Fridrix Merz Almaniyanın yeni kansleri ola bilər
Fevralın 23-də keçirilən növbədənkənar Bundestaq seçkilərində Xristian Demokrat İttifaqı/Xristian Sosial Birlik (CDU/CSU) bloku 28,6% səs toplayaraq qalib gəlib.
Marja xəbər verir ki, bu barədə Federal Seçki Komissiyası öz saytında məlumat yayıb.
Almaniya üçün Alternativ (AfD) 2021-ci il seçkiləri ilə müqayisədə səs payını iki dəfə artıraraq 20,8% toplayıb və tarixində ilk dəfə ikinci olub.
Üçüncü yerdə kansler Olaf Şoltsun Almaniya Sosial Demokrat Partiyası qərarlaşıb. Onu seçicilərin 16,4%-i, yəni 2021-ci ildəkindən üçdə bir dəfə az adam dəstəkləyib. Bu, Sosial Demokratlar üçün partiyanın tarixində ən pis nəticədir.
Daha sonra Yaşıllar və Sol Partiyası gəlir. Onlar müvafiq olaraq 11,6% və 8,8% səs toplayıblar.
Sahra Vaqenknextin “Ağıl və Ədalət Alyansı” və keçmiş maliyyə naziri Kristian Lindnerin Azad Demokrat Partiyası 5%-lik səddi aşa bilməyərək Bundestaqın tərkibinə daxil olmayıb. Onlar müvafiq olaraq 4,9% və 4,3% səs toplayıblar.
Yeni parlamentdə XDİ/XSB 208, AfD 151, SDM 121, Yaşıllar 85, Sol Partiya 64 yer alacaq.
Almaniyada keçirilən seçkilərdə birinci olan Xristian İttifaqı (CDU/CSU) partiyalarının kansler namizədi Fridrix Merz (Friedrich Merz) ölkənin iqtisadi və siyasi böhranlarla üzləşdiyi bir vaxtda idarəçiliyi ələ keçirməyə hazırlaşır.
Belə ki, indiyədək heç bir dövlət vəzifəsində çalışmayan Merz, Almaniyanın son illərin ən böyük iqtisadi və siyasi böhranı ilə üzləşdiyi və Avropanın ABŞ-ın yeni administrasiyası ilə gərginlik yaşadığı bir vaxtda hakimiyyəti ələ keçirməyə hazırlaşır.
Merzin baş nazir (kansler) vəzifəsinə başlaması üçün, uzun müddət davam edəcəyi gözlənilən çətin koalisiya danışıqlarında digər partiyaları razı salmalıdır.
Namizədlər arasında ən yaşlısı olan 69 yaşlı Fridrix Merz uzun müddət partiyasında siyasi fəaliyyətlə məşğul olmasına baxmayaraq, baş nazir, nazir və ya bələdiyyə sədri kimi təcrübəyə malik deyil.
1955-ci ildə Şimali Reyn-Vestfaliya əyalətinin Brilon şəhərində anadan olan Merz üç uşaq atasıdır. O, hüquq təhsili alıb, hakim və vəkil işləyib.
Merz daha sonra siyasətə qədəm qoyub və 1989-1994-cü illərdə Avropa Parlamentində millət vəkili, 1994-2009-cu illərdə isə parlament üzvü kimi fəaliyyət göstərib.
O, 2009-cu ildə partiyasını tərk edib, 2018-ci ildə geri qayıdıb.
2000-2002-ci illər arasında CDU/CSU Bundestaq Qrupunun sədri vəzifəsini icra edən Merz, o zamankı CDU lideri Angela Merkelin də bu vəzifəni tutmaq istəməsindən sonra istefa vermək məcburiyyətində qaldı. Bu müddətdən sonra Merkel və Merzdə bir-birlərinə qarşı dərin nifrət yaranıb.
2009-cu ildə deputat kürsüsündən ayrıldıqdan sonra siyasi səhnədən itən Merz müxtəlif şirkətlərdə çalışıb, hüquqşünas və lobbiçi kimi fəaliyyət göstərib.
Daha sonra siyasətə qayıtmağa qərar verən Merz 2018 və 2019-cu illərdə CDU sədrliyinə namizəd oldu, lakin nümayəndələrdən dəstək ala bilmədiyi üçün hər iki seçkidə məğlub oldu.
Merz 2021-ci ilin sentyabrında keçirilən ümumi seçkilərdə yenidən parlament üzvü seçilib və 2022-ci ilin yanvarında üçüncü yarışında CDU lideri seçilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 gün əvvəl
-
1 gün əvvəl
TREVA Real Estate ölkədə ilk dəfə daşınmaz əmlak brokerləri üçün ixtisaslaşdırılmış tədbir keçirdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
ABB İnvest ilə gələcəyə investisiya: UNEC tələbələri üçün təcrübə və karyera fürsətləri!
-
1 gün əvvəl
Meyvə bağlarının aqrar sığortası dövrü başlayır – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Oktyabrın 26-da gözlənilən hava şəraiti
TREVA Real Estate ölkədə ilk dəfə daşınmaz əmlak brokerləri üçün ixtisaslaşdırılmış tədbir keçirdi
Azərbaycan neftinin son qiyməti
AzVak-da yeni vakansiyalar
Bakcell-in meqa lotereyasında 3-cü avtomobil uduldu!
Meyvə bağlarının aqrar sığortası dövrü başlayır – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
Intel-in gəliri 3-cü rübdə artıb
ABŞ-ın sentyabr ayı inflyasiya rəqəmləri açıqlanıb
Metrologiya İnstitutunun rəhbərliyinə təyinat olub
Dolların bazar erətsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət Agentliyinə rəisi təyin edildi, ona “general-mayor” ali hərbi rütbəsi verildi
Bakıdaki ilk inklüziv “Kashalata” kafesi fəaliyyətini davam etdirir!
m10 və Binance Azərbaycanda birbaşa kripto-fiat əməliyyatlarını davam etdirir - BİRGƏ AÇIQLAMA








.jpg)





.jpg)




.jpg)
