emissiya prospektinin yekunlaşdırılması, səhmlərin qiyməti və digər şərtlərlə bağlı çərçivələrin formalaşdırılması istiqamətində işlər aparılır:
"Səhmlərin təklif qiyməti və digər şərtlər bazar şəraiti, investor maraqları, qiymətləndirmə nəticələri, beynəlxalq təcrübə və əməkdaşlıq etdiyimiz məsləhətçi qurumların tövsiyələri əsasında müəyyən ediləcək və növbəti mərhələdə ictimaiyyətə açıqlanacaq".
"Əsas prioritet Azərbaycan vətəndaşlarıdır"
Murad Süleymanov vurğulayıb ki, əsas hədəflərdən biri "PAŞA Bank"ın səhmlərinin geniş investor kütləsi, xüsusilə fərdi investorlar üçün əlçatan olmasıdır. Məhz buna görə satış prosesinin həm rəqəmsal, həm də fiziki kanallar vasitəsilə rahat şəkildə qurulması planlaşdırılır:
"Səhmlərin alınması "PAŞA Bank", "PAŞA Kapital", "BirBank", "Birİnvest" platformaları, eləcə də digər investisiya şirkətlərinin mobil tətbiqi vasitəsilə mümkün olacaq. Eyni zamanda, PAŞA Bank və Kapital Bank-ın filial şəbəkəsi vasitəsilə də səhmlərin əldə edilməsi təmin ediləcək.
İnvestor kütləsinə baxdıqda biz yalnız yerli investorları deyil, həm də xarici vətəndaşları, eləcə də hazırda xaricdə yaşayan və çalışan Azərbaycan vətəndaşlarını, həmçinin institusional investorları – hüquqi şəxsləri, bankları və maliyyə qurumlarını da nəzərdə tuturuq. Onların da bu prosesdə iştirakına imkan yaradılacaq. Xarici vətəndaşlar və xaricdə yaşayan Azərbaycan vətəndaşları üçün də hüquqi baxımdan heç bir qadağa mövcud deyil. Bununla bağlı ətraflı məlumatı növbəti bir neçə həftə ərzində sizinlə daha detallı paylaşacağıq.
Bununla belə, bizim üçün əsas hədəf və prioritet Azərbaycan vətəndaşlarıdır. Məhz bu təbəqənin prosesdə fəal iştirakını təmin etmək üçün xüsusi səylər göstəririk. Qanunvericilik baxımından isə heç bir məhdudiyyət yoxdur. Bu mərhələdə təqdim edilən 5 faizlik səhm paketi yalnız Bakı Fond Birjası vasitəsilə, yəni yerli bazarda satışa çıxarılacaq".
"Səhmlərin iki-üç imkanlı investorun əlində cəmləşməsinə yol verilməyəcək"
Mətbuat konfransında bir daha təkrar edilib ki, struktur elə formalaşdırılacaq ki, kiçik məbləğlərlə də investisiya etmək mümkün olsun və İPO zamanı bazara təqdim ediləcək səhmlər yalnız bir neçə iri investorun əlində cəmləşməsinə - iki-üç imkanlı investorun gəlib bütün 5 faizlik paketi almasına yol verilməsin.
Prosesin mərhələləri ilə bağlı məlumatlar növbəti mərhələlərdə ictimaiyyətə açıqlanacaq.
"İPO prosesində əsas məsləhətçimiz Gürcüstanın "TBC Capital" şirkətidir"
Murad Süleymanov qeyd edib ki, İPO sadə proses deyil:
"Bu, çoxmərhələli və mürəkkəb bir prosesdir və həm yerli, həm də beynəlxalq təcrübənin birgə tətbiqini tələb edir. Məhz bu səbəbdən biz bu prosesi yalnız yerli deyil, beynəlxalq tərəfdaşlarla birlikdə həyata keçiririk. İPO prosesində əsas məsləhətçimiz Gürcüstanın "TBC Capital" şirkətidir. "TBC Capital" Gürcüstanda investisiya bankçılığı sahəsində aparıcı mövqeyə malikdir, London Fond Birjasında listinq olunmuş "TBC Bank"ın investisiya bankçılığı üzrə ixtisaslaşmış struktur bölməsidir və Gürcüstan bazarında təxminən 54 faiz bazar payına sahibdir.
Hazırda beynəlxalq məsləhətçilərimiz və yerli komandamız gündəlik əsasda sıx əməkdaşlıq edir. Məqsədimiz beynəlxalq təcrübəni yerli reallıqlarla uzlaşdıraraq hər mərhələdə düşünülmüş və balanslı qərarlar qəbul etməkdir".
Vəsaitin cəlb edilmsində məqsəd
Murad Süleymanov İPO nəticəsində cəlb ediləcək vəsaitin hansı məqsədlə istifadə ediləcəyini də açıqlayıb: "Bu vəsaitlər kredit portfelinin genişləndirilməsinə, bankın biznes istiqamətlərinin inkişafına yönəldiləcək. Məqsəd bankın dayanıqlığını və rəqabət qabiliyyətini məhz sizinlə birlikdə daha da gücləndirməkdir.
Eyni zamanda, investisiya mühiti baxımından bir neçə əsas amili qeyd etmək istərdim. Birincisi, Azərbaycan bu gün sabit və proqnozlaşdırıla bilən makroiqtisadi və siyasi mühitə malikdir ki, bu da uzunmüddətli investisiyalar üçün mühüm şərtdir. İkincisi isə PAŞA Bank güclü, premium brendə, ekosistem əsaslı məhsul və xidmətlər təqdim edən aparıcı korporativ bank statusuna sahibdir.
Bu gün PAŞA Bank maliyyə baxımından sabit və dayanıqlı mövqeyə malik bir bankdır. Maliyyələşmə mənbələrimiz şaxələndirilib, kapital mövqeyimiz güclüdür, gəlir göstəricilərimiz sabitdir və dividend ödənişlərimiz davamlı xarakter daşıyır. Şəffaf və müasir korporativ idarəetmə sistemi bankın əsas üstünlüklərindən biridir".
"Planımız İPO-nu may ayında yekunlaşdırmaqdır"
"PAŞA Bank"ın Baş maliyyə inzibatçısıs deyib: "Planımız ondan ibarətdir ki, may ayının ortalarına qədər abunə yazılışını elan edib prosesi yekunlaşdıraq. Bu o deməkdir ki, İPO çərçivəsində nəzərdə tutulan 5 faizlik səhm paketi həmin vaxta qədər satılacaq. Bu isə avtomatik olaraq o deməkdir ki, 2025-ci ildə bankın əldə etdiyi mənfəətdən dividend ödənişində yeni səhmdarlar da iştirak edəcəklər. Əsas mesaj budur ki, yeni səhmdarlar 2025-ci ilin mənfəətindən faydalanacaqlar".
Müştərilərin xəbərləri
AmCham-da AI gündəliyi – Cisco süni intellektə hazırlıq və rəqəmsal transformasiya təcrübəsini bölüşüb
Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir ®
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
49 d. əvvəl
Sabahdan 20 min manatdan yuxarı elektron köçürmələr izlənəcək
-
-
1 saat əvvəl
Xəzərdə nəhəng enerji layihəsi: “Abşeron”a 4,2 milyard dollar yatırılacaq
-
1 saat əvvəl
“Made in Azerbaijan” üçün yeni əməkdaşlıq memorandumu imzalandı
-
2 saat əvvəl
Rəqəmsal biznesə güzəştlərin qaydası dəyişir – ixrac edən daha çox dəstək alacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
13,3 milyon manatlıq kapitalı 200 manata endirilən şirkət “Grand Hayat” MTK oldu
-
2 saat əvvəl
Şirkətin kapitalı 113,8 milyon manata çatıb – 3 ayda 15 milyon manat artım
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda daha bir şirkət ləğv olunur – böyük şirkətə birləşir
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sabahdan 20 min manatdan yuxarı elektron köçürmələr izlənəcək
Prezident geri qaytardı, layihə təkmilləşdirildi, yenidən parlamentə təqdim edildi - vergi güzəştləri gündəmdə
Ən çox oxunanlar
PalmPay artıq “Bazarstore”da!
Azərbaycanda daha bir şirkət ləğv olunur – böyük şirkətə birləşir
SOCAR Green-in layihələri sığortalana bilər
İsrailə uçan təyyarənin qaçırıldığı təsdiqlənməyib — Səudiyyə Ərəbistanına təhlükəsiz enib
Azərbaycan neftinin son qiyməti
AmCham-da AI gündəliyi – Cisco süni intellektə hazırlıq və rəqəmsal transformasiya təcrübəsini bölüşüb
“AI” yox, “SI” – Tramp ABŞ hökumətində “süni intellekt” ifadəsini dəyişdi: Bundan sonra “super intellekt” deyiləcək

























