"AccessBank"ın biznes kreditləri portfeli 122 milyon manata yaxın artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
Ötən il Bankın biznes kreditləri portfeli 121 milyon 835 min manat artaraq 901 milyon 880 min manata çatıb. Bankın cəmi aktivləri 1,5 milyard manata yaxınlaşıb.
"AccessBank" QSC 2024-cü ili 54 milyon 62 min manat xalis mənfəət ilə başa vurub. Bank 2023-cü ili 39 milyon 838 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "AccessBank"ın xalis mənfəəti 2024-cü ildə 2023-cü illə müqayisədə 14 milyon 224 min manat və ya 35,7% artıb. Xalis mənfəətin artması xalis gəlirin artmasından və mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayrılan vəsaitin azalmasından qaynaqlanır.
GƏLİRLƏRİ ARTIB
Marja.az Bankın rüblük hesabatlarına istinadən xəbər verir ki, ötən il "AccessBank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 242 milyon 548 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 171 milyon 994 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 70 milyon 554 min manat təşkil edib.
Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə "AccessBank"ın cəmi əməliyyat gəlirləri 213 milyon 217 min manat, cəmi əməliyyat xərcləri 156 milyon 524 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 56 milyon 693 min manat təşkil etmişdi.
Ötən il "AccessBank"ın gəlirlərindəki artım (29 milyon 331 min manat) xərclərindəki artımdan (15 milyon 470 min manat) 13 milyon 861 min manat çox olduğu üçün Bankın əməliyyat mənfəəti də bir o qədər artıb.
"AccessBank" 2024-cü ilin 70 milyon 554 min manat əməliyyat mənfəətindən 7 milyon 494 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb və 8 milyon 998 min manat mənfəət vergisi ödəyib. 2023-cü ildə "AccessBank" 56 milyon 693 min manat əməliyyat mənfəətindən 16 milyon 855 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırmış və mənfəət vergisi ödəməmişdi.
BANK BÖYÜYÜB
Keçən il "AccessBank"ın cəmi aktivləri 93 milyon 7 min manat və ya 6,7% artaraq 31 dekabr 2024-cü il tarixində 1 milyard 485 milyon 294 min manat təşkil edib. Bank 2023-cü ilin sonunda 1 milyard 392 milyon 287 min manat cəmi aktivlərə malik idi.
2024-cü ildə "AccessBank"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 137 milyon 785 min manat və ya 13,6% artaraq 1 milyard 151 milyon 550 min manata çatıb. O cümlədən, bankın istehlak kreditləri portfeli 11 milyon 605 min manat artaraq 239 milyon 142 min manata, biznes kreditləri portfeli 121 milyon 835 min manat artaraq 901 milyon 880 min manata, ipoteka kreditləri portfeli isə 4 milyon 345 min manat artaraq 10 milyon 528 min manata qalxıb.
BANKDA ŞİRKƏTLƏRİN PULLARI ARTIB
Keçən il "AccessBank"da cəmi depozitlər 25 milyon 92 min manat azalaraq 31 dekabr 2024-cü il tarixində 1 milyard 26 milyon 483 min manat təşkil edib. O cümlədən bankda fiziki şəxslərin depozitləri 34 milyon 984 min manat azalaraq 807 milyon 482 min manata düşüşb, hüquqi şəxslərin depozitləri isə 9 milyon 892 min manat artaraq 219 milyoin 1 min manata yüksəlib.
2024-cü ildə "AccessBank"ın kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəlikləri 53 milyon 330 min manat artaraq 197 milyon 501 min manata yüksəlib.
MƏCMU KAPİTALI ARTIB
31 dekabr 2024-cü il tarixində "AccessBank" QSC 185 milyon 16 min manat məcmu kapitala malik olub. Bank 2023-cü ilin sonunda 143,5 milyon manat məcmu kapitala malik idi.
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
23 d. sonra
Yeni nəsil şəffaf LED ekranlar Azərbaycanda - Artıq reklamlarınız daha mükəmməl görünəcək
-
1 saat əvvəl
"Almet Trading" MMC-nin "AlmetTradingBaku" ASC və "Metalist" MMC ilə heç bir əlaqəsi yoxdur"
-
6 saat əvvəl
“Xalq Əmanəti” layihəsinin 25-ci nəşri Güney Azərbaycan poeziyasına həsr olunub
-
- 23 saat əvvəl
-
1 gün əvvəl
Umico kredit xəttinin istifadəçiləri üçün xüsusi kampaniya: komissiyasız alış-veriş imkanı
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Makron: Fransa Bakı və İrəvanın sülh sazişi imzalamaq səylərini dəstəkləyir
-
1 gün əvvəl
Azərbaycanda gömrük rüsumları üzrə daxilolmalar 23 %-dən çox azalıb
-
1 gün əvvəl
Biləcəridə faizsiz kreditlə mənzil satışları davam edir - "Kristal Abşeron
-
1 gün əvvəl
Avropa bankı Azərbaycan bankına 5 milyon dollarlıq limit ayırdı
- 1 gün əvvəl
Son Xəbərlər

Yeni nəsil şəffaf LED ekranlar Azərbaycanda - Artıq reklamlarınız daha mükəmməl görünəcək

"Almet Trading" MMC-nin "AlmetTradingBaku" ASC və "Metalist" MMC ilə heç bir əlaqəsi yoxdur"

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Avropa bankı Azərbaycan bankına 5 milyon dollarlıq limit ayırdı

Prezident İlham Əliyev Nikol Paşinyanla görüşüb

Sabahın hava proqnozu açıqlanıb

Oğurluğa görə cəza sərtləşdirilir

4 ASC-nin Müşahidə Şurası seçiləcək

"Diqlas"ın yerində yeni ticarət mərkəzinin tikintisinə icazə verilib

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Əliyevin Avropa İttifaqı Şurası və Avropa Komissiyasının prezidentləri ilə görüşü olub
