"Qatar Airways" ən böyük endirim kampaniyasına start verdi
Ekonom və Biznes sinifdə fantastic endirimlərdən faydalanma şansını qaçırmayın
Qatar Airways “Qlobal Səyahət Festivalı” kampaniyasına start vermişdir.
Bu kampaniya çərçivəsində müştərilər Ekonom və Biznes sinifdə möhtəşəm endirimlərdən faydalanaraq dünyanı kəşf etmə şansı əldə edəcəklər.
12 – 19 Sentyabr 2017 tarixləri müddətində davam edəcək kampaniyada müştərilər 50 faizə qədər endirim ilə yanaşı yoldaş endirimi və qrup endirimləri əldə edəcəklər.
Qatar Airways-in Baş Kommersiya Meneceri cənab Ehab Aminin dediyi kimi: “Daha öncəki Səyahət Endirimləri Festivallarının uğurlarının davamı olaraq bu günə qədər olan ən böyük endirim kampaniyasına başlamaqdan qürur duyuruq. Bu kampaniya çərçivəsində sərnişinlərimi Ekonom və Biznes sinifdə endirimlər və fərqli səyahət paketləri arasından seçim edə biləcəklər.”
Sərnişinlərimiz dünya boyunca məşhur istiqamətlərə ekonom və biznes sinifdə xüsusi qiymətlərlə səyahət edə bilərlər.Ekonom sinifdə bəzi istiqamətlər üçün qiymətlər Guangzhou 779 AZN, Boston 1,371 AZN, Cenevrə 809 AZN, Los Angeles 1,102 AZN, Manila 1,150 AZN təşkil edir. Biznes sinifdə isə Tbilisi 993 AZN, Kuala Lumpur 4,157 AZN, Bangkok 3,734 AZN təşkil edir.
Kampaniyanın bir hissəsi olaraq Qatar Airways Biznes və Birinci sinifdə cüt səyahət edən müştərilərə “yoldaş” endirimi təklif edir. Üç nəfərdən yeddi nəfərədək birlikdə səyahət edən qruplar üçün isə xüsusi endirimlər təklif edilir. Bu inanılmaz təkliflərdən faydalanmaq üçün müştərilər qatarairways.com saytına daxil ola, Qatar Airways satış ofislərinə və ya özlərinə yaxın səyahət agentliklərinə yaxınlaşa bilərlər.
2017 və 2018-ci illərdə Qatar Airways öz səyahət şəbəkəsinə yeni istiqamətlər əlavə edəcəkdir, bu istiqamətlərə Fil Dişi Sahilindən Abidjan, Qanadan Akra, Avstraliyadan Kanberra, Taylanddan Chiang Mai və Utapao, Banqladeşdan Chittagogn və Kenyadan Mombasanı misal çəkmək olar.
Qatarın milli hava daşıyıcı şirkəti Qatar Airways dünyanın ən sürətlə böyüyən hava yolu şirkətlərindən biri olmaqla yanaşı həm də dünyada ən gənc hava donanmasına sahibdir. Hal-hazırda Qatar Airways-in 6 kontinent üzrə biznes və istirahət guşələrinə mütəmadi səfərlər edən 200-dən artıq müasir təyyarəsi var.
Aviaşirkət daha öncələr olduğu kimi, bu il də bir çox fərqlənmə nişanları qazanmışdır, buna misal olaraq “Paris Air Show” - da Skytrax tərəfindən şirkətin 2017-ci ilin Hava Yolu Şirkəti seçilməsini göstərmək olar. Bu qalibiyyət hava yolu şirkətinin eyni nominasiya üzrə sayca dördüncü qalibiyyətidir. Hava Yolu şirkəti eyni tədbirdə bir sıra digər nominasiyalar üzrə də qalib olmuşdur, bunlardan Yaxın Şərqin ən Yaxşı Hava You Şirkəti, Dünyanın ən yaxşı Biznes Sinfi, və Ən yaxşı Birinic Sinif Launge misal göstərmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
15 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 18 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















