Xalq Bank-ın maliyyə vəziyyəti açıqlandı
Xalq Bank 2024-cü ilin 9 ayını 54 milyon manat xalis mənfəət ilə başa vurub.2024-cü ilin III rübünün yekunlarına əsasən, ASC “Xalq” Bankının aktivlərinin həcmi stabillik göstərərək 2 milyard 942 milyon manat təşkil etmişdir.
Bankın yaydığı press-relizdə bildirilir ki, kredit portfelinin həcmi (digər maliyyə institutları daxil) ötən ilin analoji dövrünün sonu ilə müqayisədə 5.1% artaraq 1 milyard 982 milyon manat təşkil etmişdir.
2024-cü ilin III rübünün sonuna Bankın “banklar və digər maliyyə institutları istisna olmaqla” depozitlərinin həcmi 1 milyard 981 milyon manat təşkil etmişdir.
2024-cü ilin III rübünün sonuna Bankın xalis mənfəəti 54 milyon manat, cəmi kapitalı 500.4 milyon manat təşkil etmişdir. Hesabat dövrünün sonuna Bankın faiz gəlirləri ötən ilin analoji dövrünün sonu ilə müqayisədə 17.3%, yəni 20.1 milyon manat daha çox olmaqla 136.5 milyon manat, qeyri-faiz gəlirləri 56.8%, yəni 11.6 milyon manat artaraq 32.1 milyon manat təşkil etmişdir.
Beləliklə, 2024-cü ilin III rübünün nəticələrinə əsasən, əsas maliyyə göstəriciləri: aktivlərinin, kredit portfelinin, banklar və digər maliyyə institutları istisna olmaqla, depozitlərin həcminə görə Xalq Bank yenidən ölkənin ən böyük özəl banklarının üçlüyündədir.
Həmçinin, ötən rüb ərzində Moody’s Ratings beynəlxalq reytinq agentliyi Xalq Bankın 2023-cü il üzrə fəaliyyətinin nəticələrini təhlil edərək kredit ödəmə qabiliyyətinin baza səviyyəsini (Baseline Credit Assessments) b1 səviyyəsinə yüksəldib. Reytinq üzrə proqnozu “stabil” olmaqla yerli və xarici valyutada uzunmüddətli depozit reytinqini Ba3 səviyyəsinə, yerli və xarici valyutada qısamüddətli və uzunmüddətli kontragent risk reytinqini (CR Assessments) Ba2/NP səviyyəsinə yüksəldib.
Qeyd edək ki, ölkənin aparıcı banklarından olan Xalq Bank 2024-2026-cı illər üçün müəyyənləşdirdiyi İnkişaf Strategiyasının icrasını uğurla davam etdirir. Növbəti 3 il ərzində Bank yüksək korporativ idarəetmə standartı tətbiq edən müştəri yönümlü, universal və texnoloji bank olmaqla bazarda sağlam və davamlı böyüməni hədəfləyir. Həmçinin qeyd edək ki, Bankın fəaliyyətində göstərdiyi davamlı və dayanlıqlı inkişaf və səhmdar kapitalının səmərəli istifadəsinin nəticəsi olaraq, Bankın maliyyə imkanlarının genişləndirilməsi məqsədilə Səhmdarların Ümumi yığıncağında bölüşdürülməmiş mənfəət hesabına Bankın nizamnamə kapitalının 415 milyon manata çatdırılması barədə qərar qəbul edilmişdir.
Bu il fəaliyyətinin 20 ilini qeyd edən Xalq Bank hazırda regionun ən dinamik inkişaf edən maliyyə qurumlarından biridir. Bank müxtəlif alternativ satış kanalları ilə yanaşı, ölkə üzrə 30 filialdan ibarət xidmət şəbəkəsi və peşəkar heyəti ilə müştərilərə müasir və rahat bankçılıq xidmətləri təklif edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
17 d. əvvəl
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı
- 26 d. əvvəl
-
-
36 d. əvvəl
“AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə imzalayıb
-
47 d. əvvəl
Avropa LNG bazarında ABŞ dominantlığı: pay 60 faizə yaxınlaşıb
-
47 d. əvvəl
“Aztelekom” ilk dəfə 1000 Mbit/s-yə qədər fiber-internet tariflərini təqdim edir - QİYMƏTLƏR
-
1 saat əvvəl
AZAL donanmasına dördüncü müasir “Airbus A320neo” əlavə olunub
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Böyük Britaniya Baş nazir Starmerin verəcəyi qərarı gözləyir
- 3 saat əvvəl
-
3 saat əvvəl
Neft ABŞ-İran danışıqlarında irəliləyiş siqnalları fonunda ucuzlaşıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı
Sərdar Berdiməhəmmədovun rəsmi qarşılanma mərasimi olub
“Aztelekom” ilk dəfə 1000 Mbit/s-yə qədər fiber-internet tariflərini təqdim edir - QİYMƏTLƏR
Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib
Rəsmi məzənnələr açıqlandı
Böyük Britaniya Baş nazir Starmerin verəcəyi qərarı gözləyir
İranın dondurulmuş aktivləri geri qaytarılır
Neft ABŞ-İran danışıqlarında irəliləyiş siqnalları fonunda ucuzlaşıb
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
























