Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

6 nəfər işçisi olan lizinq şirkəti 1 milyon manata yaxın xalis mənfəət əldə edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
6 nəfər işçisi olan lizinq şirkəti 1 milyon manata yaxın xalis mənfəət əldə edib

Maliyyə lizinqi xidmətləri göstərən "Partner Finance" QSC 2024-cü ili 935 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2023-cü ili 791 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ötən il "Partner Finance"ın xalis mənfəəti 144 min manat və ya 18,2% artıb.

Əlavə edək ki, "Partner Finance" şirkəti 2022-ci ili 470 min manat xalis mənfəət ilə bağlamışdı. 2023-cü ildə "Partner Fiпапсе"ın xalis mənfəəti 58,3% artımışdı.

Reklam_3_11

Marja.az maliyyə hesabatına istinadən xəbər verir ki, keçən il "Partner Finance"ın əsas əməliyyat gəlirləri 460 min manat və ya 23,2% artaraq 2 milyon 446 min manat təşkil edib. 2023-cü ildə Şirkətin əsas əməliyyat gəlirləri 1 milyon 986 min manat təşkil etmişdi. 

2024-cü ildə "Partner Finance" QSC-nin lizinq portfeli (debitor borclar) 862 min manat və ya 6,7% artaraq 13 milyon 792 min manata yüksəlib. 

Qeyd edək ki, 14 fevral 2020-ci il tarixində dövlət qeydiyyatına alınmış "Partner Finance" QSC-nin nizamanmə kapitalının 49,0196%-i Nuriyev Anar Seyran oğluna, 49,0196%-i Qurbanova Şamama Balaqardaş qızına, 1,9608%-i 1 fiziki şəxsə məxsusdur. 2023-cü ilin sentyabr ayınadək "Partner Finance" QSC-nin nizamnamə kapitalının 100%-i Nübuvvət Rzayevə məxsus idi. 

Ötən il Şirkətin 6 nəfər işçisi olub. 

Partner Finance Partner Finance partnerfinance lizinq maliyyə gəlir mənfəət Nuriyev Anar Qurbanova Şamama
29.07.2025 08:38

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ