Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Xalq Bank 2024-cü ilin yekunlarını açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Xalq Bank 2024-cü ilin yekunlarını açıqladı

Aktivlərinin həcminə görə, Azərbaycanda 4-cü böyük bank olan "Xalq Bank" 2024-cü ili 65 milyon 721 min manat xalis mənfəət ilə başa vurub. Bank 2023-cü ili 52 milyon 70 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə,"Xalq Bank"ın xalis mənfəəti 2024-cü ildə 2023-cü illə müqayisədə 13 milyon 651 min manat və ya 26,2% artıb.

Marja.az Bankın rüblük hesabatlarına istinadən xəbər verir ki, 2024-cü ildə "Xalq Bank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-fazi gəlirləri) 226 milyon 781 min maant, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 149 milyon 617 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 77 milyon 164 min manat təşkil edib. Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olan 5 milyon 504 min manat da mənfəətə əlavə olunub. Bank 82 milyon 668 min manat mənfəətindən 16 milyon 946 min manat mənfəət vergisi ödəyib. 

Reklam_3_11

Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə "Xalq Bank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-fazi gəlirləri) 191 milyon 891 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri )114 milyon 354 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 77 milyon 537 min manat təşkil etmişdi. Bank əməliyyat mənfəətindən 8 milyon 643 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırmış və 16 milyon 822 min manat mənfəət vergisi ödəmişdi. 

Ötən il "Xalq Bank"ın cəmi əməliyyat gəlirlərinin 34 milyon 890 min manat artmasına qarşılıq, cəmi əməliyyat xərcləri 35 milyon 263 min manat artıb. Xərclərdəki artım gəlirlərdəki artımdan daha çox olduğu üçün "Xalq Bank"ın əməliyyat mənfəəti 373 min manat azalıb. Lakin mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olan vəsait xalis mənfəətin daha yüksək olmasını təmin edib. 

BANKIN KREDİT PORTFELİ BÖYÜYÜB

2024-cü ildə "Xalq Bank"ın cəmi aktivləri 13 milyon 702 min manat azalaraq 31 dekabr 2024-cü il tarixində 3 milyard 68 milyon 846 min manat təşkil edib. Cəmi aktivlərdəki cüzi geriləmə qiymətli kağızlara investisiyaların, nağd vəsaitlərin və Mərkəzi Bankda müxbir hesabda vəsaitlərin azalması ilə əlaqədardır. Ötən il Bankın kredit portfeli 60 milyon 272 min manat və ya 3,3% artaraq 1 milyard 887 milyon 236 min manata çatıb. 

Keçən il "Xalq Bank"ın depozit portfeli 315 milyon 609 min manat kiçilərək 31 dekabr 2024-cü il tarixində 1 milyard 905 milyon 362 min manat təşkil edib. 

MƏCMU KAPİTALI ARTIB

31 dekabr 2024-cü il tarixində "Xalq Bank" 462 milyon 971 min manat məcmu kapitala malik olub.  Bank 2023-cü ilin sonunda 455 milyon 767 min manat məcmu kapitala malik idi. 

XXX

Ölkənin aparıcı banklarından olan Xalq Bank 2024-cü ilin yekunları üzrə maliyyə göstəricilərini açıqlayıb.

Bankın yaydığı press-relizdə bildirilir ki, 2024-cü ildə "Xalq Bank"ın xalis mənfəəti illik müqayisədə 26.2% artaraq 65,7 milyon manat təşkil etmişdir. Qeyd edək ki, 2023-cü ilin müvafiq dövründə bank 52,1 milyon manat xalis mənfəət əldə etmişdi. 

Qeyd edilib ki, 2024-cü il ərzində əsas maliyyə göstəricilərində stabil mövqe nümayiş etdirən Bankın aktivlərinin həcmi ötən ilin sonu ilə müqayisədə stabil qalaraq hesabat dövrünün sonuna 3 milyard 68 milyon manat təşkil etmişdir.

Kredit portfelinin həcmi (digər maliyyə institutları daxil) artaraq 1 milyard 937 milyon 620 min manat, banklar və digər maliyyə institutları istisna olmaqla depozitlərin həcmi 1 milyard 905 milyon 360 min manat təşkil etmiş, Bankın cəmi kapitalı 511 milyon manata çatmışdır.

Aktivlərdən səmərəli istifadə nəticəsində ötən il ilə müqayisədə hesabat dövründə səhmdar kapitalı üzrə gəlirlilik əmsalı (ROE) 10.55%-dən artaraq 13.44 %, aktivlər üzrə gəlirlilik əmsalı (ROA) isə 1.82%-dən artaraq 2.18% təşkil etmişdir.

2024-cü ilin il ərzində Bankın faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 13,8% artaraq 183 milyon 960 min manata, qeyri-faiz gəlirləri isə 41,5% artaraq 42,8 milyon manata yüksəlib.

2024-cü ilin iyul ayında Moody’s Ratings beynəlxalq reytinq agentliyi Xalq Bankın fəaliyyətini təhlil edərək kredit ödəmə qabiliyyətinin baza səviyyəsini (Baseline Credit Assessments) b1 səviyyəsinə yüksəldib. Agentlik Bankın reytinq üzrə proqnozu “stabil” olmaqla yerli və xarici valyutada uzunmüddətli depozit reytinqini Ba3 səviyyəsinə yüksəldib.

Davamlı inkişaf və sosial məsuliyyət prinsiplərini dəstəkləyən Xalq Bank 2024-cü ildə Birləşmiş Millətlər Təşkilatının Qlobal Sazişinə (UN Global Compact) qoşuldu.

Bank “Xalq Əmanəti” mədəni-sosial layihəsini 2024-cü ildə də davam etdirmişdir. May ayında layihənin 24-cü nəşri -  azərbaycanlı rəssam Cahid Camalın həyat və yaradıcılığına həsr edilmiş bədii albom geniş ictimaiyyətə təqdim olunmuşdur.

Qeyd edək ki,  Xalq Bank 2024-cü ildə növbəti 3 il üçün yeni İnkişaf Strategiyasını təsdiqləmişdir. Bu dövr ərzində Bank yüksək korporativ idarəetmə standartı tətbiq edən müştəri yönümlü, universal və texnoloji bank olmaqla bazarda sağlam və davamlı böyüməni hədəfləyir. Rəqəmsallaşmanın geniş tətbiqi və daxili nəzarət mühitinin inkişafı prioritet istiqamət kimi müəyyən edilib.

Bu il fəaliyyətinin 20 ilini qeyd edən Xalq Bank hazırda regionun ən dinamik inkişaf edən maliyyə qurumlarından biridir. Bank müxtəlif alternativ satış kanalları ilə yanaşı, ölkə üzrə 30 filialdan ibarət xidmət şəbəkəsi və peşəkar heyəti ilə müştərilərə müasir və rahat bankçılıq xidmətləri təklif edir.

16.01.2025 09:22
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ