Azərbaycanda BOKT-lar üçün nizamnamə kapitalı tələbi 3 dəfədən çox artırıldı
Kapital tələbi kommersiya hüquqi şəxsi formasında yaradılan BOKT-lar üçün 300 min manatdan 1 milyon manata çatdırılıb.
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Bank olmayan kredit təşkilatlarının fəaliyyətinin prudensial tənzimlənməsi Qaydası”nı təsdiq edib.
Bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Qərara əsasən, BOKT-lar üçün nizamnamə kapitalı tələbi 3 dəfədən çox artırılıb. Belə ki, kapital tələbi kommersiya hüquqi şəxsi formasında yaradılan BOKT-lar üçün 300 min manatdan 1 milyon manata, qeyri-kommersiya hüquqi şəxsi formasında yaradılan BOKT-lar üçün isə 30 min manatdan 100 min manata çatdırılıb.
İndiyə qədər qüvvədə olan kapital tələbi ləğv edilmiş Maliyyə Bazarlarına Nəzarət Palatasının 7 iyul 2017-ci ildə təsdiqlədiyi “Bank olmayan kredit təşkilatlarının prudensial tənzimlənməsi Qaydaları”nda öz əksini tapmışdı. Yeni qərarla həmin Qaydalar qüvvədən düşüb.
AMB-nin Hüquq Departamentinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.
Bank olmayan kredit təşkilatlarının fəaliyyətinin prudensial tənzimlənməsi Qaydasından çıxarış:
4. Nizamnamə (şərikli) kapitalının (əmlak haqları) minimum miqdarı
4.1. Hər bir BOKT təşkilati-hüquqi formasına uyğun olaraq nizamnamə (şərikli) kapitalına (əmlak haqlarına) malik olmalı və fəaliyyəti dövründə onun bu Qaydanın 4.3-cü bəndində müəyyən edilmiş minimum məbləğdən aşağı səviyyədə olmasına yol verməməlidir.
4.2. BOKT-nin minimum nizamnamə (şərikli) kapitalı, habelə qeyri-kommersiya hüquqi şəxs kimi yaradılan BOKT-nin təsisçilərinin əmlak haqları Qanunun 7.1-ci maddəsinə uyğun olaraq pul şəklində ödənilməli və yalnız manatla formalaşdırılmalıdır.
4.3. BOKT-lərin nizamnamə (şərikli) kapitalının (əmlak haqlarının) minimum miqdarı aşağıdakı həcmdə müəyyən edilir:
4.3.1. kommersiya hüquqi şəxsi formasında yaradılan BOKT üçün - 1 (bir) milyon manat;
4.3.2. qeyri-kommersiya hüquqi şəxsi formasında yaradılan BOKT üçün - 100 (bir yüz) min manat.
5. Kapitalın minimum miqdarı və onun hesablanması
5.1. BOKT-nin kapitalının əsas məqsədi kommersiya strategiyasının dəstəklənməsi, daxili və xarici mühitdə baş verən əlverişsiz dəyişikliklər zamanı BOKT-nin maliyyə dayanıqlığının təmin edilməsidir. Kapital BOKT-nin ödəmə qabiliyyətinin itirilməsinə gətirib çıxara bilən mümkün zərərlərin azaldılmasına, potensial investorların BOKT-lərin fəaliyyətinə etimadının artırılmasına xidmət edir.
5.2. BOKT-nin kapitalının minimum miqdarı aşağıdakı həcmdə müəyyən edilir:
5.2.1. kommersiya hüquqi şəxsi formasında yaradılan BOKT üçün - 1 (bir) milyon manat;
5.2.2. qeyri-kommersiya hüquqi şəxsi formasında yaradılan BOKT üçün - 100 (bir yüz) min manat.
5.3. Kapitalın strukturu Qanunun 1.0.7-ci maddəsinə uyğun olaraq müəyyən edilir. Kapitala yalnız pul vəsaiti ilə ödənilən maliyyə alətləri daxil edilir.
5.4. Aşağıdakılar kapitalın hesablanması zamanı kapitaldan çıxılır:
5.4.1. qeyri-maddi aktivlərin xalis dəyəri (amortizasiya nəzərə alınmaqla);
5.4.2. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları ilə müəyyən olunmuş təxirə salınmış vergi aktivlərinin məbləği;
5.4.3. BOKT-nin törəmə cəmiyyətləri, habelə digər hüquqi şəxslərin kapitalına vəsait qoyuluşları.
5.5. Kapitalın hesablanması zamanı qənaətbəxş aktivlər üzrə yaradılan ehtiyatlar kapitaldan çıxılmır.
6. Bir borcalana və birgə borcalanlar qrupuna verilən kreditin maksimum miqdarı
Bir borcalan və birgə borcalanlar qrupu üzrə kredit tələbinin maksimum miqdarı BOKT-nin kapitalının 30 (otuz) faizindən çox olmamalıdır.
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

“PAŞA Holding”in dəstəyi ilə təsis edilən Kibertəhlükəsizlik Mərkəzinin növbəti məzun günü baş tutub
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 16 saat əvvəl
-
17 saat əvvəl
Mikayıl Cabbarovdan Suriyaya ixrac edilən qaz ilə bağlı açıqlama
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az - 18 saat əvvəl
-
18 saat əvvəl
Azərbaycanda hotellərdə gecələmələrin 20 faizə yaxını Hindistan vətəndaşlarının payına düşüb
-
19 saat əvvəl
Tramp Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazır olduğunu bildirib
- 19 saat əvvəl
-
19 saat əvvəl
Azər Türk Bank kartlardakı qalıqlara illik 8% kampaniyasını davam etdirir
-
1 gün əvvəl
“Üfüq” Karyera İnkişaf Proqramının qaliblərinin təltif olunma mərasimi keçirilib
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“PAŞA Holding”in dəstəyi ilə təsis edilən Kibertəhlükəsizlik Mərkəzinin növbəti məzun günü baş tutub
Son Xəbərlər

Sabahın hava proqnozu açıqlanıb

Mikayıl Cabbarovdan Suriyaya ixrac edilən qaz ilə bağlı açıqlama

Azərbaycan hotelərindəki yerlərin 79 faizə yaxını boş qalıb

Azərbaycan neftinin son qiyməti

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Coca-Cola həyəcanla gözlənilən yay kampaniyasına davam edir
Ən çox oxunanlar

“PAŞA Holding”in dəstəyi ilə təsis edilən Kibertəhlükəsizlik Mərkəzinin növbəti məzun günü baş tutub

Dövlət 3 iri bankda 450 milyon manat depozit yerləşdirdi

“Azərbaycan Dəmir Yolları”nın xarici borcu açıqlanıb
.png)
NEQSOL Holding PARLA proqramına görə 2025 Stevie® Awards Qızıl və Gümüş mükafatlarına layiq görülüb

3 Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edildi

SOCAR İstiqrazları üçün 1 milyon 125 min dollarlıq ödəniş
