Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Yapı Kredi Bank Azərbaycan”ın maliyyə vəziyyəti məlum olub – XALİS MƏNFƏƏTİ ARTIB

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Yapı Kredi Bank Azərbaycan”ın maliyyə vəziyyəti məlum olub – XALİS MƏNFƏƏTİ ARTIB

“Yapı Kredi Bank Azərbaycan” QSC 2025-ci ilin 1-ci yarısını (yanvar-iyun) 4 milyon 881min manat xalis mənfəət ilə başa vurub. Bank 2024-cü ilin 1-ci yarısını  4 milyon 383 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, “Yapı Kredi Bank Azərbaycan”ın xalis mənfəəti 2025-ci ilin 1-ci yarısında 2024-cü ilin 1-ci yarısı ilə müqayisədə 499 min manat və ya 11,4% artıb. Xalis mənfəətin artması gəlirlərin artmasından qaynaqlanır.

GƏLİRLƏRİ ARTIB

Reklam_3_11

Marja.az xəbər verir ki, 2024-cü ilin 1-ci yarısı ilə müqayisədə 2025-ci ilin 1-ci yarısında “Yapı Kredi Bank Azərbaycan”ın faiz gəlirləri 1 milyon 869 min manat və ya 8,7% artaraq 23 milyon 149 min manat, qeyri-faiz gəlirləri isə 2 milyon 188 min manat və ya 19,2 % artaraq 13 milyon 580 min manat təşkil edib.

ƏMƏLİYYAT MƏNFƏƏTİ ARTIB

2025-ci ilin ilk 6 ayı ərzində “Yapı Kredi Bank Azərbaycan”ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 36 milyon 729 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 28 milyon 480 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 8 milyon 249  min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 2 milyon 481 min manat  mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb və 886 min manat mənfəət vergisi ödəyib.  Beləliklə, “Yapı Kredi Bank Azərbaycan”cari ilin ilk 6 ayını 4 milyon 881 min manat xalis mənfəət ilə bağlayıb.

Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin ilk 6 ayı ərzində “Yapı Kredi Bank Azərbaycan”ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 32 milyon 672 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 25 milyon 267 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 7 milyon 405 min manat təşkil etmişdi. Bank əməliyyat mənfəətindən 1 milyon 431 min manat  mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırmış və 1 milyon 592 min manat mənfəət vergisi ödəmişdi. Bununla əlaqədar olaraq “Yapı Kredi Bank Azərbaycan”ın xalis mənfəəti 4 milyon 382 min manat təşkil etmişdi.

“Yapı Kredi Bank Azərbaycan”ın cəmi aktivləri 2024-cü ilin sonu ilə müqayisədə 2025-ci ilin 1-ci yarısında 138 milyon 454 min manat və ya 19 % azalaraq 30 iyun 2025-ci il tarixində 591 milyon 908 min manat təşkil edib. Cəmi aktivlərin azalması hüquqi şəxslərin Bankdakı depozitlərindəki dəyişiklik ilə əlaqədardır.

KREDİT PORTFELİ ARTIB

Cari ilin ilk 6 ayında “Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli 66 milyon 896 min manat və ya 21 % artaraq  384 milyon 484 min manata yüksəlib. “Yapı Kredi Bank Azərbaycan”ın istehlak kreditləri portfeli 12 milyon 602  min manat artaraq  94 milyon 487 min manata, biznes kreditləri portfeli 46 milyon 618 min manat artaraq  234 milyon 378  min manata, ipoteka kreditləri portfeli  7 milyon 674  min manat artaraq 55 milyon 618  min manata yüksəlib.

2025-ci ilin ilk yarısında  “Yapı Kredi Bank Azərbaycan”da cəmi depozitlər əsasən hüquqi şəxslərin depozitlərinin azalması ilə əlaqədar olaraq 141 milyon 765 min manat və ya 26,5 % azalaraq 392 milyon 989 min manata geriləyib. Şirkətlər öz vəsaitlərini layihələrinə və digər xərclərini yönəltdikləri üçün Bankda depozitlərin məbləği azalıb.

MƏCMU KAPİTALI 100 MİLYON MANATDAN ÇOXDUR

30 iyun 2025-ci il tarixində “Yapı Kredi Bank Azərbaycan”ın 104 milyon 946 min manat məcmu kapitala malik olub.

16.07.2025 06:17

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ