Naxçıvanda əmanət qoyuluşu və nağdsız dövriyyədə də müsbət dinamika davam edir
1 yanvar 2025-ci il tarixə muxtar respublikada fəaliyyət göstərən banklar tərəfindən əhalidən cəlb edilmiş müddətli əmanətlərin həcmi 25 milyon 500 min manat təşkil etmişdir ki, bu da 1 yanvar 2024-cü ilin göstəricisi ilə müqayisədə 8 milyon 677 min manat və ya 1.5 dəfə çoxdur.
Azərbaycan Respublikasi Mərkəzi Bankinin Naxcivan MR İdarəsindən Marja-ya verilən məlumata görə, cəlb edilmiş bu növ əmanətlərin 94.4 faizi və ya 24 milyon 60 min manatı milli valyutada, 5.6 faizi və ya 1 milyon 440 min manatı isə xarici valyutada olan əmanətlərin payına düşmüşdür ki, milli valyutada cəlb edilmiş əmanətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 milyon 178 min manat və ya 1.5 dəfə, xarici valyutada cəlb edilmiş əmanətlərin həcmi isə 499 min manat və ya 1.5 dəfə çox olmuşdur.
2024-cü ilin yanvar-dekabr ayları ərzində regionda fəaliyyət göstərən bank və bank filiallarının emissiya etdiyi ödəniş kartları vasitəsilə ölkədaxili və ölkəxarici nağdsız əməliyyatların və onların regiondakı ödəniş xidməti şəbəkəsi vasitəsilə həyata keçirilən nağdsız əməliyyatların həcmi ümumilikdə 1 milyard 26 milyon 328 min manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 408 milyon 733 min manat və ya 1.7 dəfə çoxdur.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 5 saat sonra
- 3 saat əvvəl
-
4 saat əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 5 saat əvvəl
-
6 saat əvvəl
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Dünya Bankından Azərbaycana yeni kredit – bu magistral yol yenidən qurulacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Ən çox oxunanlar
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ağdam Sənaye Parkında yeni şirkət - 14,2 milyon manatlıq layihə
Maliyyə nazirinin 1-ci müavini ABB-nin rəhbərliyinə gətirilib

























