Yasamalda hazır və tikilməkdə olan mənzillərin satışı davam edir

(®) Mənzil axtaran hər kəsin seçim edərkən diqqət yetirdiyi məqamlar fərqlidir. Tikintisi davam edən mənzillər sərfəli seçim axtaranlar üçün, hazır mənzillər isə dərhal köçmək istəyənlər üçün idealdır.
Yasamal rayonunda, Badamdar və Xarici dairəvi yol kimi əsas nəqliyyat qovşaqlarına yaxın yerləşən "Park Yasamal" yeni ev axtaranlar üçün həm yaşayışa hazır, həm də tikintisi davam edən mənzil seçimləri təqdim edir.
MÜXTƏLİF ÖLÇÜDƏ MƏNZİLLƏR
Böyük bir yaşayış kompleksinin davamı kimi "Kristal" tərəfindən inşa olunan "Park Yasamal"da mənzil satışları sürətlə davam edir. Burada 47 m²-dən 120 m²-dək müxtəlif planlamalı, həm yaşayışa hazır, həm də tikintisi davam edən 2, 3 və 4 otaqlı və studiya mənzillər satışdadır. Hazır mənzili yaşamaq, kirayəyə vermək və ya investisiya məqsədli seçim etmək mümkündür. Layihənin və hazır mənzilin bütün detallarını görmək üçün videoçarxa keçid edə bilərsiniz:
ƏLVERİŞLİ MÖVQE
Layihənin ən mühüm üstünlüklərindən biri, onun ətraf yollarla rahat inteqrasiyası və Badamdar, Xarici dairəvi yol kimi əsas nəqliyyat qovşaqlarına yaxınlığıdır ki, bu da gündəlik gediş-gəlişi xeyli rahatlaşdırır.
AVROPA BRENDLƏRİ İLƏ TƏMİR
“Park Yasamal” mənzilləri keyfiyyəti ilə fərqlənir: bütün mənzillər Avropa standartlarına uyğun olaraq tam təmirli şəkildə təhvil verilir. Burada Almaniya istehsalı Grohe və Hansgrohe, Türkiyənin Vitra hamam aksesuarları, İtaliya brendi Prysmian yanmayan kabellər, Amerika istehsalı Guardian Glass pəncərə şüşələri və Almaniya istehsalı G-u pəncərə aksessuarları istifadə olunur. İtaliya istehsalı İmmergas kombi sistemləri, Knauf alçipan və aksesuarları, Gewiss elektrik açarları, Kale Seramik və Kütahya metlaxları, Rusiya brendi Stenova və Almaniya brendi Erismann oboyları, həmçinin İsrail istehsalı Tambour Paints boyaları ilə hər bir detalda yüksək keyfiyyət təmin edilir.
İTKİSİZ PLANLAMA
Layihənin memarlıq həlli mənzil sahiblərinin rahatlığını ön planda tutur: əsas yaşayış sahələri geniş tutulur, qeyri-yaşayış zonaları isə minimum yer tutur ki, bu da hər kvadrat metrin itkisiz şəkildə istifadəsinə imkan yaradır. Kompleksin həyətində uşaqlar üçün oyun meydançaları, böyüklər üçün istirahət zonaları, futbol və digər idman meydançaları mövcuddur. Burada həmçinin məktəb, bağça, müxtəlif iaşə obyektləri, avtomobilsiz həyət və sakinlər üçün qapalı avtodayanacaq kimi tam infrastruktur təmin edilib.
MAKSİMUM ENERJİ, MİNİMUM İTKİ
“Park Yasamal” mənzillərində tətbiq olunan yeni nəsil səs və istilik izolyasiya sistemi şəhərin səs-küyündən qorunmanı təmin edir, eyni zamanda enerji sərfiyyatını minimuma endirir. Bu sistem sayəsində qışda qaza olan tələbat demək olar ki, iki dəfə azalır, hər mövsümdə isə evdə ideal temperatur qorunur.
UZUNMÜDDƏTLİ İPOTEKA İMKANI İLƏ
Əgər siz həm komfortlu yaşam tərzi, həm də gələcək üçün etibarlı investisiya axtarırsınızsa, "Park Yasamal" sizin üçün doğru seçimdir. Buradan aldığınız mənzil yalnız bu günün deyil, sabahın da dəyərli sərmayəsidir. Mənzilləri nağd və ya 20 ilədək ipoteka ilə rahatlıqla əldə edə bilərsiniz.
Elə indi *1544-ə zəng edin və ya layihə ərazisində yerləşən satış ofisinə yaxınlaşın, yeni evinizə doğru ilk addımı atın!
Ətraflı: *1544
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
6 saat əvvəl
Bank of Baku-dan yaşıl təşəbbüs – növbəti ağacəkmə aksiyası keçirildi
-
6 saat əvvəl
"Pensiya yaşının artırılması ilə bağlı iddialara RƏSMİ CAVAB
-
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
"Qızılın qiyməti 2026-cı ildə 5000 dollara, 2030-cu ilin sonuna qədər isə 10000 dollara çata bilər"
- 8 saat əvvəl
-
8 saat əvvəl
"Sizin Lombard" vətəndaşlara kredit ayrımaq üçün illik 15%-lə borc alır
-
8 saat əvvəl
“AFB Bank”ın kredit portfeli, gəlirləri və xalis mənfəəti artıb
-
9 saat əvvəl
Azərbaycan Prezidenti Fransanın yeni səfirinin etimadnaməsini qəbul etdi
- 9 saat əvvəl
-
9 saat əvvəl
Sabahdan Xırdalan-Bakı E2 nömrəli ekspres marşrut xətti istifadəyə verilir
Son Xəbərlər

"Pensiya yaşının artırılması ilə bağlı iddialara RƏSMİ CAVAB

“PAŞA Sığorta”da rəhbər vəzifəyə təyinat olub

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

“AFB Bank”ın kredit portfeli, gəlirləri və xalis mənfəəti artıb
Ən çox oxunanlar

10 000 manat kredit götür, aylıq cəmi 350 manat ödə

“AFB BANK” avadanlıqların satın alınması üzrə tender elan edib

Azərbaycan və Çin mərkəzi banklarının sədrləri görüşüb

“Çörəkçi” ailəsi Ümumdünya Çörək Gününü birlikdə qeyd etdi

ABB səhmdarları 16%-ə yaxın dividend qazana bilərlər
