2021-2024-cü illərdə mənzil qiymətləri 32 faizdən çox artıb
İlkin və təkrar bazar üzrə mənzil qiymətləri artmaqdadır. 2020-ci ildə pandemiya ilə əlaqədar olaraq daşınmaz əmlak bazarında qiymətlərdə nisbətən sabitlik müşahidə olunmuş, lakin sonrakı illərdə artım meylləri müşahidə edilmişdir. Bütövlükdə, 2020-ci ilin sonu ilə müqayisədə mənzil qiymətlərində 32.4% artım olmuşdur.
Marja xəbər verir ki, bu, Azərbaycan Respublikasının Mərkəzi Bankının 2024-cü ilin yekunları üzrə Maliyyə Sabitliyi Hesabatında bildirilir.
Qeyd edilib ki, ipoteka kreditləşməsi son illərdə ümumilikdə artım nümayiş etdirmişdir. 2020-ci ildən etibarən ipoteka kreditlərinin həcmi yüksəlmiş, lakin 2023-cü ildə artım tempində sabitləşmə müşahidə olunmuşdur. Bu sabitləşmə əsasən İKZF hesabına verilmiş kreditlər üzrə olmuşdur. Bu isə öz növbəsində təkrar bazar üzrə qiymətlərin artım tempinin stabilləşməsinə öz təsirini göstərmişdir.
Vurğulanıb ki, bankların daxili ipoteka faizləri artmaqdadır. Son dövrlərdə İKZF hesabına verilmiş ipoteka kreditləri üzrə faiz dərəcələrində əhəmiyyətli dəyişiklik müşahidə edilməsə də, bankların daxili resursları hesabına verilən ipoteka kreditləri üzrə faiz dərəcələri artmaqdadır. Daxili resurslar hesabına verilmiş ipoteka kreditlərinin ümumi ipoteka portfelində çəkisinin artması ipoteka kreditləri üzrə orta faiz dərəcələrinin artmasına səbəb olmuşdur.
2024-cü ildə mənzil qiymətlərinin artım tempi sərəncamda qalan gəlirlərin artım tempini üstələmişdir. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ötən ilin sonu ilə müqayisədə mənzil qiymətləri 9.9%, sərəncamda qalan gəlirlərin artım tempi isə 5.9% təşkil etmişdir. Ümumilikdə isə, 2020-ci ildən etibarən mənzil qiymətləri 32%, sərəncamda qalan gəlirlər isə 39% artmışdır.
Müştərilərin xəbərləri
“Prior Leasing” investorlara 2 milyon manatlıq istiqraz təklif edir: illik 15% gəlir hər 30 gündən bir ödəniləcək ®
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
3 gün sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
- 7 d. əvvəl
- 13 d. əvvəl
- 15 d. əvvəl
- 17 d. əvvəl
- 19 d. əvvəl
- 21 d. əvvəl
-
26 d. əvvəl
Azərbaycanın 2 milyard dollarlıq ixrac hədəfinin qarşısındakı risklər
-
30 d. əvvəl
Azərbaycanda misəritmə zavodunun yaradılması gündəmə gətirilib
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Bitkiçilik sığortasında ödənişlər 91,5% azalıb
Yük sığortası üzrə ödənişlər 53% artıb
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
Ən çox oxunanlar
Azərbaycanda misəritmə zavodunun yaradılması gündəmə gətirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yanğın və digər risklərdən sığorta üzrə ödənişlər 56% artıb


























