“SİMA İmza”nın yeni QR paylaşım funksiyası istifadəyə verildi
Öz imza səlahiyyətin digər şəxsə (mühasib, məsul əməkdaş və digərləri) yönləndirmək mümkün oldu.SİMA yeni nəsil rəqəmsal imzanın yeni QR paylaşım funksiyası istifadəyə verilib.
Bu funksionallıq sayəsində artıq heç bir əlavə risk olmadan QR link vasitəsilə öz imza səlahiyyətini tək istifadəlik olaraq digər şəxsə (mühasib, məsul əməkdaş və digərləri) yönləndirmək mümkün olub.
Yeni həll sənəd dövriyyəsində vaxt itkisini minimuma endirmək və prosesləri daha çevik idarə etmək məqsədi daşıyır. Funksionallığın tətbiq ardıcıllığı aşağıdakı kimidir:
1. İmza sahibinin adından hər hansı elektron portalda imzalama və identifikasiya əməliyyatı edən şəxs müvafiq QR kodu SİMA İmza tətbiqi vasitəsilə skan edir.
2. QR kod “SİMA İmza” tətbiqi ilə oxunduqdan sonra unikal imzalama linki yaradılır.
3. Link istənilən kommunikasiya kanalı vasitəsilə imza sahibinə göndərilir.
4. İmza sahibi linkə klik edərək təsdiqlədikdə avtomatik olaraq öz “SİMA İmza” tətbiqinə yönləndirilir.
5. İmza sahibi sənədi 6 rəqəmli PİN, barmaq izi və ya “Face ID” vasitəsilə təsdiqləyərək imzalama prosesini tamamlayır.
6. Uğurlu imzadan sonra sənəd sistemdə imzalanmış kimi qeyd olunur və proses yekunlaşır.
Yeni funksionallıq öz imza səlahiyyətini başqasına ötürmək istəyən şəxslərə bu prosesi nəzarəti altında həyata keçirmək üçün unikal imkan yaradır. Xüsusilə də müəssisə rəhbərləri öz imza hüququnu şirkətin digər məsul əməkdaşına risk daşımadan ötürmək imkanı əldə edirlər. Belə ki, QR kod vasitəsilə paylaşım imza sahibinin şəxsi autentifikasiyasına əsaslandığı üçün burada imza sahibi təhlükəsizlik məlumatlarını qarşı tərəflə paylaşmadan prosesə qoşulur və gedişata tam şəkildə nəzarət edə bilir – o, “SİMA İmza” ilə hansı sistemə giriş edildiyini və hansı sənədin imzalandığını birbaşa özü görür və təsdiqləyir.
Hazırda vergi ödəyiciləri SİMA rəqəmsal imzanı tam ödənişsiz əldə etmək imkanına malikdir. Belə ki, mobil tətbiqdə sahibkar və ya hüquqi şəxsin imza sertifikatını əldə edərkən 6AYPULSUZ promokodunu daxil edərək imzadan 6 ay müddətində abunə haqqı ödəmədən istifadə etməsi mümkündür.
SİMA yeni nəsil rəqəmsal imza AZCON Holding şirkətlərindən olan “AzInTelecom” tərəfindən 2022-ci ildə yaradılıb. Rəqəmsal imzanı əldə etmək üçün xidmət məntəqəsinə getmədən, olduğunuz yerdən “SİMA İmza” mobil tətbiqini yükləyərək qeydiyyatdan keçmək kifayətdir.
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
1 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 2 saat əvvəl
-
4 saat əvvəl
“Biz elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!”
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ağdamda nəhəng zeytun təsərrüfatı yaradılıb – 10 min ton məhsul hədəflənir
-
1 gün əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
1 gün əvvəl
Ağdamda 24,9 milyon manatlıq yeni zavod – 100 nəfər işlə təmin olunacaq
-
1 gün əvvəl
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
“Biz elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!”
Ərdoğan Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Ən çox oxunanlar
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir























