Kritik xidmət təchizatçıları təyin ediləcək, onların fəaliyyətinin tənzimlənməsi diqqətdə saxlanılacaq
"Ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində qnaunvericilik bazası beynəlxalq təcrübəyə uyğun qurulduqdan sonra 14 elektron pul təşkilatı, 8 ödəniş təşkilatı və bir ödəniş sistemi operatorunun fəaliyyəti lisenziyalaşdırılmışdır. Tənzimləmə və nəzarət çərçivəsinin formalaşdırılması ekosistem iştirkaçıları üçün etibarlı və fəaliyyəti daha da dayanıqlı olan tərəfdaşların yaranmasına imkan verir".
Marja.az xəbər verir ki, bunu, Bakıda VIII Beynəlxalq Bankçılıq Forumunda çıxışı zamanı Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvü Vüsal Xəlilov bildirib.
O qeyd edib ki, həyata keçirilən islahatlar çərçivəsində Ani Ödənişlər Sisteminin infrastruktur imkanlarının təkmilləşdirilməsi, açıq bankçılıq üzrə platformanın formalaşdırılması, sandbox rejiminin tətbiqi ilə innovativ həllərinin tətbiqinin genişləndirilməsi istiqamətində fəaliyyət diqqəti cəlb edir:
"Növbəti strateji dövrdə rəqəmsal ödəniş ekosistemin qabaqcıl beynəlxalq təcrübə əsasında daha da inkişaf etdirilməsi məqsədilə lokal ödəniş kartlarının emissiyası məsələsi daha geniş çərçivədə müzakirə edilərək mövcud imkanlar və gələcək perspektivlər qiymətləndirilməlidir. Hesab edirik ki, lokal ödəniş kartlarının emissiyası ekosistemdə rəqabəti daha da təşviq etməklə xidmət haqlarının effektiv formada tənzimlənməsinə, uzunmüddətli perspektivdə infrastrukturun davamlılığının daha da artırılmasına imkan verəcəkdir.
Rəqəmsal transformasiya sahəsində aparılan islahatların davamı olaraq məsafədən bank hesablarının açılması proseduruna yenidən baxılmalı və günün tələblərinə uyğun təkmilləşdrilməlidir. Maliyyə inkluzivliyinin inkişafında açar rolunu oynayan bank hesablarının açılması zamanı eyniləşdirmə tələblərinin tətbiqində pilləli yanaşmanı daha da dərinləşdirərək mövcud proseslər sadələşdirilməlidir.
Maliyyə bazarlarında innovativ həllərin tətbiqi prosesinin daha da sürətləndirilməsi üçün bu layihələrin təhlili, planlaşdırılması və realizasiyaya hazırlanması məqsədilə innovasiya hub-ın yaradılması diqqət mərkəzində saxlanılmalıdır. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən innovasiya mərkəzinin yaradılması maliyyə bazarlarında real tətbiq ediləcək layihələrin reallaşdırılmasında mühüm rol oynayacaqdır.
Ödəniş kartları bazarının inkişafı və əlverişli tarif siyasətinin tətbiqi məqsədilə yerli və xarici ödəniş sistemi operatorlarının mövcud tarif siyasəti təhlil edilməli, mümkün ola biləcək sui-istifadə halları və bazara mənfi təsir effektləri məhdudlaşdırılmalıdır".
Vüsal Xəlilov əlavə edib: "Həyata keçiriləcək islahatların davamı olaraq, infrastrukturn dayanıqlı fəaliyyətinin təmin edilməsi, baş verə biləcək risklərin zamanında qarşısının alınması məqsədilə növbəti strateji dövrdə ödəniş ekosistemində təmsil olunan və fəaliyyəti lisenziyalaşdırılmayan kritik xidmət təchizatçılarının təyin edilməsini və onların fəaliyyətinin tənzimlənməsinin diqqətdə saxlanılmasını məqsədəuyğun hesab edirik.
Ekosistem iştirakçıları ilə birgə kompleks formada həyata keçiriləcək bu və digər islahatlar ümumilikdə maliyyə bazarlarının etibarlı və dayanıqlı fəaliyyətinin təmin edilməsinə istiqamətlənir".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
40 d. əvvəl
Azərbaycan və Maldiv adaları qarşılıqlı vizasız rejim tətbiq edib
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Kəpəz”in xalis kredit portfeli və xalis mənfəəti 14 faizdən çox artıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bank olmayan kredit təşkilatları sektoru zərərdən mənfəətə keçib
-
2 saat əvvəl
Tramp növbəti dəfə İranı hədələdi: Artıq o yaxşı adam yoxdur
- 2 saat əvvəl
-
2 saat əvvəl
Ölkədaxili nağdsız əməliyyatların həcmi kəskin artıb - 3 AYDA 9,6 MİLYARD MANATLIQ ÖDƏNİŞ
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Azərbaycan və Maldiv adaları qarşılıqlı vizasız rejim tətbiq edib
Bank olmayan kredit təşkilatları sektoru zərərdən mənfəətə keçib
Tramp növbəti dəfə İranı hədələdi: Artıq o yaxşı adam yoxdur
Aprelin 30-da gözlənilən hava şəraiti
Ölkədaxili nağdsız əməliyyatların həcmi kəskin artıb - 3 AYDA 9,6 MİLYARD MANATLIQ ÖDƏNİŞ
Bankların kredit portfelinin artım tempi cüzi sürətlənib
Bakıda İnnovasiya Mərkəzinin yaradılmasına dair memorandum imzalanıb
Ödəniş kartlarının sayı martda 62 min ədəd artıb
Mərkəzdə mənzil sahibi olmaq istəyənlər üçün böyük fürsət – Nizami City - Foto-Video
Azərbaycanın bank sektorunda xalis mənfəət kəskin artıb







.jpg)





.jpg)






