Qiymətləndiricilərin ixtisas imtahanına qeydiyyat başa çatıb - 147 şəxs qeydiyyatdan keçib
Azərbaycanda qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün keçiriləcək ixtisas imtahanına qeydiyyat başa çatıb
Bu barədə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc məlumat verib.
O, bildirib ki, imtahanda iştirak etmək üçün 147 şəxs qeydiyyatdan keçib:
"Qiymətləndirmə fəaliyyətinin 9 istiqamətindən 7-si üzrə imtahanda iştirak etmək üçün sənədlər təqdim edilib. Ən çox qeydiyyat daşınar əmlakın qiymətləndirilməsi və daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin qiymətləndirilməsi istiqamətləri üzrə olub. Kreditor borcların və digər öhdəliklərin, debitor borcların, material ehtiyatlarının və digər aktivlərin qiymətləndirilməsi və xidmətlərin qiymətləndirilməsi istiqamətləri üzrə sənəd təqdim edilməyib. Digər bütün istiqamətlər üzrə isə az da olsa, sənəd təqdim edənlər olub”.
“Hazırda oktyabrın 27-də keçiriləcək ixtisas imtahanları üzrə sual bankının hazırlanmasının yekunlaşması prosesi gedir”, - deyə V.Oruc əlavə edib.
Qeyd edək ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna və Nazirlər Kabinetinin 2024-cü il 20 may tarixli 267 nömrəli Qərarına əsasən ölkəmizdə qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanlarının təşkili və keçirilməsi, qiymətləndiricinin ixtisas şəhadətnaməsinin formasının verilməsi DİM tərəfindən həyata keçirilir. Qiymətləndirmə faliyyəti ilə məşğul olmaq istəyən şəxs ali təhsilə və 3 (üç) ildən az olmayan ümumi iş stajına malik olmalı, ixtisas imtahanını müvəffəqiyyətlə verməli və Qiymətləndiricilər Palatasının üzvü olmalıdır. İxtisas imtahanı 9 istiqamət üzrə 27 oktyabr 2024-cü il tarixində DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 108. TÜRKPA-nın yanı) kompüterlər vasitəsilə keçiriləcək.
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
3 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
7 saat əvvəl
Türkiyədə pendirlərlə bağlı yeni qadağalar – İstehsal, etiketləmə və satış qaydaları dəyişdirildi
-
11 saat əvvəl
“Nvidia” səhmləri daha 3 faiz ucuzlaşdı — Huanqın qalmaqalı investorları narahat edir
-
11 saat əvvəl
Casusluq şübhəsi və gizli münasibət: Nvidia-nın Çin biznesi üzərində təzyiq artır
- 12 saat əvvəl
-
13 saat əvvəl
“PAŞA Həyat”ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
- 13 saat əvvəl
-
13 saat əvvəl
“ChatGPT”nin rəqibi 64 milyard dollarlıq IPO-ya hazırlaşır – Dəyəri 1,4 trilyon dollara çata bilər
- 13 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycan elektrik enerjisinin Avropaya ixracı üçün mühüm saziş imzaladı
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Xalq Həyat”ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
Ən çox oxunanlar
“ChatGPT”nin rəqibi 64 milyard dollarlıq IPO-ya hazırlaşır – Dəyəri 1,4 trilyon dollara çata bilər
“PAŞA Sığorta”da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
Trampın “müharibə bitə bilər” mesajı nefti ucuzlaşdırdı — Brent 90 dollardan aşağı düşdü
“İpək Yolu Sığorta”nın yığımları 75%, mənfəəti 53% artıb



























