"Hərracda satış 70 milyon olanda başlayırsınız qalmaqal etməyə, 20 milyon olanda səsiniz də çıxmır"
Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov hər həftə 2 dəfə keçirilən valyuta hərracları barədə məlumatların dərc edilməsinin dayandırılmasının səbəblərini açıqlayıb.
Marja.az-ın məlumatına görə, Mərkəzi Bankının sədri və rəhbərliyi mediada bu mövzunun geniş müzakirə olunmasından təəccüblənib:
"Valyuta hərracları barədə məlumatların açıqlanmasının dayandırılması mediada çox müzakirə edilən mövzulardan biri oldu. Mərkəzi Bank olaraq, nə üçün bu mövzu belə çox müzakirə edilir, biraz təəccübləndik.
İlk növbədə qeyd edim ki, valyuta hərraclarının keçirilməsi məhz Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) dövlət büdcəsinə transfertləri ilə bağlıdır. Hər ilin sonunda növbəti il üçün təsdiq edilən dövlət büdcəsində Neft Fondunun dövlət büdcəsinə transfert edəcəyi məbləğ məlum olur. Bu məbləğin manat şəkilində transfert edilməsi üçün Neft Fondu sərəncamında olan valyuta ehtiyatlarının satışını həyata keçirərək, aldığı vəsaiti dövlət büdcəsinə transfert etməlidir. Bu transfertin həyata keçirilməsi üçün Dövlət Neft Fondu özü birbaşa bazara çıxaraq da xarici valyuta vəsaitini sata bilər. Şəffaflığı təmin etmək və həm də prosesi idarə etmək üçün Mərkəzi Bank agent qismində çıxış edərək həmin valyutanı bazara hərrac vasitəsilə satır. Hərracda ölkədə fəaliyyət göstərən kommersiya bankları iştirak edirlər. Hazırda məzənnə sabit olduğu şəraitdə və bütün tələb ödənildiyi təqdirdə bu hərracların nəticəsi barədə məlumatların açıqlanmasında hər hansı bir məntiq görmürük. Həftə ərzində iki dəfə hərrac keçirilir. Həmin hərracların nəticələri dəyişkən olur. Həftəiçi dəyişikliklər baş verdikdə, media və ekspertlər bundan qalmaqal edirlər. Hansı ki, əsassızdır. Bu hərracların yalnız büdcəyə Dövlət Neft Fondundan transfertin təmin edilməsi üçün keçirildiyini nəzərə alaraq, qənaətə gəldik ki, hərracların nəticlərini açıqlamayaq. Həm məzənnə dəyişmirsə, həm də tələb ödənilirsə - hərracların nəticələri barədə məlumatlar valyuta bazarının təhlil edilməsi üçün kifayət etmir. Belə bir qərara gəldik ki, Mərkəzi Bank hər ay üzrə öz ehtiyatlarını açıqlayacaq, hər rübün nəticəsi olaraq ARDNF öz ehtiyatlarını, aylıq olaraq nə qədər valyuta satdığını və transfert məbləğini açıqlayacaq."
Taleh Kazımov qeyd edib ki, hərracda tələb artdığı vaxt media və ekspertlər əsasız müzakirələrə səbəb yaradırlar:
"Bəzi media nümayəndələri və ekspertlər bildirirlər ki,"biz bu valyuta hərraclarının nəticələri barədə məlumatlar ilə valyuta bazarında tələb-təklifi müəyyən edirik". Valyuta hərracının nəticəsi barədə məlumatlar ilə valyuta bazarında tələb-təklifi müəyyən etmək doğru deyil. Çünki Neft Fondunun transferti ümumi valyuta bazarının tələbinin 30-35 faizini təşkil edir. Biz tələb təklifi müəyyən etmək istəyiriksə, tələb və təklifdə dəyişiklikləri görmək üçün iki işarə var: məzənnə və valyuta ehtiyatları. Məzənnə sabitdir, ehtiyatlar da dəyişilmirsə, bu o deməkdir ki, valyutaya olan tələb ödənilir. Biz valyuta bazarına olan hər müdaxiləmizi açıqlayırıq. Biz indiyədək valyuta bazarına həm alış, hə da satış yönümlü müdaxilələrimizi açıqlmışıq. Hazırda Dövlət Neft Fondunun dövlət büdcəsinə manat şəkilində transfert etdiyi məbləğ üçün valyuta satışı üzrə keçirilən hərracların açıqlanması əsassız müzakirələrə səbəb olur. Məsəslən, hansısa hərracda 70 milyon dollar satış olanda başlayırsınız qalmaqal etməyə, 20 milyon dollar olanda səsiniz də çıxmır. Bu biraz ədalətsizlikdir. Aşağı məbləğdə satış olanda yazın ki, "hər şey əladır". Böyük məbləğdə satış olanda isə yazırsınız ki, "hər şey dağıldı". Amma elə deyil. Bu həftəiçi hərraclardır. Son 5 ildə Neft Fondunun transferti müqabilində satdığı valyuta ümumi iqtsadiyyatımızda valyuta bazarının 30-35 faizini təşkil edib. Yəni, bu hərraclar valyuta bazarında tələb və təklifi müəyyən etmir. Tələb və təklifin dəyişdiyini bilmək üçün, ya məzənnə dəyişməlidir ya da valyuta ehtiyatları azalmalıdır. Onlar ikisi də sabitdirsə, deməli tələb tam ödənilir. Ümidvaram ki, biz bir daha bu müzakirəyə qayıtmarıq".
Müştərilərin xəbərləri
“AzerTelecom” və “DE-CIX”in əməkdaşlığı ilə internet mübadiləsi mərkəzi – “AZE-İX” istifadəyə verilir
Universitet tələbələri investorlar qarşısında: "SABAH.academy" 6-cı "University Demo Day" tədbirini keçirib
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
4 gün sonra
Azər Türk Bank istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
- 4 gün sonra
-
- 1 gün sonra
-
16 saat əvvəl
Şuşada dövlət-özəl tərəfdaşlığı çərçivəsində işlər həyata keçirilib
-
16 saat əvvəl
Prezident İlham Əliyev Şuşada “Yasəmən” hotelinin yeni korpusları ilə tanış olu
- 17 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Akvakultura təsərrüfatlarının qeydiyyat şəhadətnaməsi üçün rüsum müəyyənləşir
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp: İranla danışıqları davam etdirəcəyik, amma atəşkəs bitdi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Azər Türk Bank istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
Pul lazımdır? - 500 MANAT ÜÇÜN AYDA 25 MANAT ÖDƏ ®
Təhsil işçiləri üçün sərfəli kredit kampaniyası başladı
Sığorta şirkətlərinin 21-ci ofisi “Sea Breeze”də açılıb
Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edilir
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
Tramp: İranla danışıqları davam etdirəcəyik, amma atəşkəs bitdi
Qızıl alanlara vacib xəbər - Qlobal bank: Qızıl daha da ucuzlaşa, 3 min 800 dollara düşə bilər






















