105 nömrəli marşrut “Bus Service”, 216 nömrəli marşrut isə “General Auto Company” şirkətinə verildi
Bir neçə avtobus marşrutu üzrə keçirilən müsabiqənin qalibləri müəyyənləşib: C.Naxçıvanski küçəsi – Balaxanı qəsəbəsi və “Koroğlu” metrostansiyası – Balaxanı qəsəbəsi“Bakı-Siyəzən” şəhərlərarası, 105 və 216 nömrəli şəhərətrafı avtobus marşrutları üzrə müsabiqənin qaliblərini müəyyən edib.
Bu barədə Marja-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, “Bakı-Siyəzən” marşrutu üzrə fiziki şəxs Qurbanov Ariz Məmmədhüseyn oğlu, 105 nömrəli şəhərətrafı (C.Naxçıvanski küçəsi – Balaxanı qəsəbəsi) marşrut üzrə hüquqi şəxs “Bus Service” MMC, 216 nömrəli şəhərətrafı (“Koroğlu” metrostansiyası – Balaxanı qəsəbəsi) marşrut üzrə hüquqi şəxs “General Auto Company” komissiya üzvləri tərəfindən qalib elan olunublar.
Qeyd edək ki, marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.
Müştərilərin xəbərləri
“Prior Leasing” investorlara 2 milyon manatlıq istiqraz təklif edir: illik 15% gəlir hər 30 gündən bir ödəniləcək ®
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
3 gün sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
- 8 d. əvvəl
- 14 d. əvvəl
- 16 d. əvvəl
- 18 d. əvvəl
- 20 d. əvvəl
- 22 d. əvvəl
-
27 d. əvvəl
Azərbaycanın 2 milyard dollarlıq ixrac hədəfinin qarşısındakı risklər
-
31 d. əvvəl
Azərbaycanda misəritmə zavodunun yaradılması gündəmə gətirilib
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Bitkiçilik sığortasında ödənişlər 91,5% azalıb
Yük sığortası üzrə ödənişlər 53% artıb
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
Ən çox oxunanlar
Azərbaycanda misəritmə zavodunun yaradılması gündəmə gətirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yanğın və digər risklərdən sığorta üzrə ödənişlər 56% artıb





























