Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Yeni meyvə konsentratı və meyvə şirəsinin istehsalı müəssisəsi inşa edilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yeni meyvə konsentratı və meyvə şirəsinin istehsalı müəssisəsi inşa edilir

Qubada son illər istifadəyə verilən yeni sənaye müəssisələrinin sayı artır. Hazırda meyvə emalı sahəsində böyük bir sənaye layihəsi həyata keçirilir.

Ümumi dəyəri 25 milyon manat olan müəssisə 2 hektar ərazini əhatə edir.

Reklam_3_11

Tikintisi davam edən zavodda meyvə konsentratı və meyvə şirəsinin istehsalı və qablaşdırılması nəzərdə tutulur. Müəssisənin illik istehsal gücü 4000 ton məhsul təşkil edəcək ki, bu da həm yerli bazarın tələbatını ödəməyə, həm də ixrac imkanlarını genişləndirməyə şərait yaradacaq.

Zavodun fəaliyyəti bölgədə iqtisadi aktivliyi artırmaqla yanaşı, kənd təsərrüfatı məhsullarının sənaye üsulu ilə emalına, əlavə dəyər yaradılmasına və yeni iş yerlərinin açılmasına töhfə verəcəkdir.

Yeri gəlmişkən qeyd edək ki, müəssisə tam istifadəyə verildikdən sonra 112 nəfərin daimi iş məşğulluğu təmin olunacaq.

Müəssisənin açılışı bu ilin sentyabr ayına nəzərdə tutulur. Hazırda tikinti və texnoloji avadanlıqların quraşdırılması işləri aparılır.

© "Azərbaycan" qəzeti

 

16.07.2025 09:11

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ