FMG Ağdamın ilk yaşayış kompleksi və Cənubi Qafqazın ən hündür göydələni ilə BakuBuild sərgisində
50 mərtəbədən ibarət “Baku Tower” binasında bizneslər üçün geniş və funksional ofislər təklif olunurDaşınmaz əmlakın inkişafı, investisiyası və idarə olunması sahəsində Azərbaycanın aparıcı şirkətlərindən olan “PMD Group” Xəzər İnşaat Həftəsinin Baş sponsoru qismində çıxış edib.
Ölkəmizdə regionun inşaat sektorunun aparıcı sənaye platformalarından olan 30-cu Yubiley Xəzər İnşaat Həftəsi keçirilib. 14-16 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində baş tutan tədbir çərçivəsində Qafqazın əsas ixtisaslaşdırılmış inşaat sərgisi 30-cu Yubiley Azərbaycan Beynəlxalq İnşaat Sərgisi – “BakuBuild” keçirilib.
Ümumilikdə 17 ölkədən 299 şirkətin iştirak etdiyi sərgidə PMD Group-a məxsus və FMG şirkəti tərəfindən idarə edilən “Ağdam Rezidens” və “Baku Tower” layihələri iştirakçılar tərəfindən böyük marağa səbəb olub. Gələn qonaqlara layihələr haqqında ətraflı məlumat verilib.
Bakı şəhərinin mərkəzində Heydər Əliyev prospektində yerləşən, Azərbaycanın və Cənubi Qafqazın ən hündür göydələni olan “Baku Tower” bir PMD layihəsidir və əmlakın idarəedilməsi sahəsində geniş portfelə sahib FMG şirkəti tərəfindən idarə olunur. Müasir və postmodern memarlıq üslubunda inşa edilmiş 50 mərtəbədən ibarət bu bina, bizneslər üçün geniş və funksional ofis, eləcə də kommersiya sahələri ilə yanaşı, əsaslı infrastrukturu sayəsində iş dünyasına ən yüksək standartlara cavab verən şərait təqdim edir.
Qarabağın incisinə çevrilən Ağdamın mərkəzində inşa edilmiş ilk yaşayış kompleksi olan “Ağdam Rezidens” layihəsi ilkin mərhələdə nəzərdə tutulan və tikintisi tamamlanaraq yaşayışa təhvil verilən 6 binadan ibarət olub. Bu il keçirilən sərgidə isə kompleksin ikinci və üçüncü mərhələsi üçün nəzərdə tutulmuş növbəti 8 bina təqdim edilib. Ümumilikdə 14 binadan ibarət yeni yaşayış kompleksi özünün müasir memarlığı, əlverişli yerləşmə, rahat mənzilləri və yüksək infrastrukturu ilə seçilir. Strateji əhəmiyyətə malik bölgədə tikilən “Ağdam Rezidens” həm yaşayış, həm də investisiya baxımından yeni fürsətlər üçün olduqca sərfəlidir.
Məlumat üçün bildirək ki, “Ağdam Rezidens” daşınmaz əmlakın inkişafı, investisiyası və idarə olunması sahəsində Azərbaycanın aparıcı şirkətlərindən biri olan “PMD Group” a məxsus layihədir.
Qeyd edək ki, Xəzər İnşaat Həftəsi iştirakçılar üçün işgüzar əlaqələrin qurulması, yeni bazarlara çıxış, eləcə də sektor üzrə beynəlxalq əməkdaşlıqların genişləndirilməsi baxımından effektiv platforma kimi çıxış edir. Region üçün əhəmiyyətli olan tədbirdə Azərbaycanla yanaşı, dünyanın bir sıra ölkələrindən tikinti sahəsinin qabaqcıl şirkətləri də bir araya gəlib.
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
1 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 5 saat əvvəl
-
7 saat əvvəl
“Biz elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!”
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ağdamda nəhəng zeytun təsərrüfatı yaradılıb – 10 min ton məhsul hədəflənir
-
1 gün əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
1 gün əvvəl
Ağdamda 24,9 milyon manatlıq yeni zavod – 100 nəfər işlə təmin olunacaq
-
1 gün əvvəl
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
“Biz elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!”
Ərdoğan Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Ən çox oxunanlar
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir


























