Peşəkar jurnalist, əziz dost
Bu günlərdə müasir Azərbaycan mediasının tanınmış simalarından olan Əməkdar jurnalist, yazıçı-publisist Vasif Səmədovun yubileyini qeyd edirik. Yaşasaydı, 75 yaşı tamam olacaqdı.
Azərbaycanın Əməkdar jurnalisti, Beynəlxalq Jurnalistlər konfederasiyasının üzvü, “Kamil sənətkar”, “Qızıl qələm”, “Zərdabi”, “ Araz” mükafatlarına sahib, “Oqonyok” jurnalının laureatı, Amerika Biblioqrafiya İnstitutunun Direktorlar Şurasının tərtib etdiyi “Dünyanın 1000 nüfuzlü şəxsi” adlı biblioqrafik sorğu kitabında jurnalistika üzrə Azərbaycanı təmsil edən Vasif Səmədov şərəfli bir ömür yolu keçib.
Vasif Həzərxan oğlu Səmədov 1950-ci il yanvarın 22-də Masallıda anadan olub. Uşaqlıq və gənclik illərini Masallıda keçirmişdi. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib.
Hələ məktəbdə oxuduğu vaxtda 1965-1968-ci illərdə Masallıda çıxan “Çağırış” qəzetində çıxış edib. Orta təhsilini başa vurduqdan sonra Bakıya gəlib, “Azərbaycan pioneri”qəzeti ilə əməkdaşlıq edib, qəzetin keçirdiyi müsabiqədə mükafat qazanıb. 1968-1969-cu illərdə “Azərbaycan pioneri” və “Azərbaycan gəncləri” qəzetlərində mütəmadi yazıları dərc edilib. 1969-cu ilin yanvar ayında Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsində redaktor vəzifəsinə təyin edilib. Elə həmin ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinin qiyabi şöbəsinə qəbul olub.
1972-1974-cü illərdə hərbi xidməti başa vurduqdan sonra Azərbaycan KP MK-nin Siyasi Maarif Evində işləyib. 1977-ci ildə universiteti müvəffəqiyyətlə bitib. 1977-1984-cü illərdə Ukraynanın Dnepropetrovsk vilayətində partiya, komsomol və təsərrüfat işlərində fəaliyyət göstərib. 1984-cü ildə Bakıya qayıdan Vasif Səmədov Azərbaycan KP MK-nin Marksizim-Leninizm Universitetinin qiyabi şöbəsi üzrə dekan vəzifəsində çalışıb və müxtəlif mətbu orqanlarda çıxış edib.

1986-cı ildən 1991-ci ilədək “Kommunist” qəzetində müxbir işləyib, aktual yazıları ilə geniş oxucu auditoriyasında tanınıb. 1991-ci ildən “İzvestiya” qəzetinin Azərvaycan Respublikası üzrə xüsusi müxbiri təyin edilib.
1994-1995-ci illərdə “Rossiyski fermer” qəzetinin, 1995-ci ildə isə “Oqonyok” jurnalının Azərbaycan, Türkiyə və İran dövlətləri üzrə xüsusi müxbiri olub. 1996-cı ildən jurnalın Mərkəzi, Qərbi Asiya ölkələri və Ukrayna Respublikası üzrə müxbir məntəqəsinin müdiri vəzifəsində fəaliyyət göstərib. Rusiyanın "Peremenı" Beynəlxalq Gənclik jurnalının baş redaktor müavini işləyib. 1999-ci ildə “literaturnaya qazeta”nın Mərkəzi və Qərbi Asiya ölkələri üzrə müxbir bürosunun müdiri və xüsusi müxbiri təyin edilib. 2000-ci ildə Rusiyanın üç televiziya kanalı, on iki radio stansiyası, “Literaturnaya qazeta”, “Kultura”, “Rossiya” və bir neçə populyar mətbu orqanı bir holdinqdə birləşdirilib. Vasif Səmədovun rəhbərlik etdiyi müxbir bürosu həmin televiziya kanallarının, radio stansiyaların və mətbu orqanların Mərkəzi və Qərbi Asiya ölkələri üzrə nümayəndəliyinə çevrilib.
Azərbaycan jurnalistikasının görkəmli nümayəndəsi Vasif Səmədov bütün fəaliyyəti dövtündə xalqımızın dünəni və bu günü haqqında həqiqəti, Azərbaycan elm və mədəniyyətinin uğurlarını, bu nailiyyətlərin qazanılmasında müstəsna xidmətləri olan həmvətənlərimizi dünyaya tanıtdırmış, ermənilərin apardığı məkrli siyasətə qarşı vətəndaş təəssubkeşliyi ilə mübarizə aparmış qələm adamıdır. Onun müxtəlif ölkələrin geniş oxucu kütlələrinə çatdırılmış, 20 Yanvar faciəsini təsvir edən “Müdaxilə”, Azərbaycanın milli qəhrəmanlarının, müqəddəs şəhidlik zirvəsinə yüksələn vətən övladlarının həyat yolunu əks etdirən “Təki Vətən yaşasın”, “Vətən üçün lazım gəlsə” kitablarının tarixi, siyasi, tərbiyəvi dəyəri olduqca böyükdür. “İzvestiya” qəzetinin səhifələrində çap olunan və sonra Azərbaycan və rus dillərində nəşr edilən “Müdaxilə”, “Vtorjeniye” silsilə yazıları 20 yanvar həqiqətləri ilə yanaşı, ermənilərin əsassız ərazi iddialarını, planlı fitnəkarlıqlarını da beynəlxalq auditoriyaya geniş açıqlayıb.
“Oqonyok” jurnalının Azərbaycan, İran və Türkiyə üzrə xüsusi müxbiri kimi Vasif Səmədov Azərbaycan ətrafında informasıya blokadasının dağılması, müstəqil dövlətin daxili və xarici siyasətinin rusdilli, transmilli media vasitəsilə dünyaya çatdırılması işində fəaliyyətini daha da genişləndirdi. “Oqonyok” jurnalının və “Literaturnaya qazeta”nın xüsusi müxbiri olaraq Vasif Səmədov müstəqil Azərbaycan dövlətinin formalaşması və möhkəmlənməsi sahəsində uğurlarımızın və mövcud problemlərimizin, xüsusilə Qarabağ probleminin tarixi ədalət prinsipi əsasında həlli, ölkəmizin beynəlxalq nüfuzunun artırılması istiqamətində respublika rəhbərliyinin apardığı siyasətin düzgün, qərəzsiz işıqlandırılmasında öz prinsipiallığı və obyek tivliyi ilə seçilib. O, öz yazıları ilə xalqının, ölkəsinin mənafeyinə xidmət edən vətəndaş mövqeyini, jurnalist obyektivliyini və fədakarlığını, yüksək intellekt və mədəniyyətini daim təsdiq edib, geniş oxucu kütləsinin rəğbətini, məhəbbətini qazanıb.
Ermənilərin anti-Azərbaycan təbliğatının hökm sürdüyü bir vaxtda – 1996-cı ildə “Oqonyok” jurnalının bütöv bir nömrəsinin Azərbaycan Respublikasına, onun bu gününə və tarixinə, nailiyyətlərinin və problemlərinin təhlilinə həsr edilməsi, ən əsası Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və ərazisinin 20 faizinin işgal edilməsi, bu təcavüzün ağır nəticələri barədə materialların yer alması Vasif Səmədovun vətəndaş mövqeyinin bariz nümunəsi idi. Qeyd etmək lazımdır ki, “Oqonyok” jurnalının yüz illik tarixi ərzində bir nömrənin xüsusi buraxılışı, həm də postsovet məkanından olan bir respublikaya həsr olunması ilk təcrübə, tarixi hadisə idi. Ümummilli lider Heydər Əliyev bu tarixi hadisəni təqdimat mərasimində söylədiyi nitqdə qiymətləndirərək demişdi: “Bu, sadəcə olaraq, jurnalın bir nömrəsi deyil, Azərbaycan haqqında kitabdır, həm də çox yaxşı kitabdır”.

Ulu öndər, dünyaşöhrətli siyasətçi, dövlət xadimi Heydər Əliyevi prezidentliyi dövründə əksər xarici səfərlərdə müşayət etmiş, ən mühüm hadisə və görüşlər zamanı onunla təmasda olmuş Vasif Səmədov Rusiya mətbuatında Azərbaycanın xarici siyasətinin salnaməsinin yaradılmasında müstəsna xidmət göstərib. Heydər Əliyevin fəaliyyəti kontekstində dövlətimizin xarici siyasətini, Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın dəyişməz mövqeyini beynəlxalq arenada işıqlandırıb.
Vasif müəllimi bir jurnalist kimi xalqa sevdirən onun vətənpərvərliyi, milli ləyaqəti idisə, hörmət və rəğbət doğuran isə fərdi xüsusiyyətləri, insani keyfiyyətləri idi. Vasif müəllim sədaqətli dost, qayğıkeş müəllim, nəfsinə sahib Allah adamı, sözübütöv, mərhəmətli, prinsipial, qayğıkeş, xeyirxah, qonaqpərvər insan idi.
Vasif Səmədov xalqa, Vətənə xidmət nümunəsidir. Müsahibələrinin birində demişdi: “...Ailə dəyərləri mənim həyatda qazandığım böyük mükafatıdır. Əmək fəaliyyətimdə Ulu Tanrının nəsib etdiyi ən böyük mükafatım Heydər Əliyev kimi böyük bir şəxsiyyətlə ünsiyyət, xarici səfərlərdə onu müşayət etmək, bütün bunları təmsil etdiyim transmilli mətduatda işıqlandırmaq olub. Həyatda böyük mükafatım isə ailə dəyərlərimdir. Ailəmizin baş tələbi Allaha bəndəlik etmək, Vətənə, el-obaya xidmət göstərməkdir. Həyat yoldaşım, üç oğlumun anası Solmaz xanım həmişə mənə arxa-dayaq olub. Övladlarım arzularımı çiçəkləndiriblər, məni naümid qoymayıblar. Nəvələrim mənə babalıq sevinci bəxş ediblər. Mən ailəmlə fəxr edirəm. Yerdə qalanlara qiymət vermək isə ətrafdakıların işidir”.
Onun Azərbaycan xalqının mənəvi dəyərlərini, mental xüsusiyyətlərini ifadə edən yazıları elmi-fəlsəfi təhlil dərinıliyi ilə seçilib. Müxtəlif səpkili məqalələri üçün Qarabağ problemi aparıcı mövzu olub. O, həmçinin “Leyla Əliyeva: “Xocalıya ədalət!” (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)” üçcildliyi kimi dəyərli nəşrin həmmüəllifidir.
Vasif Səmədov jurnalistikada həm peşəkarlıq, həm də vətənpərvərlik örnəyi kimi yadda qalacaq. Mehriban və qayğıkeş ailə başçısı, peşəkar jurnalist, Vətəninin layiqli övladı, əsl vətəndaş, əziz dostum Vasifin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.
Akademik Ziyad SƏMƏDZADƏ
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” şəhid ailələrinin 1-ci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi - FOTO
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 saat sonra
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
-
43 d. əvvəl
Latviyanın milli aviaşirkəti iflasın astanasında - 380 milyon avroluq borc
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
7 illik istiqraz, illik 15% gəlir – Hərracın tarixi açıqlandı
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Müəllim və həkimlərə nağd kredit üzrə 10% endirim elan edildi ®
-
3 saat əvvəl
“AzerGold” Qırğızıstanda yeni layihələrə hazırlaşır – Birgə müəssisələr yaradıla bilər
-
3 saat əvvəl
“Access Bank”ın müştərilərini nə gözləyir? — Ekspertdən AÇIQLAMA
- 3 saat əvvəl
-
3 saat əvvəl
Lizinq şirkəti kapitalını ikiqat artırır – Səhmdarları qərar verdi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
Maliyyə nazirinə yeni müşavir təyin edilib
Sentyabrın 15-də gözlənilən hava şəraiti
Müəllim və həkimlərə nağd kredit üzrə 10% endirim elan edildi ®
“AzerGold” Qırğızıstanda yeni layihələrə hazırlaşır – Birgə müəssisələr yaradıla bilər
Ən çox oxunanlar
“Access Bank”ın müştərilərini nə gözləyir? — Ekspertdən AÇIQLAMA
Bank işçi sayını artırır - 18 ayda 395 nəfərlik artım
Lizinq şirkəti kapitalını ikiqat artırır – Səhmdarları qərar verdi
Neftin bahalaşması və FED-in faiz artıracağı gözləntisi qızıla "zərbə vurur" - UCUZLAŞIR
Mərkəzi Bankında departamentin adı dəyişdirilib, yeni şöbə yaradılıb
Tramp İrana “Venesuela modeli” təklif edir - İran nefti ABŞ-ın nəzarətinə keçə bilər
Neft yenidən "alovlandı" — Brent 107 dolları keçdi
Rəsmi məzənnələr açıqlandı





















