Birdəfəlik müavinətlər Birbank-da
(®) Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərin həyatını rahatlaşdırmaq, vaxta qənaət etmək, müştəri məmnuniyyətini artırmaq məqsədilə rəqəmsal həllər təklif etməyə davam edir. Budəfəki yenilik Dövlət Sosial Müdafiə Fondu ilə əməkdaşlıq nəticəsində həyata keçirilir.
Belə ki, artıq uşağın anadan olmasına və dəfnə görə müavinətləri Birbank mobil tətbiqindən əldə etmək mümkündür.
Daha öncə müştərilər bu ödənişləri əldə etmək üçün bank filialına yaxınlaşaraq müəyyən sənədləri təqdim etməklə vəsaiti əldə edə bilərdilər. Artıq vaxt itirməyə gərək yoxdur. Müştərilər Birbank mobil tətbiqinə daxil olduqda müavinət məbləğini, məbləğin hansı növə aid olduğunu görə, vəsaiti istənilən banka məxsus kart kesabına köçürə bilərlər. Birbank mobil tətbiqi olmayan müştərilərə isə SMS vasitəsilə keçid linki göndərilir ki, bu linkə daxil olmaqla birdəfəlik ödənişləri istənilən bank hesabına köçürmək mümkündür.
Xatırladaq ki, yeniliyin ardından müştərilər birdəfəlik ödənişlərlə bağlı sənədləri DSMF-yə təqdim etdikdən sonra onlara ödənişi fiziki olaraq bank filialından və ya rəqəmsal formada Birbank mobil tətbiqindən əldə etmək seçimi verilir.
Birbank kartı haqqında ətraflı məlumat üçün https://birbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya bankın Facebook və Instagram səhifəsinə müraciət edə bilərsiniz. Birbank kartını sifariş vermək üçün Birbank tətbiqini yükləyin, “1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin, WhatsApp vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya Birbank mərkəzlərinə müraciət edin.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
25 d. əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 1 saat əvvəl
-
2 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























