İntel-in gəliri dəyişməz qalıb

ABŞ-ın çip şirkəti Intel 2025-ci ilin birinci rübü üçün maliyyə göstəricilərini dərc edib.
Marja xəbər verir ki, şirkətin ilin birinci rübündəki gəliri keçən ilin eyni dövrü ilə müqayisədə dəyişməz olaraq 12,7 milyard dollar olub.
Eyni dövrdə 887 milyon dollar xalis zərər bildirən Intel, ötən ilin yanvar-mart dövründə 437 milyon dollar itirmişdi.
Çip şirkətinin səhmbaşına zərəri dövr ərzində 19 sent olaraq hesablanıb. Şirkət ötən ilin birinci rübündə hər səhmə görə 9 sent zərər etdiyini bildirmişdi.
Şirkət, ikinci rübdə 11,2 milyard dollardan 12,4 milyard dollara qədər gəlir gözlədiyini və hər bir səhm üzrə zərərin 32 sent olacağını proqnozlaşdırıldığını açıqlayıb.
"Birinci rüb düzgün istiqamətdə atılmış addım idi, lakin bazar payını qazanmaq və davamlı inkişaf yoluna qayıtmaq üçün sürətli həll yoxdur"- Intel baş direktoru Lip-Bu Tan deyib
Əməliyyat səmərəliliyini təmin etmək üçün addımlar atdıqlarını qeyd edən Tan, "yeni Intel"i qurmaq üçün lazımi dəyişikliklər etdiklərini bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
7 d. əvvəl
“Aztelekom”un yenidən təşkil olunması haqqında qərar qəbul olunub
- 26 d. əvvəl
- 34 d. əvvəl
-
-
56 d. əvvəl
“Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyinə yeni Baş katib təyin edilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanlı sahibkarlar üçün Dubayda yeni imkanlar - MÜQAVİLƏ İMZALANIB
- 4 saat əvvəl
-
15 saat əvvəl
“PAŞA Bank”dan bizneslərə dəstək: Faktorinq xidmətində 50% endirim
Son Xəbərlər

“Aztelekom”un yenidən təşkil olunması haqqında qərar qəbul olunub

Marcom şirkəti yerli bazardakı payını azaldır

Azərbaycanın “Pak Xalça” şirkəti mühüm status qazanıb - Xalça yumasına 50-dən çox brend zəmanət verir

İntel-in gəliri dəyişməz qalıb

Google-un ana şirkəti Alphabet-in gəliri artıb
Ən çox oxunanlar

Yüksək gəlirli müəssisələr satışa qoyulub - QİYMƏTLƏR

“PAŞA Bank”dan bizneslərə dəstək: Faktorinq xidmətində 50% endirim

Dövlət ən iri 5 bankda 500 milyon manat depozit yerləşdirdi

KOB-ların iri ticarət şəbəkələrinə çıxışının daha da asanlaşdırılması müzakirə edilib

Kulevi limanına Azərbaycandan ixrac azalıb, Mərkəzi Asiyadan tranzit iki dəfə artıb

Azərbaycanda ilk dəfə pasterizə olunmuş yumurta istehsalı sahəsi istifadəyə veriləcək
