"PASHA Real Estate" “The Residences at The St. Regis, Baku” layihəsinin satışlarının başladığını elan edir
Bu simvolik layihə Azərbaycanın lüks yaşam sektorunun zirvəsinə ucalır(®) Azərbaycanın aparıcı inşaat və investisiya şirkəti "PASHA Real Estate" qürurla bildirir ki, çoxdan gözlənilən “The Residences at The St. Regis, Baku” layihəsində satış artıq başlayıb.
Layihə Xəzər sahilində, Bakı bulvarında yerləşən və şəhərin memarlıq incilərindən birinə çevrilmiş Crescent Bay kompleksində ucalıb.
Yeni simvol: “The Residences at The St. Regis, Baku”
Aypara formasında dizayn edilən bu memarlıq möcüzəsi Bakı panoramasına yeni nəfəs verir. Fərqli və zərif dizaynı artıq şəhərin yeni rəmzinə çevrilib və müasir memarlıq simvolları arasında öz layiqli yerini tutub.
Layihə çərçivəsində 152 premium mənzil və 26 ekslüziv villa inşa edilir. Hər biri Xəzər dənizi və şəhər mərkəzinə açılan panoramik mənzərələri ilə seçiləcək. St. Regis Baku otelinin təqdim etdiyi zəriflik və komfort lüks yaşamı tamamlayacaq.
Həyatınıza incəlik qatan St. Regis təcrübəsi
“The Residences at The St. Regis, Baku” sadəcə bir yaşayış məkanı deyil. Bura St. Regis brendinin bütün üstünlüklərini təmsil edir.
Brend hər bir sakinin həyatına xüsusi qayğı və diqqətlə yanaşır. Bu bənzərsiz yaşamın mərkəzində məşhur St. Regis batler xidməti dayanır. Dərin təcrübəyə əsaslanan batler xidməti ənənəvi qonaqpərvərliyi və modern lüksü sizin ixtiyarınıza gətirir.
Marriott International şirkətinin çox-təyinatlı layihələrin istifadəsi üzrə regional vitse-prezidenti Xaidev Menezes: “Biz PASHA Real Estate ilə “The Residences at The St. Regis, Baku” layihəsində əməkdaşlıq etməkdən məmnunuq. Bu rezidensiyalar brendin irsini əks etdirir və Bakıda bənzərsiz yaşamın yeni dövrünü müjdələyir.”
Mükəmməl dizayn
Mənzillərin interyerləri Kristina Zanic Consultants və Blink Design Group kimi dünyaca məşhur dizayn studiyaları tərəfindən hazırlanıb. Bu studiyalar dizayn dünyasında öz zərif yanaşmaları və yaratdıqları harmoniya ilə tanınır.
Bununla da, hər bir mənzildə özünəməxsus dizayn atmosferi yaranır. Layihənin eksklüziv üstünlükləri: fitness və spa mərkəzi, lounge zonası, uşaq klubu, iclas otağı və oyun zalı gündəlik həyatı zənginləşdirir.
Crescent Bay — Müasir Bakının qəlbi
Crescent Bay-in dinamik sahil xəttində yerləşən layihə Bakının ən dəyərli şəhər infrastrukturuna birbaşa çıxış imkanı yaradır. Burada premium biznes mərkəzləri, yüksək səviyyəli restoranlar, mədəni-tarixi mərkəzlər və dənizkənarı bulvar sadəcə bir addımlıqdadır.
PASHA Real Estate Group şirkətinin baş icraçı direktoru Özgür Geter:
“PASHA Real Estate Group olaraq məqsədimiz qlobal mükəmməlliyi Azərbaycana gətirməkdir və “The Residences at The St. Regis, Baku” layihəsi bu ambisiyanı mükəmməl şəkildə əks etdirir. Dünyaca məşhur brendlərlə tərəfdaşlıq sayəsində biz bölgədə lüks yaşayış üçün yeni standart müəyyən edirik. Bu layihə sadəcə yaşayış məkanı deyil — ustalıq, zəriflik və detallara qüsursuz diqqət üzərində qurulmuş fövqəladə bir həyat tərzini təmsil edir.”
“The Residences at The St. Regis, Baku”da həyat şəhərin müasir enerjisini və dəniz sahilinin sakitliyini bir araya gətirir. Burada səhərlər Xəzər dənizinin ürək açan mənzərəsi ilə başlayır, gündəlik həyat isə dinamika və lüksün mükəmməl balansı ilə keçir.
Unikal yerləşmə, bənzərsiz xidmət səviyyəsi və St. Regis brendinin nüfuzu sayəsində “The Residences at The St. Regis, Baku” layihəsi regionun ən arzuolunan ünvanlarından biri olmağa namizəddir.
Əlaqə üçün:
Vebsayt: www.srresidencesbaku.com
Email: pre@sales.az
Telefon: *2024 / 051 201 32 32
Satış ofisi: Port Baku Residences, Ü. Hacıbəyov və K. Səfərəliyeva küçələrinin kəsişməsi
PASHA Real Estate haqqında
PASHA Real Estate, PASHA Holding-in bir hissəsi olaraq, Azərbaycanın aparıcı inkişaf və investisiya şirkətidir. Şirkət Azərbaycanda, Türkiyədə, Gürcüstanda, Monteneqroda və Özbəkistanda yerləşən müxtəlif aktivlər portfelini idarə edir. Bu portfelə yaşayış kompleksləri, kommersiya mərkəzləri, lüks otellər və kurortlar daxildir.
PASHA Real Estate öz strateji yanaşması, layihələrinin yüksək keyfiyyəti və şəhərlərin gələcəyini formalaşdıran unikal obyektlər yaratmaq missiyası ilə tanınır.
Hüquqi Qeyd: The Residences at The St. Regis Baku layihəsi Marriott International, Inc. və ya onun törəmə şirkətlərinə (“Marriott”) məxsus deyil, onlar tərəfindən inşa edilmir və satılmır. Aypara Development LLC, Marriott şirkətindən əldə etdiyi St. Regis lisenziyası əsasında bu brendin ad və nişanlarından istifadə edir. Marriott bu mətndə göstərilən bəyanatların və ya təqdim edilən məlumatların dəqiqliyini təsdiq etmir.
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
1 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 4 saat əvvəl
-
5 saat əvvəl
“Biz elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!”
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ağdamda nəhəng zeytun təsərrüfatı yaradılıb – 10 min ton məhsul hədəflənir
-
1 gün əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
1 gün əvvəl
Ağdamda 24,9 milyon manatlıq yeni zavod – 100 nəfər işlə təmin olunacaq
-
1 gün əvvəl
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
“Biz elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!”
Ərdoğan Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Ən çox oxunanlar
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir























