Son dəqiqə - AZAL-ın Bakı-Qroznı təyyarəsi qəzaya uğrayıb - XƏBƏR YENİLƏNİR
Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb.
Dekabrın 26-da Azərbaycanda matəm elan edildi
Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
XXX
Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirib
Xəbər verdiyimiz kimi, Sankt-Peterburq şəhərində keçiriləcək MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Rusiya Federasiyasına səfərə yola düşən Prezident İlham Əliyevə Rusiya hava məkanında olarkən baş vermiş təyyarə qəzası haqqında məruzə edilib və dövlətimizin başçısı dərhal geri dönmək barədə tapşırıq verib.
Marja xəbər verir ki, təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna endikdən dərhal sonra Prezident İlham Əliyev hadisə ilə bağlı müşavirə keçirib.
XXX
Prokurorluq: Son məlumata görə, təyyarədə olanlardan 32 nəfər sağdır, onların müalicəsi aparılır
“Son xəbər budur ki, təyyarədə olanlardan 32 nəfər sağdır, onların müalicəsi aparılır”.
Bunu Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov brifinqdə deyib.
O, yekun rəqəm barədə hələlik məlumat olmadığını vurğulayıb.
XXX
Təyyarə qəzasında sağ qalanlardan 14-ü Azərbaycan vətəndaşıdır
AZAL-ın Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan təyyarəsində sağ qalanların 14-ü Azərbaycan, 10-u Rusiya, 2-ü Qırğızıstan vətəndaşıdır.
Bu barədə Qazaxıstanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Sağ qalanlardan üçünün vətəndaşlığı müəyyən edilməyib
XXX
Nikol Paşinyan təyyarə qəzası ilə bağlı başsağlığı verib.
Ermənistan Baş naziri Nikol Paşinyan AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.
Bu barədə Paşinyan “X” platformasındakı paylaşımında bildirib.
“Bakı-Qroznı reysini yerinə yetirən təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə başsağlığı veririk. Baş vermiş bu faciə insanın kədərlənməməsinə səbəb ola bilməz”, - o qeyd edib.
XXX
Baş Prokurorluq: Sərnişin təyyarəsinin qəzaya uğraması faktı ilə bağlı cinayət işi başlanıb
“Azərbaycan Hava Yolları” aviaşirkətinə (AZAL) məxsus təyyarənin Aktauda qəzaya uğraması faktı ilə bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 262.3 (hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.
Cinayət işinin istintaqı ilə bağlı Baş Prokurorluqda yaradılmış istintaq qrupunun üzvləri Baş prokurorun müavini Elmar Camalovun rəhbərliyi ilə Qazaxıstan Respublikasına ezam olunub. Habelə, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən iş üzrə müvafiq istintaq və digər zəruri prosessual hərəkətlərin icra olunması məqsədilə Qazaxıstan Respublikasının Baş Prokurorluğuna Beynəlxalq hüquqi yardım haqqında vəsatət göndərilib.
Qəzanın səbəblərinin araşdırılması və təxirəsalınmaz tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumları ilə birgə tədbirlər icra olunur.
Azərbaycan Respublikasının Baş Prokurorluğu təyyarə qəzası nəticəsində həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə şəfa tapmasını arzulayır.
XXX
Qəzaya uğramış Bakı-Qroznı təyyarəsində olanların ailə üzvləri üçün qaynar xətt yaradılıb - TELEFON NÖMRƏLƏRİ
Aktauda “Azərbaycan Hava Yolları” aviaşirkətinin (AZAL) qəzaya uğrayan təyyarəsində olan sərnişinlərin ailə üzvləri üçün qaynar xətt yaradılıb.
Bu barədə ” AZAL-ın məlumatına istinadən xəbər verir.
“AZAL-ın Bakı-Qroznı reysində olan sərnişinlərin ailə üzvləri üçün qaynar xətt yaradılıb.
(+994) 12 5048280, (+994) 12 5048202, (+994) 12 5048203 nömrəsi vasitəsilə əlaqə saxlaya bilərlər”, - məlumatda qeyd olunur.
XXX
Qazaxıstan FHN AZAL təyyarə qəzasında xəsarət alanlar və həlak olanlar barədə məlumat əldə etmək üçün qaynar xətlər açıb.
Həlak olanların və xəsarət alanların yaxınları aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:
87172-55-96-21
8-7292-31-90-91
Qeyd edək ki, Aktau şəhəri yaxınlığında AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarə qəzaya uğrayıb. Təyyarədə ekipaj üzvləri də daxil olmaqla 67 nəfər olub.
İlkin məlumata görə, 25 nəfər sağ çıxıb.
XXX
Aktauda qəzaya uğrayan təyyarədə 28 nəfər sağ qalıb, - Qazaxıstan Səhiyyə Nazirliyi məlumat yayıb.
XXX
Hadisəni araşdırmaq üçün Prezidentin tapşırığı ilə dövlət orqanlarının nümayəndələri Qazaxıstana yola düşüblər
Baş vermiş hadisəni araşdırmaq üçün Prezident İlham Əliyevin tapşırığı ilə dövlət orqanlarının nümayəndələri Qazaxıstana yola düşüblər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə rəqəmsal inkişaf və nəqliyyat naziri, fövqəladə hallar naziri, baş prokurorun müavini, səhiyyə nazirinin müavini, Dövlət Mülki Aviasiya Agentliyinin direktorunun müavini, AZAL-ın vitse-prezidenti və digər aidiyyəti dövlət orqanlarının nümayəndələri Qazaxıstanın Aktau şəhərinə yola düşüblər.
XXX
Qazaxıstan Səhiyyə Nazirliyi: Təyyarə qəzası ilə bağlı briqadalar cəlb olunub, 40 çarpayı ayrılıb
Qazaxıstanın ərazisində Azərbaycanın AZAL Qapalı Səhmdar Cəmiyyətinə məxsus olan təyyarənin qəzaya uğramasından sonra hadisə yerinə Təcili Yardım Xidmətinin 22 və Fövqəladə Hallar üzrə Tibb Mərkəzinin 6 briqadası cəlb olunub.
Bu barədə Qazaxıstanın Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu məqsədlə Tibb Mərkəzinin cərrahiyyə, travmotologiya və reanimasiya şöbələrində 40 çarpayı ayrılıb. Eyni zamanda mobil briqadalar daha 14 nəfəri xəstəxanaya çatdırıb. Onların da beşinin vəziyyətinin ağır olduğu və reanimasiyaya yerləşdirildiyi bildirilib. 11 yaşlı uşaq və 16 yaşlı yeniyetmə isə Uşaq Xəstəxanasına aparılıb.
XXX
"Azərbaycan Prezidenti İlham Əliyev AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə əlaqədar MDB sammitindən Rusiyadan Bakıya qayıdır",- "RİA Novosti" yazır.
XXX
Qazaxıstan Nəqliyyat Nazirliyi: Aktauda qəzaya uğrayan təyyarədə 37 Azərbaycan vətəndaşı olub
"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin Aktauda qəzaya uğrayan təyyarəsində 37 Azərbaycan vətəndaşı olub. Bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyi məlumat yayıb. "İlkin məlumata görə, təyyarədə 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub", - nazirliyin məlumatında bildirilib.
XXX
Aktauda təyyarə qəzasında xəsarət alan 25 nəfər xəstəxanaya yerləşdirilib
Qazaxıstanın Aktau şəhərində təyyarənin qəzaya uğraması nəticəsində xəsarət alan 25 nəfər xəstəxanya yerləşdirilib. Bu barədə Qazaxıstan Fövqəladə Halllar Nazirliyindən bildirilib.
XXX
Kadırov təyyarə qəzasından 25 nəfərin sağ qurtulduğunu bildirib.
Bu barədə Kadırov teleqram kanalında yazıb. "Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları” aviaşirkətinin Aktauda qəzaya uğrayan sərnişin təyyarəsinin həlak olan sərnişinlərinin yaxınlarına başsağlığı verirəm", - deyə Çeçenistan rəhbəri qeyd edib. Kadırov təyyarə qəzasından 25 nəfərin sağ qurtulduğunu bildirib.
XXX
Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Aktau yaxınlığında qəzaya uğrayan təyyarədə həlak olanların yaxınlarına başsağlığı verib.
Kadırov bildirib ki, Qazaxıstanda qəzaya uğrayan təyyarədə sağ qalan 12 nəfərin vəziyyəti çox ağırdır.
XXX
AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması nəticəsində 12 nəfər sağ qaldığı bildirilir
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) məlumatına görə, göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Sərnişinlər arasında uşaqlar olmayıb, zərərçəkənlər barədə məlumat tezliklə təqdim ediləcək.
Məlumata görə sağ qalanlar var, onlara ilkin tibbi yardım göstərilir. Qazaxıstan tərəfi ilə təmaslar həyata keçirilir və hadisə yerində Qazaxıstanın fövqəladə xilasetmə qurumları tərəfindən lazımi operativ zəruri dəstək göstərilir.
"Kazinform"un məlumatına görə, AZAL-a məxsus təyyarənin Aktauda qəzaya uğradığı yerdən 12 nəfər müxtəlif xəsarətlərlə Manqistau vilayət xəstəxanasına çatdırılıb.
XXX
KİV: Qazaxıstanda qəzaya uğrayan təyyarədə 15 Rusiya vətəndaşı olub
Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan Azərbaycan hava yollarına məxsus təyyarənin sərnişinləri Qazaxıstan, Azərbaycan, Rusiya, Tacikistan və Qırğızıstan vətəndaşları olub. Bu barədə "Baza" teleqram kanalı məlumat yayıb. Bildirilib ki, ilkin məlumatlara görə, təyyarənin göyərtəsində 15 Rusiya vətəndaşı olub.
XXX
AZAL-ın Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsində olanlardan 6 nəfəri sağdır.
Bu barədə Qazaxıstan Səhiyyə Nazirliyindən bildirilib.
Məlumata görə, təyyarədə olan 72 nəfərdən 6-sı sağ qalıb. Onlar xəstəxanaya çatdırılıb. Vəziyyətlərinin ağır olduğu bildirilir. Qeyd edək ki, AzAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi qəzaya uğrayıb. Təyyarə Xəzər dənizi üzərində “SOS” siqnalı verib. Daha sonra məcburi eniş etmək üçün Qazaxıstana istiqamət alan təyyarə Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.
XXX
KİV: AZAL təyyarəsinin Aktauda qəzaya uğraması nəticəsində 10 nəfər sağ qalıb
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib. Qazaxıstan KİV-ləri xəbər verir ki, bu barədə təcili xidmət orqanları məlumat yayıb. Məlumata görə, qəza nəticəsində 10 nəfər sağ qalıb. Qeyd edilib ki, baş verən yanğın söndürülüb.
XXX
“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib. “Kazinform”un verdiyi məlumata görə, hazırda zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir. İlkin məlumata görə, sağ qalanlar var. Bildirilib ki, Qazaxıstanın Aktau şəhəri yaxınlığında təyyarənin qəzaya uğradığı yerdə yanğının söndürülməsi üçün 52 yanğınsöndürən və 11 texnika cəlb olunub.
XXX
AZAL: İlkin məlumat. Təyarədə 67 sərnişin, 5 ekipaj üzvü olub. Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
XXX
Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-ın təyyarəsinin qəzaya uğradığı yerdə yanğının söndürülməsi üçün 52 yanğınsöndürən və 11 texnika cəlb olunub, - Respublikanın Fövqəladə Hallar Nazirliyi bildirib.
XXX
AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi qəzaya uğrayıb.
Təyyarə Xəzər dənizi üzərində “SOS” siqnalı verib.
Daha sonra məcburi eniş etmək üçün Qazaxıstana istiqamət alan təyyarə Aktau aeroportunda qəzaya uğrayıb.
İlkin məlumata görə, təyyarədə 67 sərnişin, 5 ekipaj üzvü olub.
AZAL-dan verilən açıqlamaya görə, “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.
İlkin məlumata görə hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub.
Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
XXX
“Azərbaycan Hava Yolları” aviaşirkətinin (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.
AZAL-dan verilən məlumata görə, ilkin məlumata görə hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub.
Ətraflı məlumat veriləcək.
XXX
Bakıdan Qroznıya uçan təyyarə Aktauda düşüb.
Bu məlumatı FHN təsdiqləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
7 saat əvvəl
“Venesiya” şadlıq sarayında baş verən hadisənin səbəbi məlum olub - RƏHBƏRİ CƏRİMƏLƏNİB
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
-
8 saat əvvəl
Qırmızı Ürəklər Fondu topladığı pulların hesabatını açıqlayıb
-
8 saat əvvəl
Naxçıvanda investorlar üçün yeni interaktiv portal istifadəyə verilib
- 9 saat əvvəl
-
9 saat əvvəl
Hazırda ölkə üzrə enerji dolum mərkəzlərinin sayı 184-ə çatıb
-
9 saat əvvəl
Avtokreditlərin 65 %-i elektrik və hibrid avtomobillərinə verilib
-
9 saat əvvəl
Trendyol 50 manatdan yuxarı sifarişlərdə çatdırılmanı pulsuz etdi
-
10 saat əvvəl
Dövlət satınalmalarının vahid internet portalında yeni funksiya istifadəyə verilib
-
10 saat əvvəl
Mərkəzi Bank 2 kredit təşkilatına icrası məcburi göstərişi verib
-
10 saat əvvəl
40 ölkədən 100-ə yaxın şirkətə xidmətlər ixrac edən Azərbaycan şirkəti
Son Xəbərlər

“Venesiya” şadlıq sarayında baş verən hadisənin səbəbi məlum olub - RƏHBƏRİ CƏRİMƏLƏNİB

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib

18 şəhərlərarası avtobus marşrutu müsabiqəyə çıxarılır

Qırmızı Ürəklər Fondu topladığı pulların hesabatını açıqlayıb

Naxçıvanda güzəştli maliyyələşmə 6,5 dəfə artıb

Avtokreditlərin 65 %-i elektrik və hibrid avtomobillərinə verilib

Trendyol 50 manatdan yuxarı sifarişlərdə çatdırılmanı pulsuz etdi
Ən çox oxunanlar

Mərkəzi Bank 2 kredit təşkilatına icrası məcburi göstərişi verib

İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI

Şirkətin baş sponsorluğu ilə voleybol klubu yaradılıb

May ayı üçün hava proqnozu açıqlandı

"Mr.fix"in 25 milyon manatlıq zavodu işə salındı
