Kristal.az ilə mənzil seçimi indi daha sürətli, daha rahat! ®
“Kristal”dan yeni veb-sayt – mənzil axtarışı artıq daha asan!“Kristal” rebrendinq çərçivəsində tamamilə yenilənmiş və funksional imkanlarla zənginləşdirilmiş www.kristal.az veb-saytını ictimaiyyətin istifadəsinə təqdim edib.
Yeni sayt müasir istifadəçi tələblərinə cavab verən dizaynı, geniş məlumat bazası və rahat interfeysi ilə həm mənzil axtaranlar, həm də daşınmaz əmlak sahəsində qərar vermək istəyən investorlar üçün əvəzolunmaz rəqəmsal platformaya çevrilir.

Bütün layihələr bir toxunuşla qarşınızda. Yenilənmiş kristal.az veb-saytı vasitəsilə istifadəçilər artıq “Kristal” şirkətinin təhvil verilmiş və inşası davam edən bütün layihələri, onların yerləşdiyi ərazilər, mənzillərin sahələri, otaq sayı, təklif olunan qiymət aralıqları və digər vacib parametrlər haqqında ətraflı məlumat əldə edə biləcəklər. Yeni platforma bu məlumatları sadə, vizual və rahat formada təqdim edərək istifadəçiyə seçim prosesini daha aydın və sürətli şəkildə aparmağa şərait yaradır.

Birbaşa inteqrasiyalı təkmilləşdirilmiş mənzil axtarış sistemi və ipoteka kalkulyatoru. Saytda inteqrasiya edilmiş dəqiq ipoteka kalkulyatoru vasitəsilə istənilən mənzil üzrə ilkin ödənişi, aylıq ödənişləri və ümumi kredit dəyərini bir neçə saniyə ərzində hesablamaq mümkündür. Bununla yanaşı, saytın ən innovativ funksiyalarından biri olan mənzil müqayisə bölməsi alıcılara eyni anda bir neçə mənzilin texniki və maliyyə göstəricilərini paralel şəkildə analiz etməyə, daha doğru qərar verməyə imkan yaradır.

Mənzilləri müqayisə et, rahat seçim et. Yeni sayt həm də vizual təcrübəni gücləndirən alətlərlə zəngindir. 3D mənzil planları vasitəsilə istifadəçilər mənzilin planını və yerləşməsini daha yaxşı təsəvvür edə bilərlər. Əlavə olaraq, interaktiv xəritə funksiyası istifadəçilərə layihələrin coğrafi yerləşməsini vizual olaraq araşdırmağa, şəhərin müxtəlif bölgələrində yerləşən layihələr arasında rahatlıqla seçim aparmağa şərait yaradır.

Mənzillər, kampaniyalar, vakansiyalar – hamısı bir platformada. Artıq sayt üzərindən layihəyə birbaşa görüş təyin etmək də mümkündür. İstifadəçilər istədikləri layihəni seçərək özlərinə uyğun vaxtda şirkətlə əlaqə qurmaq və layihə ilə əyani tanışlıq üçün görüş sifariş etmək imkanına sahibdirlər. Eyni zamanda, saytda hazırda satışda olan bütün mənzillər, xüsusi kampaniyalar, şirkətlə bağlı son xəbərlər və mövcud vakansiyalar bir yerdə təqdim olunur.
Xəyalındakı mənzili bəyən və ya sevdiklərinlə paylaş. Yeni platforma həmçinin sosial paylaşım funksiyaları ilə də təkmilləşdirilib. İstifadəçilər bəyəndikləri mənzilləri bir kliklə dostları və yaxınları ilə paylaşa bilər, beləliklə seçim prosesində çevrələrinin rəyini də nəzərə ala bilərlər.
Ətraflı məlumat üçün: *1544
Kristal – Bütün layihələr bir toxunuşla qarşınızda.
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
4 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
17 saat sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 22 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Biz elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!”
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ağdamda nəhəng zeytun təsərrüfatı yaradılıb – 10 min ton məhsul hədəflənir
-
2 gün əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
2 gün əvvəl
Ağdamda 24,9 milyon manatlıq yeni zavod – 100 nəfər işlə təmin olunacaq
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Noyabrın 9-da gözlənilən hava şəraiti - Leysan gözlənilir
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
Ərdoğan Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir























