Azərbaycanın supermarketlər şəbəkəsi iri qlobal bankla 10,5 milyon dollarlıq saziş imzaladı
“Araz” Supermarketlər Şəbəkəsindən kənd təsərrüfatının inkişafına dəstək - Asiya İnkişaf Bankı ilə 10,5 milyon dollarlıq saziş imzalandıAsiya İnkişaf Bankı (AİB) və Veysəloğlu Şirkətlər Qrupunun “Araz” Supermarketlər Şəbəkəsi arasında Azərbaycanda kənd təsərrüfatının inkişafını və ərzaq təhlükəsizliyini dəstəkləmək məqsədi ilə 10,5 milyon dollarlıq saziş imzalanma mərasimi keçirilib.
Tədbirdə AİB-in Özəl Sektor Əməliyyatları üzrə Baş Direktoru Suzanne Gaboury, Veysəloğlu Şirkətlər Qrupunun “Araz” Supermarketlər Şəbəkəsinin İdarə Heyətinin sədri Rəşad İbrahimov, “Veysəloğlu Distribusiya”nın İdarə Heyətinin sədri Bəxtiyar Allahverdi, “Oba” Marketlər Şəbəkəsinin İdarə Heyətinin sədri Natəvan İbrahimova və digər nümayəndələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Rəşad İbrahimov bildirib ki, AİB ilə imzalanan saziş sahibkarlığın və yerli istehsalın inkişafında mühüm rol oynayacaq və yeni iş yerlərinin yaradılmasına imkan verəcək:
“Saziş ailələrin qida təminatının daha da yaxşılaşdırılmasına şərait yaradacaq. Eyni zamanda yerli fermerlərin inkişafına təkan olacaq. Saziş çərçivəsində qadınların işə cəlb olunması istiqamətində mühüm addımlar atılacaq”.
Suzanne Gaboury isə qeyd edib ki, “Araz” Supermarketlər Şəbəkəsi ilə imzalanan saziş müasir pərakəndə satış sektorunda ərzaq keyfiyyətini və təhlükəsizliyini artıracaq:
“Müqavilə çərçivəsində ərzaq təhlükəsizliyinə və iqlim fəaliyyətinə dəstək veriləcək. Eyni zamanda, saziş kiçik fermerlərin daha etibarlı gəlirlər əldə etməsinə imkan yaratmaqla inklüziv inkişafa töhfə verəcək. AİB-in dəstəyi Azərbaycanın müasir pərakəndə təchizat zəncirinin genişlənməsini sürətləndirməyə və tədarük, nəqliyyat, saxlama və paylama sahələrində səmərəliliyi artırmağa kömək edəcək.”
Tədbirdə çıxış edənlər qeyd ediblər ki, Azərbaycandakı əksər fermerlər kiçik təsərrüfat sahibləri kimi, etibarlı alıcılar və sabit gəlirlərlərlə bağlı əziyyət çəkirlər. Bu faktorlar fermerlərin təsərrüfatlarını iqlim dəyişikliyinə uyğunlaşdırmaq üçün investisiya ayırmasını çətinləşdirir. İqlim dəyişikliyi ilə əlaqəli yüksək temperatur, su qıtlığı, torpağın şoranlaşması, yeni zərərvericilərin və xəstəliklərin yaranması da tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Rəşad İbrahimov daha sonra əlavə edib ki, yerli fermerləri dəstəkləmək biznesin və xidmət göstərdiyimiz insanların mənafeyi üçün olduqca vacibdir: “AİB ilə tərəfdaşlıq çərçivəsində Azərbaycanda keyfiyyətli qidaya çıxış imkanlarını genişləndirə və iqlimə davamlı əkinçilik təcrübələrini təşviq edə bilərik”.
Tədbirin sonunda “Araz” Supermarketlər Şəbəkəsi Asiya İnkişaf Bankına Qarabağ xalçasının ornamentlərini özündə əks etdirən və əməkdaşlığın uzunmüddətli olmasını simvolizə edən saat hədiyyə edib.
Asiya İnkişaf Bankı
1966-cı ildə təsis edilmiş Asiya İnkişaf Bankı, ifrat yoxsulluğun aradan qaldırılması istiqamətindəki səylərini mütəmadi olaraq davam etdirir və regionda firavan, inklüziv, dayanıqlı və davamlı inkişafa nail olmağa çalışır. Hal-hazırda AİB-ə 69 ölkə üzvdür və onlardan 49-u Asiya və Sakit Okean regionunda yerləşir.
“Veysəloğlu” Şirkətlər Qrupu
1994-cü ildən fəaliyyətə başlayan “Veysəloğlu” Şirkətlər Qrupu, pərakəndə, topdansatış, distribusiya, logistika və istehsalat sahələrində fəaliyyət göstərən, qeyri-neft sektoru üzrə ixtisaslaşmış Azərbaycan şirkətidir. 1997-ci ildən etibarən öz fəaliyyətini genişləndirən şirkət, hazırda dünyanın bir çox tanınmış markalarının 4 mindən artıq çeşiddə məhsulunun Azərbaycanda distribusiyasını həyata keçirir. Hazırda “Veysəloğlu”nun Azərbaycanın bütün regionlarında mağaza, anbarları və istehsal müəssisələri fəaliyyət göstərir. “Veysəloğlu” Şirkətlər Qrupunun 25 mindən çox əməkdaşı var.
Müştərilərin xəbərləri
Ərəb şirkəti Qəbələdə premium yaşayış kompleksi tikir – Satışlar başlayıb, qiymətlər 130 min dollardan başlayır
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
2 gün sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
15 d. əvvəl
Qarabağda 53,2 milyon manatlıq enerji layihəsi – “Minkənd” stansiyası işə düşdü
-
29 d. əvvəl
Mingəçevirdə nəhəng tekstil layihəsinin təməli qoyuldu – İldə 11 milyon köynək istehsal ediləcək
-
31 d. əvvəl
Azərbaycan enerji sektorunda böyük razılaşmalar: SOCAR 8 qlobal şirkətlə sənədlər mübadilə etdi
-
1 saat əvvəl
Hər 1 manat xaricə köçürməyə düşən daxilolma 5,9 manatdan 3,5 manata enib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İnternet bankçılıq dövriyyəsi bir ayda 7,25 milyard manat azalıb
- 13 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycanda POS-terminalların sayı bir ayda 23,6 min ədəd azalıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Azərbaycan enerji sektorunda böyük razılaşmalar: SOCAR 8 qlobal şirkətlə sənədlər mübadilə etdi
Azərbaycan neftinin qiyməti 123 dollara düşüb
Bakı 2040-cı ilədək çoxmərkəzli şəhər modelinə keçəcək
Ən çox oxunanlar
İnternet bankçılıq dövriyyəsi bir ayda 7,25 milyard manat azalıb
Tramp: Çinlə münasibətlərdə böyük irəliləyiş əldə etmişik
Azərbaycanda POS-terminalların sayı bir ayda 23,6 min ədəd azalıb
“NEO BOKT” birjada 1 milyon manatdan çox vəsait cəlb etdi



























