Taleh Kazımov dayanıqlı maliyyə təşəbbüsləri ilə bağlı fikirlərini bölüşüb
Qlobal iqlim dəyişikliyi ilə bağlı mübarizə fonunda dayanıqlı maliyyə taksonomiyaları investisiyaların ətraf mühit və sosial məqsədlərə uyğunlaşdırılmasında mühüm vasitəyə çevrilib. Bu taksonomiyalar “dayanıqlı” təsnifatına uyğunluğu müəyyənləşdirərək investorlar, şirkətlər və aidiyyəti tərəflərə iqlim fəaliyyəti üçün kapitalın bölüşdürülməsi ilə bağlı əsaslı qərarlar qəbul etməyə kömək edir. Mərkəzi Bank 2022-ci ildən etibarən Beynəlxalq Maliyyə Korporasiyası (BMK) tərəfindən dəstəklənən Dayanıqlı Bankçılıq və Maliyyə Şəbəkəsinin (DBMŞ) fəal üzvü kimi dayanıqlılıq sahəsində mühüm təşəbbüslər həyata keçirir.
Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun BMK-nın Latın Amerikası və Karib hövzəsi üzrə vitse-prezidenti Alfonso Qarsia Mora ilə bu strateji təşəbbüslərə dair fikirləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb.
Məqalədə bildirilib ki, Mərkəzi Bank milli və regional taksonomiyaların, Dünya Bankı Qrupu və Beynəlxalq Valyuta Fondu kimi beynəlxalq təşkilatların müəyyənləşdirdiyi çərçivələrə uyğunlaşdırılmasını təklif edərək dayanıqlı maliyyəyə praktik, həm də qlobal səviyyədə tanınan yanaşmanın təşviqini hədəfləyir.
Bir çox ölkə artıq dayanıqlı maliyyə taksonomiyalarını qəbul etsə də, hüquqi çərçivələr arasında uyğunluğun olmaması müəyyən çətinliklər yaradır. Məqalədə vurğulanıb ki, müxtəlif standartların yaranması investisiya mühitində uyğunsuzluqlara və qlobal səviyyədə tanınan aktiv sinfinin yaradılmasına mane olur. Bu maneələri aradan qaldırmaq üçün vahid qlobal yanaşmanın tətbiqinin zəruri olduğu bildirilib. Belə ki, bu yanaşma universal prinsipləri, tərifləri və göstəriciləri əhatə edərək iqlim maliyyəsinin səmərəli axınını və emitentlər üçün daha yaxşı maliyyə şərtlərini təmin edəcək.
Hər bir ölkənin xüsusi iqtisadi prioritetlərini və çağırışlarını nəzərə alan müştərək dayanıqlı maliyyə yanaşmasının tətbiqi çox vacib olduğu bildirilib.
Məqalədə qeyd olunub ki, Mərkəzi Bank COP29 tədbirində Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsi və Beynəlxalq Dayanıqlı Maliyyə Platformasının Ümumi Çərçivə Taksonomiyası kimi beynəlxalq nailiyyətlərə əsaslanan bir həll yolu təklif edəcək. Mərkəzi Bank milli adaptasiyaya çevik yanaşmanı qorumaqla taksonomiyaların uyğunlaşdırılmasına kömək edən sistemin yaradılması üçün qarşılıqlı fəaliyyət və əməkdaşlığı təşviq edəcəkdir.
Taleh Kazımov Mərkəzi Bankın qarşılıqlı fəaliyyət imkanlarını genişləndirmək və dayanıqlı maliyyə sahəsində innovasiyaları təşviq etmək üçün beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edəcəyini bildirib. O, bu yanaşmanın daha dərin və likvid bazarların yaradılmasına, eləcə də sıfır emissiya hədəflərinə töhfə verəcək yaşıl layihələrə yatırılan investisiyaların təşviq edilməsinə töhfə verəcəyi ilə bağlı əminliyini ifadə edib.
Qeyd olunub ki, Mərkəzi Bank qlobal standartlarla yerli çeviklik arasında balans yaradan mərhələli yanaşmanı müdafiə edir. Mərkəzi Bankın 70-dən çox inkişaf etməkdə olan ölkəni bir araya gətirən DBMŞ ilə qarşılıqlı fəaliyyət qabiliyyətini təşviq edən, həmçinin yerli kontekstləri və prioritetləri nəzərə alan təlimatların hazırlanmasına töhfə verdiyi bildirilib.
Sədr Mərkəzi Bankın dayanıqlı maliyyə taksonomiyalarına qlobal yanaşmanın tətbiqində və sıfır emissiyaya doğru irəliləyişin təmin edilməsində qərarlı olduğunu vurğulayıb.
Məqalə ilə tanış olmaq üçün bu linkə daxil ola bilərsiniz:
How to create a global approach on sustainable finance taxonomies - Sustainable Views
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 12 d. əvvəl
-
52 d. əvvəl
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
-
-
1 saat əvvəl
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı
- 1 saat əvvəl
-
1 saat əvvəl
“AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə imzalayıb
-
2 saat əvvəl
Avropa LNG bazarında ABŞ dominantlığı: pay 60 faizə yaxınlaşıb
-
2 saat əvvəl
“Aztelekom” ilk dəfə 1000 Mbit/s-yə qədər fiber-internet tariflərini təqdim edir - QİYMƏTLƏR
-
2 saat əvvəl
AZAL donanmasına dördüncü müasir “Airbus A320neo” əlavə olunub
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Böyük Britaniya Baş nazir Starmerin verəcəyi qərarı gözləyir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Bəzi çimərliklərdən istifadə məhdudlaşdırılıb
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı
“AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə imzalayıb
“Aztelekom” ilk dəfə 1000 Mbit/s-yə qədər fiber-internet tariflərini təqdim edir - QİYMƏTLƏR
AZAL donanmasına dördüncü müasir “Airbus A320neo” əlavə olunub
Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib
Rəsmi məzənnələr açıqlandı
Böyük Britaniya Baş nazir Starmerin verəcəyi qərarı gözləyir
İranın dondurulmuş aktivləri geri qaytarılır

























