IDEA İctimai Birliyi PASHA Qrupunun dəstəyi ilə növbəti təmizlik aksiyası təşkil edib - FOTOLAR
(®) Oktyabrın 10-da IDEA İctimai Birliyinin təşkilatçılığı və PASHA Qrupunun dəstəyi ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib. “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil edilən aksiya ictimai çimərlik ərazisində baş tutub.
Təmizlik aksiyasında IDEA könüllüləri ilə yanaşı, “PAŞA Holding” və “PASHA Management Company” tərəfindən idarə olunan şirkətlərin 170-dən çox əməkdaşı, həmçinin “LANDAU School”un şagirdləri olmaqla ümumilikdə 250-dən çox şəxs iştirak edib. Aksiya zamanı zəruri sanitar ləvazimatlarla təchiz olunmuş iştirakçıların topladıqları 2 tona yaxın tullantı “Təmiz Şəhər” ASC-nin Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavoduna təhvil verilib.
“Sahillər təmiz qalsın!” şüarı altında keçirilən aksiyanın əsas məqsədi dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və insanları dənizətrafı mühitin mühafizəsinə yönələn səylərə cəlb etməkdən ibarətdir. Xəzər dənizinin və Qafqaz regionunun digər su hövzələrinin unikal biomüxtəlifliyinin mühafizəsi məqsədilə IDEA çirkləndirilmiş sahilyanı ərazilərin təmizlənməsinə və bərpası üçün mütəmadi tədbirlər həyata keçirir.
Qeyd edək ki, IDEA İctimai Birliyi mütəmadi olaraq təmizlik aksiyaları təşkil edir və bu aksiyalarda iştirak etmək üçün şirkətləri, təşkilatları və qurumları birgə əməkdaşlığa dəvət edir. Təmizlik aksiyalarının birgə təşkili ilə bağlı IDEA İctimai Birliyinə müraciət edə, ətraf mühitin mühafizəsinə öz töhfənizi verə bilərsiniz. Müraciətlərinizi IDEA-nın “1113” qaynar xətti və ya info@ideacampaign.org e-poçt ünvanına göndərməyiniz xahiş olunur.
IDEA İctimai Birliyi bir daha hər kəsi planetimizin qarşılaşdığı çoxsaylı problemlərin həlli, indiki və gələcək nəsillərin rifahı naminə birləşməyə və hərəkətə keçməyə, təbiətin bizə bəxş etdiyi nemətlərə həssas yanaşmağa çağırır.
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
6 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
2 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Ağdamda nəhəng zeytun təsərrüfatı yaradılıb – 10 min ton məhsul hədəflənir
-
8 saat əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
9 saat əvvəl
Ağdamda 24,9 milyon manatlıq yeni zavod – 100 nəfər işlə təmin olunacaq
-
9 saat əvvəl
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
-
9 saat əvvəl
Dünyanın ən böyük media sövdələşmələrindən biri tamamlandı – 22 milyard dollar
-
9 saat əvvəl
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Ərdoğan Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Ən çox oxunanlar
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib
Xankəndidə 1100 tələbənin eyni vaxtda istifadə edə biləcəyi nəhəng kitabxana tikilir - təməli qoyuldu
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi




















