Kəlbəcər şəhərində tikilən yaşayış kompleksindən görüntülər
Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksi tikilir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olublar.
Dövlətimizin başçısına və birinci xanıma görülən işlərlə bağlı ətraflı məlumat verilib.
Bildirilib ki, bu yaşayış kompleksinin ümumi sahəsi 19,5 hektardır.
Birinci mərhələdə buraya 201 ailə köçürüləcək. Bunun üçün kompleksdə dördmərtəbəli 6 bina tikilib. Binaların hər birində 27 mənzil mövcuddur. Mənzillərin 54-ü ikiotaqlı, 72-si üçotaqlı və 36-sı dördotaqlıdır.
Dövlətimizin başçısı və birinci xanım yaşayış kompleksində hazır mənzillərə baxdıblar.
Kompleksdə, həmçinin “townhouse” tipli ikimərtəbəli 39 ev də inşa olunub. Bu evlərin hər biri üçotaqlıdır.
Diqqətə çatdırılıb ki, ikinci mərhələdə bu kompleksə 323 ailənin köçürülməsi planlaşdırılır. Bunun üçün isə müxtəlif tipli dördmərtəbəli 16 çoxmənzilli yaşayış binası, “townhouse” tipli ikimərtəbəli 57 ev inşa olunacaq.
Kompleksdə sakinlərin rahat yaşayışı üçün hər cür şərait yaradılır. Ərazidə park, istirahət guşələri, sosial-məişət obyektləri, avtodayanacaqlar, velosiped yolları, uşaq oyun və idman meydançaları istifadəyə veriləcək, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək.
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
3 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 d. əvvəl
ABŞ-də inflyasiya gözləniləndən yüksəkdir – FED dekabrda faizləri artıra bilər
- 7 d. əvvəl
- 20 d. əvvəl
-
11 saat əvvəl
Türkiyədə pendirlərlə bağlı yeni qadağalar – İstehsal, etiketləmə və satış qaydaları dəyişdirildi
-
14 saat əvvəl
“Nvidia” səhmləri daha 3 faiz ucuzlaşdı — Huanqın qalmaqalı investorları narahat edir
-
14 saat əvvəl
Casusluq şübhəsi və gizli münasibət: Nvidia-nın Çin biznesi üzərində təzyiq artır
- 16 saat əvvəl
-
16 saat əvvəl
“PAŞA Həyat”ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
- 16 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Rəsmi məzənnələr açıqlandı
“Nvidia” səhmləri daha 3 faiz ucuzlaşdı — Huanqın qalmaqalı investorları narahat edir
Ən çox oxunanlar
“A-Qroup”un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
“Xalq Həyat”ın mənfəəti artıb, sığorta ödənişləri azalıb





























