"Park Yasamal"da 2, 3, 4 otaqlı və studiya mənzillər 15%-dən başlayan ilkin ödənişlə sizi gözləyir
(®) Kiçik büdcə ilə tam təmirli mənzil sahibi olmağı planlaşdırırsınız? “Kristal”ın “Park Yasamal” yaşayış kompleksi şəhərin mərkəzinə yaxın ərazidə müasir mənzil axtaranlar üçün ideal seçimdir.
Kompleksdə hər zövqə uyğun mənzillər cəmi 15%-dən başlayan ilkin ödənişlə təklif olunur. Burada həm tikintisi davam edən, həm hazır, həm də tam əşyalı mənzillər mövcuddur.
Tikintisi davam edən mənzillər münasib ilkin ödənişlə satışdadır:
— 51,22 kv.m, 2 otaq studiya mənzil – 20 207 manat;
— 57,23 kv.m, 2 otaq mənzil – 22 578 manat;
— 64,55 kv.m, 2 otaq mənzil – 24 981 manat ilkin ödənişlə!
Kompleksdə, həmçinin 37,86 m²-dən 120,47 m²-dək 2, 3, 4 otaqlı və studiya mənzillər mövcuddur.
“Park Yasamal” 3 saylı Bakı “ASAN xidmət” mərkəzi və "Bayraq" parkının yaxınlığında yerləşir. Kompleksdən şəhərin müxtəlif istiqamətlərinə qısa zamanda və rahat şəkildə hərəkət etmək mümkündür. Kaktus restoranından Yasamal gölü istiqamətində çəkilən yeni yol isə layihəyə giriş-çıxışı daha da rahatlaşdıracaq.

Mənzillərin divarları yüksək keyfiyyətli materiallarla izolyasiya olunur. Divarlarda istifadə edilən 100 mm daşyunu səsi udur və istiliyi qoruyur. Qonşu mənzillər arasında ümumilikdə 200 mm qalınlıq yaradılır ki, bu da səs izolyasiyasını daha da gücləndirir. Bundan əlavə, zərbəyə davamlı alçipan materialı mənzillərdə səssiz və komfortlu mühit yaradır.
Layihə böyük bir yaşayış kompleksinin davamı kimi inşa edilir və Yasamal gölünə açılan mənzərəsi ilə sakinlərə həm şəhərin rahatlığını, həm də təbiətin sakitliyini birlikdə təqdim edir.

Kompleks geniş infrastruktura malikdir: yaşıl və geniş həyət, ticarət obyektləri, istirahət zonaları, uşaq oyun meydançaları, klinika, məktəb, bağça və fitnes mərkəzi nəzərdə tutulub. Sakinlər üçün geniş və qapalı avtodayanacaq da təmin olunur ki, bu da sakinlər üçün parkinq problemini aradan qaldırır.
Bu layihədə mənzillərin planlanlanmasına xüsusi diqqət yetirilir. Sahələr optimal şəkildə bölünür, faydasız sahələr minimuma endirilir. Hər kvadrat metr rahat və funksional yaşayış sahəsinə çevrilir.

“Park Yasamal”da mənzillər həm 36 ayadək daxili kredit, həm də 20 illik ipoteka ilə əldə edilə bilər. Bu da layihəni daha geniş alıcı kütləsi üçün uyğun edir.
Əlverişli ilkin ödənişlə, rahat şərtlərlə və mərkəzə yaxın müasir mənzil sahibi olmaq istəyirsinizsə, şirkətlə əlaqə saxlayın və ya satış ofisinə yaxınlaşın. “Park Yasamal” sizin üçün ideal seçim ola bilər, siz sadəcə qərar verin, qalanını “Kristal” həll edəcək.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Müstəqillik küçəsi (3 saylı Bakı "ASAN Xidmət" mərkəzinin arxası)
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
1 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 1 saat əvvəl
-
3 saat əvvəl
“Biz elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!”
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ağdamda nəhəng zeytun təsərrüfatı yaradılıb – 10 min ton məhsul hədəflənir
-
1 gün əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
1 gün əvvəl
Ağdamda 24,9 milyon manatlıq yeni zavod – 100 nəfər işlə təmin olunacaq
-
1 gün əvvəl
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
“Biz elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!”
Ərdoğan Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Ən çox oxunanlar
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
























