Naxçıvanda 3 kiçik dövlət müəssisəsi və 8 qeyri-yaşayış sahəsi özəlləşdirilib
Avqustun 27-də Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən növbəti hərrac keçirilib.
Xidmətin yaydığı məlumatda bildirilir ki, Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsininmüvafiq rayon idarələrinə məxsus əmlakların hərracla satışı zamanı Hərracların Təşkili Mərkəzi tərəfindən şəffaflıqtam təmin olunub, prosesin videoçəkilişi aparılıb.
Sifarişçilərin iştirakı ilə özəlləşdirilməyə çıxarılmış 4 kiçik dövlət müəssisəsindən 3-ü hərrac yolu ilə satılıb. Ordubad şəhərində yerləşən kiçik dövlət müəssisəsinin sifarişçisi olmadığından hərrac baş tutmamış hesab olunub.
Keçirilməsi nəzərdə tutulan müsabiqə və hərraclarla bağlı ətraflı məlumatı Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və Xidmətin tabeliyində olan “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin rəsmi internet saytından, sosial şəbəkə hesablarından əldə etmək olar.
Muxtar respublikada 8 qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi ilə bağlı hərrac keçirilib
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən avqustun 29-da dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçirilib.
Hərracda muxtar respublikanın Şərur, Ordubad, Babək və Culfa rayonlarından müxtəlif xidmət sahələrinə aid, dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələri satışa çıxarılıb.
Özəlləşdirilməyə çıxarılan 8 qeyri-yaşayış sahəsindən 7-si hərrac yolu ilə satılıb, 1 qeyri-yaşayış sahəsinin hərracı isə sifarişçi olmadığından baş tutmamış hesab olunub.
Qeyd edək ki, maraqlı şəxslər hərraca çıxarılan əmlakların və hərracda iştirakla bağlı tələb olunan sənədlərin tam siyahısı ilə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və Xidmətin tabeliyində olan “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin rəsmi internet saytından, sosial şəbəkə hesablarından tanış ola bilərlər.
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
3 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
11 d. əvvəl
ABŞ-də inflyasiya gözləniləndən yüksəkdir – FED dekabrda faizləri artıra bilər
- 15 d. əvvəl
- 28 d. əvvəl
-
11 saat əvvəl
Türkiyədə pendirlərlə bağlı yeni qadağalar – İstehsal, etiketləmə və satış qaydaları dəyişdirildi
-
14 saat əvvəl
“Nvidia” səhmləri daha 3 faiz ucuzlaşdı — Huanqın qalmaqalı investorları narahat edir
-
14 saat əvvəl
Casusluq şübhəsi və gizli münasibət: Nvidia-nın Çin biznesi üzərində təzyiq artır
- 16 saat əvvəl
-
16 saat əvvəl
“PAŞA Həyat”ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
- 16 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Rəsmi məzənnələr açıqlandı
“Nvidia” səhmləri daha 3 faiz ucuzlaşdı — Huanqın qalmaqalı investorları narahat edir
Ən çox oxunanlar
“A-Qroup”un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
“Xalq Həyat”ın mənfəəti artıb, sığorta ödənişləri azalıb





























