Bakıda "Li Auto"nun ilk şəhər şourumu açıldı və əsas satış mərkəzinin açılış tarixi bəlli oldu
Rəsmi idxalçı Bakıda "Li" avtomobillərinin şourumunu açdı - QİYMƏTLƏR(®) "Li Auto" brendinin Azərbaycanda yeganə rəsmi idxalçısı olan "Efendiler Group" şirkəti öz şəhər şourumunu avtomobil sevənlərə təqdim edib.
Media nümayəndələri və tanınmış şəxslərin iştirakı ilə keçən tədbirdə brendin Azərbaycandalı fəaliyyəti, təqdim olunan model cərgəsi və gələcək planlarla bağlı məlumat verilib.
"Efendiler Group"un icraçı direktoru Amal Əlili öz çıxışında Li Auto sevənlərinə yeni müjdəni verib:
“Qeyd edim ki, hal-hazırda olduğumuz showroom 2-ci dərəcəli satış mərkəzi əhəmiyyəti daşıyır. Buradan bütün "Li Auto" sevənlərə xoş bir xəbər vermək istəyirəm: təxminən Avqust ayının sonlarında Babək prospekti 37 ünvanında inşa olunan "Li Auto"nun yeni satış mərkəzi avtomobil sevənlərin istifadəsinə veriləcək. Mərkəzin yalnız sərgi hissəsi 1000 kvm civarında olacaqdır.”
Rəsmi servis mərkəzi Babək prospekti, 35K ünvanında yerləşir və artıq 1 aydır ki, fəaliyyət göstərir, böyük və təcrübəli komanda ilə həftənin 6 günü müştərilərin xidmətindədir.
Şəhər şourumu Aşıq Molla Cümə küçəsi 44B ünvanında yerləşir. Hal-hazırda müştərilər üçün 4 il və ya 100 000 km rəsmi zəmanəti olan, 42 000 dollardan başlayan qiymətlər ilə L6, 48 000 dollardan başlayaraq L7 və 63 500 dollardan başlayaraq L9 modelləri təqdim olunur.
Yaxın gələcəkdə model cərgəsinin genişləndirilməsi planlaşdırılır və Li i8, eləcə də Li Mega modelləri kimi yeni nəsil avtomobillərin təqdimatı olacaqdır.
Müştərilər öncədən avtomobili bron edə və servis üçün qeydiyyatdan keçə bilərlər. Ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz.
Ünvan: Aşıq Molla Cümə, 44B.
Əlaqə: *2299
Müştərilərin xəbərləri
“Prior Leasing” investorlara 2 milyon manatlıq istiqraz təklif edir: illik 15% gəlir hər 30 gündən bir ödəniləcək ®
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
3 gün sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
- 8 d. əvvəl
- 14 d. əvvəl
- 16 d. əvvəl
- 18 d. əvvəl
- 20 d. əvvəl
- 22 d. əvvəl
-
27 d. əvvəl
Azərbaycanın 2 milyard dollarlıq ixrac hədəfinin qarşısındakı risklər
-
31 d. əvvəl
Azərbaycanda misəritmə zavodunun yaradılması gündəmə gətirilib
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Bitkiçilik sığortasında ödənişlər 91,5% azalıb
Yük sığortası üzrə ödənişlər 53% artıb
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
Ən çox oxunanlar
Azərbaycanda misəritmə zavodunun yaradılması gündəmə gətirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yanğın və digər risklərdən sığorta üzrə ödənişlər 56% artıb




























