BOKT-lara 3 ay vaxt verilib - MÜSAHİBƏ
Bu ilin noyabr ayından Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatları (BOKT) üçün nizamnamə kapitalı tələbini 3 dəfədən çox artıraraq 1 milyon manata çatdırıb. Bununla bağlı sualları AMB-nin Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin şöbə rəisi Xəyyam İsmayılov cavablandırıb:
- 1 milyon manatlıq kapital tələbi yalnız yeni fəaliyyətə başlayan BOKT-lara aiddir yoxsa mövcud kredit təşkilatları da öz kapitalını yeni tələbə uyğunlaşdırmalıdır?
- “Bank olmayan kredit təşkilatları haqqında” qanunda ötən il edilmiş dəyişiklərə əsasən, eləcə də, AMB-nin təsdiq etdiyi “2024-2026-cı illərdə maliyyə sektorunun inkişafı Strategiyası”nda müəyyən edilmiş strateji hədəflər çərçivəsində “Bank olmayan kredit təşkilatlarının fəaliyyətinin prudensial tənzimlənməsi Qaydası” və “Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası” təsdiq edilib, noyabrın 25-dən qüvvəyə minib. 1 milyon manatlıq kapital tələbi həm Qaydaların qəbulundan sonra yaradılan BOKT-lara, həm də mövcud kredit təşkilatlarına aiddir.
- Əgər kapital tələbi fəaliyyətdə olan BOKT-lara da aiddirsə, onlara bu tələbi yerinə yetirmək üçün nə qədər vaxt verilib?
- Qeyd olunan tələb Qayda qüvvəyə mindiyi tarixdən 3 ay sonra mövcud BOKT-lara şamil ediləcək, yəni onlara yeni kapital tələbini yerinə yetirmək üçün 3 ay vaxt verilib.
- Kapital tələbini yerinə yetirə bilməyən BOKT-ların lisenziyaları ləğv oluna bilərmi?
- Mövcud BOKT-lar tələbi təmin etmədikdə, bununla bağlı qanunvericiliklə müəyyən edilmiş tədbirlər görüləcək, o cümlədən kredit təşkilatlarının lisenziyalarının ləğv edilməsi ilə bağlı müvafiq addımlar atılacaq.
- Bu addım BOKT-ların maliyyə dayanıqlılığına necə təsir edə bilər?
- Qaydalarda olan bütün tələblər BOKT-ların maliyyə dayanıqlığını və istehlakçı hüquqlarının müdafiəsini gücləndirmək, əhalinin bütün təbəqələrinin maliyyə resurslarına əlçatanlığını yaxşılaşdırmaq məqsədi daşıyır. Kapital tələbinin artırılması BOKT-ların daha diversifikasiya olunmuş resurs mənbələrinə çıxışını genişləndirməklə maliyyə vasitəçiliyində rolunu daha da artıracaq. Bu qaydalarda müəyyən edilən tələblər, o cümlədən ehtiyatlanma ilə bağlı bütün təşkilatlar üçün tələblərin müəyyən edilməsi, eləcə də, maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərdə informasiya təhlükəsizliyinin təmin edilməsinə dair və digər requlyativ tələblər, BOKT-ların daha çox maliyyə resursuna malik olmasını zəruri edir.
© "Report"
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 3 saat əvvəl
- 12 saat əvvəl
-
14 saat əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 15 saat əvvəl
-
15 saat əvvəl
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
17 saat əvvəl
Dünya Bankından Azərbaycana yeni kredit – bu magistral yol yenidən qurulacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Ən çox oxunanlar
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ağdam Sənaye Parkında yeni şirkət - 14,2 milyon manatlıq layihə
Maliyyə nazirinin 1-ci müavini ABB-nin rəhbərliyinə gətirilib

























