İstifadəçilərinin sayı 3 milyonu keçib, partnyor şəbəkəsi 4000-ə çatıb
Bir ekosistemi ötən ili yeniliklər və yüksək performansla bitirib2025-ci ildə ölkənin biznes və maliyyə mühitinə daxil olan Bir ekosistemi yenilikləri, innovativ həlləri ilə müştərilərinə yeni imkanlar yaradıb.
Birbank, Birmarket, m10 və MilliÖn kimi aparıcı brendlər və Trendyol Azərbaycan, BakıKart kimi birgə müəssisələrlə Bir ekosistemi müştərilərinə sürətli, rahat, sərfəli və təhlükəsiz xidmətlər təqdim edib.
İlin əvvəlindən etibarən həm müştərilər, həm də sahibkarlar üçün sürətli və təhlükəsiz ödəniş üsulu olan QR ödənişlərin əhatəsi Birbank-la 20 000 nöqtədə aktivləşdirilərək 40 000-ə çatdırılıb. Bu isə maliyyə sektorunda texnoloji yeniliklərin artmasına, əməliyyatların daha çevik və səmərəli idarə olunmasına dəstək olub.
İctimai nəqliyyatda istifadəçilərin həyatını rahatlaşdırmaq ötən ilin əsas hədəflərindən biri olubu. İlk olaraq Birbank tətbiqində BakıKart balansının artırılması ilə başlayan layihənin davamında Birbank-ın tətbiq etdiyi texnoloji dəstək sayəsində Bakı şəhəri üzrə fəaliyyət göstərən bütün avtobus marşrutlarında və “Bakı Metropoliteni” QSC-nin bütün stansiyalarında təmassız ödəniş (NFC) texnologiyasını tətbiq etmək mümkün olub. Üstəlik bu texnologiya yalnız Kapital Bank müştərilərini deyil, bütün bank sektorunu əhatə edib.
m10-a gətirilən ƏDV geri al imkanı da müştərilərin rəğbətini qazanıb. Birbank Yığım hesabı ilə müştərilərin pul vəsaitlərini idarə etmək və gəlir əldə etməklə bağlı stereotipləri qırıldı. İstifadəçilər üçün gündəlik gəlir gətirməyi hədəfləyən məhsul, hesablanan faizə də faiz qazandırmaqla ötən ilin starlarından biri olub.
Rəqəmsal yeniliklərdə sərhəd tanımayan Bir ekosistemi müştərilərinə investisiya dünyasının da qapılarını açmağı bacardı. Belə ki, 3 milyondan çox aktiv istifadəçisi olan Birbank ailəsinə tamamilə yeni mobil tətbiq – Birbank Invest qoşuldu. Bununla da dünyaca məşhur şirkətlərin səhmdarına çevrilmək, qlobal maliyyə bazarlarına çıxış əldə etmək bir klik qədər rahat, sürətli və təhlükəsiz olub.
Müştərilərin alış-veriş vərdişini dəyişmək, onlayn ticarəti daha sürətli, rahat və əlçatan etmək də ötən ilin uğurlu layihələrindən biri idi. Trendyol onlayn alış-veriş platformasında aktivləşdirilən “İndi al, sonra ödə” ödəniş üsulu Birbank mobil tətbiqində istifadəyə verildi. Alış-verişlərini 4 bərabər hissəyə bölərək 2 ay müddətinə edə bilmək imkanı müştərilər üçün əsl fürsət yaradıb.
Partnyor şəbəkəsi genişlənərək 4000-ə çatıb. Bu isə müştərilərə minlərlə satış nöqtəsində bonus qazanmaq və xərcləmək imkanı yaratdı. m10-la uzaqdakı yaxınlara pul göndərmək isə bir neçə klik qədər asanlaşıb. İlin sonunda təqdim edilən m10 tətbiqdaxili rəqəmsal kartı isə vəsaitlərin istifadəsini beynəlxalq səviyyəyə qaldırıb və istifadəçilərə dünyanın hər yerində rahat ödəniş imkanı tanııb.
Həmçinin, Bir ekosistemlə ölkədə inklüzivlik sahəsində tarixi yeniliyə imza atıldı. Azərbaycanın bank sektorunda ilk dəfə olaraq, eşitmə və nitq məhdudiyyətli müştərilər üçün “İşarət dili ilə videozəng xidməti” Birbank mobil tətbiqində istifadəyə verilib.
2025-ci ilin uğurlarından ilham alaraq, Bir ekosistemi 2026-cı ildə daha da genişlənməyi və yeni maliyyə innovasiyaları təqdim etməyi hədəfləyir. Əsas məqsəd müştərilərə daha da rahat, sürətli və təhlükəsiz xidmətlər təklif etmək, ölkənin maliyyə sektoruna daha çox yeniliklər gətirməkdir.
Bir ekosistem ölkənin aparıcı brendləri olan Birbank, Birmarket, m10 və MilliÖn brendlərini bir çətir altında birləşdirir. Eyni zamanda ekosistem Trendyol Azərbaycan və BakıKart kimi birgə müəssisələrlə əməkdaşlıq edərək həm təsir dairəsini genişləndirir, həm də müştəri təcrübəsini zənginləşdirir. Bu inteqrasiya sayəsində müştərilər partnyor şəbəkəsində və ictimai nəqliyyatda QR ödənişlərdən, Birmarket-də Birbank vasitəsilə kreditli alış-verişdən, Trendyol Azərbaycan-da Birbank taksit kartları ilə ödənişlərdən, vahid bonus proqramından və bir çox digər yenilikçi həllərdən faydalanırlar. Bütün bu imkanlar ekosistemin dörd əsas konsepti – Vahid giriş, Vahid bonus, Vahid ödəniş və Vahid kredit platforması üzərində qurularaq müştərilərə sürətli, rahat, sərfəli və təhlükəsiz xidmət təqdim edir.
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 11 saat əvvəl
-
-
12 saat əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bəzi yerlərdə intensiv yağış yağacaq, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
-
14 saat əvvəl
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
- 14 saat əvvəl
-
15 saat əvvəl
Mərkəzi Bank iyunun 22-dən yeni inzibati binada fəaliyyətini davam etdirəcək
-
15 saat əvvəl
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
-
15 saat əvvəl
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
Ən çox oxunanlar
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
Nuran Kərimov "AmCham Azərbaycan"ın yeni Prezidenti seçilib
























