Bakıda “Şəhər daxilində yeni şəhər” - Böyükşor gölü ətrafına 5 milyard dollaradək investisiya yatırılacaq
Birləşmiş Ərəb Əmirliklərinin holdinq şirkəti Böyükşor gölü ətrafında sağlamlıq, ticarət, təhsil və mehmanxana obyektlərini əhatə edən müasir sahilyanı zonanı yaradacaq.Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya forumunun plenar sessiyası çərçivəsində Azərbaycan Baş nazirinin müavini Samir Şərifov və Birləşmiş Ərəb Əmirliyinin investisiya naziri Muhəmməd Həsən əs-Suveydinin iştirakı ilə Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin “Modon Holding”i arasında “Şəhər daxilində şəhər” ("City within a City") konsepsiyasının inkişafına dair əməkdaşlıq müqaviləsi imzalanıb.
Sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov və “Modon Holding”in sədri Cəssəm Muhəmməd Bu Ataba əz-Zəəbi imzalayıblar.
5 milyard dollaradək investisiya yatırımı nəzərdə tutan konsepsiya Böyükşor gölü ətrafında sağlamlıq, ticarət, təhsil və mehmanxana obyektlərini əhatə edən müasir sahilyanı zonanın yaradılmasını nəzərdə tutur.
Daha sonra Azərbaycan Respublikasının Baş nazirinin müavini Samir Şərifov, iqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə ölkəmizdə dəniz suyunun duzsuzlaşdırılması layihəsi ilə bağlı bir sıra sənədlərin imzalanma mərasimi keçirilib. Tədbir zamanı aşağıdakı sənədlər imzalanıb:
Xəzər dənizi suyunun duzsuzlaşdırılması zavodunun layihələndirilməsi, tikintisi, maliyyələşdirilməsi, istismarına dair Dövlət-Özəl Tərəfdaşlığı Müqaviləsi - sənədi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov və Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin baş icraçı direktoru Marco Arçelli imzalayıblar.
Təmizlənmiş suyun alqı-satqısı üzrə Su Satınalma Müqaviləsi - sənədi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Tahir Xəlilov və Marco Arçelli imzalayıblar.
Torpaq Sahəsinin İcarəsinə dair Müqavilə - sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov və İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov və Marco Arçelli imzalayıblar.
Dövlət Zəmanəti Müqaviləsi - sənədi maliyyə naziri Sahil Babayev və Marco Arçelli imzalayıblar.
Dəniz suyunun duzsuzlaşdırılması layihəsi İqtisadiyyat Nazirliyi tərəfindən dövlət-özəl tərəfdaşlığı çərçivəsində ölkəmizdə icrası nəzərdə tutulan ilk pilot layihədir. Layihə çərçivəsində Sumqayıt Sənaye Parkında tikiləcək zavodda dəniz suyunun duzsuzlaşdırılması ilə içməli su istehsalı həyata keçiriləcək. Gündəlik 300 min kubmetr məhsuldarlığa malik layihənin dəyəri 407 milyon dollar təşkil edir. Müqaviləyə əsasən zavodun layihələndirilməsi, tikintisi və 25 il müddətində istismarı “ACWA Power” tərəfindən həyata keçiriləcək.
Layihə Abşeron yarımadasının içməli suya artan tələbatını təmin etmək, şirin su mənbələrini şaxələndirmək məqsədilə həyata keçirilir. Hədəf dövlətin içməli su təchizatında yükünü azaltmaq, bu sahədə beynəlxalq təcrübəni və texnologiya transferini stimullaşdırmaq, iqtisadiyyata xarici sərmayələri cəlb etmək məqsədlərimiz sırasındadır.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
46 d. əvvəl
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub
-
-
54 d. əvvəl
Sahibkarlar "EY İlin İş Adamı" adı uğrunda yarışacaq - İŞTİRAKÇILARIN ADLARI
- 57 d. əvvəl
-
1 saat əvvəl
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
-
1 saat əvvəl
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
- 1 saat əvvəl
-
3 saat əvvəl
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
-
3 saat əvvəl
"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatını 2 dəfəyə yaxın artırıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
VTB (Azərbaycan) maliyyə nəticələrini açıqlayıb
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
Ən çox oxunanlar
Azərbaycanda Qərb Sənaye Parkı yaradılır - FƏRMAN
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!
AccessBank 2025-ci il üzrə maliyyə nəticələrini açıqladı
Azərbaycanda şirkətlərin sayı 204 mini də keçdi
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım



















