“McDonald’s Azərbaycan” 100% yerli istehsal halal mal ətindən istifadəyə keçdiyini elan etdi! - VİDEO

"McDonald's Azərbaycan" şirkəti yerli istehsal olan halal mal ətindən tam istifadəyə keçdiyini elan edib.
Artıq bütün restoranlarda ətli burgerlərin hazırlanmasında yalnız Azərbaycanda istehsal olunmuş, beynəlxalq keyfiyyət və qida təhlükəsizliyi tələblərinə tam uyğun olan mal ətindən istifadə olunur.
Tədarükləri “AzProtein Foods Group” şirkəti həyata keçirir. Şirkətin Buzovna qəsəbəsində yerləşən zavodunun ərazisində qabaqcıl texnologiyalarla təchiz olunmuş və “McDonald’s”ın beynəlxalq standartlarına uyğun şəkildə layihələndirilmiş ixtisaslaşmış kompleks inşa edilib. Lokallaşma prosesində həm yerli, həm də beynəlxalq ekspertlər iştirak ediblər ki, bu da layihənin bütün mərhələlərində yüksək keyfiyyətə nəzarəti təmin edir.
Burgerlərin tərkibi isə əvvəlki kimi dəyişməz olaraq qalır: yalnız 100% mal əti istifadə olunur, heç bir əlavə qatqı yoxdur - restoranda yalnız duz və istiot əlavə edilir.
Heyvanlar ölkə ərazisində optimal şəraitdə saxlanılır, yalnız təbii yemlər əsasında balanslaşdırılmış qidalanma ilə təmin olunurlar və daim baytar nəzarətində olurlar.
İstehsal proseslərinin “Halal” standartlarına uyğunluğu “AzeSERT HALAL” sertifikatlaşdırma qurumu tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi və beynəlxalq tələblər əsasında rəsmi şəkildə təsdiq olunub. İstehsalın bütün mərhələlərinə xüsusi təlim keçmiş işçi heyəti nəzarət edir və proseslər ciddi şəkildə müəyyən edilmiş qaydalara uyğun həyata keçirilir.
İstehsal və logistika - məhsulun daşınması və saxlanması zamanı temperatur rejimi də daxil olmaqla - ixtisaslaşmış mütəxəssislər tərəfindən daim nəzarətdə saxlanılır. Məhsul həmçinin müstəqil laboratoriya analizlərindən keçirilir və Almaniyada yerləşən “McDonald’s”ın Avropa keyfiyyət mərkəzində test edilir.
Ət tədarükünün lokallaşdırılması “McDonald’s Azərbaycan” şirkətinin ölkədaxili dayanıqlı təchizat zəncirlərinin inkişafına yönəlmiş strategiyasında mühüm mərhələdir. Şirkət bundan əvvəl süd məhsulları, tərəvəz və sous tədarükünün də lokallaşdırılmasını həyata keçirmişdi. Mal ətinin lokallaşdırılması təşəbbüsü isə yalnız daxili bazar üçün deyil, eyni zamanda qonşu ölkələrə ixrac üçün də əlavə imkanlar yaradaraq yerli iqtisadiyyatın inkişafına töhfə verir.
Qeyd edək ki, “McDonald’s Azərbaycan” yerli istehsalçılarla əməkdaşlığını genişləndirməyə davam edərək, qeyri-neft sektorunun inkişafına, aqrar-sənaye kompleksinin möhkəmləndirilməsinə və yeni iş yerlərinin yaradılmasına töhfə verir.
® Reklam
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 7 saat sonra
-
8 saat əvvəl
Culfa Regional Tibb Mərkəzi Publik Hüquqi Şəxsə direktor təyin olunub
-
-
9 saat əvvəl
Vyetnam-Azərbaycan Biznes Şurasının ilk iclası və biznes forum keçirilib
-
9 saat əvvəl
"Legion Financial” şirkətinin nizamnamə kapitalı 550 min manat artırılır
- 9 saat əvvəl
-
10 saat əvvəl
"Birləşmiş Ərəb Əmirliklərindəki təhsil şəbəkəsindən 15%-dən yüksək gəlir gözləyirik"
- 10 saat əvvəl
-
10 saat əvvəl
Yeni tikilən binalarda çəkilən kabellər 100 Mbit/s üzərində sürətin təmin olunmasına imkan vermir
-
11 saat əvvəl
Ferrum Kapital istiqrazlarının hərracı keçiriləcək: 12 aya 14% gəlir
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər

XalqKart-la Azpetrol YDM-lərində 7% keşbek/petrol!

ARDNF 1400 iri şirkətin səhmlərinə investisiya yatırıb

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Ferrum Kapital istiqrazlarının hərracı keçiriləcək: 12 aya 14% gəlir

Azərbaycanla Vyetnam arasında bərpa olunan enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
Ən çox oxunanlar

Azərbaycan və Vyetnam şirkətləri anlaşdı - ADLARI

3 faydalı qazıntı yatağı hərraca çıxarılacaq

“AtaSığorta” şirkətinə 1 ayda 2 dəfə icrası məcburi göstəriş verilib

TECHNOGYM Port Baku - yenilənmiş formatda - FOTO/VİDEO

Sabah Bakıda günün ikinci yarısında şimal-qərb küləyi güclənəcək
