Avropa Bankı AccessBank-a 20 milyon dollar ayırır
AYİB AccessBank-a gənclərə məxsus və gənclər tərəfindən idarə olunan Kiçik və Orta Sahibkarlıq subyektləri (KOS) üçün 20 milyon ABŞ dolları məbləğində kredit ayırırAvropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) mikro, kiçik və orta sahibkarlıq subyektlərinə (KOS) fokuslanan Azərbaycanın aparıcı banklarından biri olan AccessBank-a 20 milyon ABŞ dollarınadək (17,1 milyon avro) kredit ayırır.
Marja xəbər verir ki, razılaşmaya əsasən, AccessBank AYİB vəsaitlərini Azərbaycanın müxtəlif bölgələrində gənclərə məxsus və gənclər tərəfindən idarə olunan KOS-lara yönəldəcək. Bu vəsait onların böyüməsi, innovasiyaların tətbiqi və ölkənin iqtisadi inkişafına töhfə verməsi üçün zəruri kapitalı təmin edəcək.
Bu kredit həmçinin AccessBank-a bazarın strateji əhəmiyyətli seqmentinə çıxış imkanı verəcək və Azərbaycanda gənclərə məxsus və gənclər tərəfindən idarə olunan müəssisələr üçün güclü investisiya potensialını nümayiş etdirəcək.
Avropa İttifaqı (Aİ) bu krediti Avropa Davamlı İnkişaf Fondu Plus (EFSD+) çərçivəsində təqdim etdiyi "Qonşuluqda Maliyyə İnklüzivliyi" proqramı vasitəsilə ilkin zərər riskinin qarşılanması formasında dəstəkləyir.
Kredit Azərbaycanda AYİB-in “Gənclər Biznesdə” proqramı çərçivəsində verilən ilk maliyyə dəstəyidir və ölkənin gənc sahibkarlarını dəstəkləmək istiqamətində mühüm mərhələni qeyd edir. Kiçik və orta sahibkarlıq subyektləri güclü iqtisadiyyatların dayağıdır və gənclər sahibkarlığının dəstəklənməsi Azərbaycanın iqtisadiyyatını şaxələndirmək və özəl sektoru gücləndirmək baxımından həlledici əhəmiyyət daşıyır.
AYİB-in “Gənclər Biznesdə” proqramı artıq Mərkəzi Asiya, Misir, Mərakeş, Türkiyə və Qərbi Balkanlarda fəaliyyət göstərir. Proqramın məqsədi gənc sahibkarların mülkiyyətində və ya idarəçiliyində olan KOS-ların həm maliyyə, həm də qeyri-maliyyə xidmətlərinə çıxışını təmin etməkdir.
AYİB Azərbaycanda aparıcı institusional investor olaraq qalır və indiyədək ölkədə 200 layihə vasitəsilə 3,7 milyard avro investisiya yatırıb. Bankın Azərbaycan üzrə strategiyası qeyri-neft sektorunun və yerli maliyyə qurumlarının dəstəklənməsinə, həmçinin yaşıl iqtisadiyyata investisiyaların artırılmasına yönəlib.
Müştərilərin xəbərləri
TuranBank beynəlxalq əməkdaşlıq çərçivəsində gender bərabərliyinə dair strateji layihəni yekunlaşdırdı
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
4 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
4 gün sonra
Qızıl girovunuz başqa lombarddadır? Daha sərfəli şərtlə çıxarmaq mümkündür
-
- 1 gün sonra
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
P&G qida əlavələri istehsalçısı Thorne-u 3,8 milyard dollara alır
- 2 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Hydrotrans Engineering” gəliri demək olar dəyişmədən mənfəətini 21% artırıb
- 7 saat əvvəl
-
7 saat əvvəl
Tez xarab olan mallar üçün gömrük rəsmiləşdirilməsi sadələşdiriləcək
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
Dünyanın ən zəngin insanının şirkəti: SpaceX InvestAz-da! ®
BP-nin mənfəəti 2 dəfədən çox artıb - Tramp neft nəhənglərini “həddindən artıq pul qazanmaqda” ittiham edib
Spotify-ın abunəçi sayı 300 milyonu ötüb
SOCAR-ın prezidenti BYD-nin rəhbərşəxsi ilə görüşüb
Ən çox oxunanlar
Brent markalı neftin qiyməti 80 dollardan aşağı düşüb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB-nin 5 milyon manatlıq istiqrazlarına üçqat tələb
Manat üçün mühüm siqnal – Valyuta ehtiyatları daha sürətlə artır
Mühüm qərar: Maliyyə işçiləri belə davranmalıdır - Rəhbərlərin mükafatı etik davranışdan asılı olacaq























