TuranBank 2024-cü ilin 1-ciI yarısının nəticələrini elan edib
Ölkənin aparıcı banklarından biri olan TuranBank ASC 2024-cü ilin 1-ci yarısının yekunlarına əsasən maliyyə göstəriciləri üzrə bazar mövqeyini qoruyub saxlayıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, 2024-cü ilin 1-ci yarısının yekunlarına görə TuranBank-ın cəmi aktivləri 872 mln. manata çatıb.
Bankın kredit portfeli ötən ilin analoji dövrü ilə müqayisədə 12.1% və ya 69.4 mln. manat artaraq 645 mln. manat, o cümlədən biznes müştərilərinə verilmiş kreditləri 13.4% və ya 44.5 mln. manat artaraq 375.4 mln. manat təşkil edib. Bankın depozit portfeli 454 mln. manat, fiziki şəxslərin depozitləri isə 0.5% və ya 2.1 mln. manat artaraq 389.6 mln. manat təşkil edib.
Qeyd edilib ki, 2024-ci il II rübü ərzində TuranBank institusional inkişaf və biznes subyektlərinin maliyyələşdirilməsi üzrə kredit xətlərinin cəlb edilməsi istiqamətində digər beynəlxalq maliyyə qurumları ilə də əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirib. Belə ki, TuranBank ASC və Asiya İnkişaf Bankı (AİB) arasında beynəlxalq ticarət əməliyyatlarının maliyyələşdirilməsini həyata keçirmək məqsədilə saziş imzalanıb. Yeni saziş çərçivəsində AİB “Ticarət və Təchizat Zəncirinin Maliyyələşdirilməsi Proqramı”na (TSCFP) TuranBank ASC-ni daxil edərək ticarət maliyyələşdirilməsi üzrə zəmanət limiti təsdiqləyib. Bununla yanaşı hesabat dövründə Bank Amerika Birləşmiş Ştatlarının (ABŞ) beynəlxalq ödəniş və hesablaşmalar sahəsində aparıcı banklarından hesab olunan HAB Bankla əməkdaşlıq çərçivəsində ABŞ dollarında müxbir hesabı açaraq müştərilərinin xarici valyuta əməliyyatlarının daha asan və sürətli həyata keçirməsini təmin edib. Qeyd edək ki, TuranBank-ın HAB Bank ilə əldə etdiyi bu saziş beynəlxalq pulköçürmələri xidmətlərinin inkişafına, beynəlxalq hesablaşmalar sahəsində fəaliyyətin genişləndirilməsinə, həmçinin bankın qlobal maliyyə arenasında statusunun möhkəmlənməsinə xidmət edir.
1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank 22 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. TuranBank-ın ölkə üzrə xidmət şəbəkəsi haqqında ətraflı məlumatı keçidə daxil olaraq əldə edə bilərsiniz. Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı (012) 935 Məlumat Mərkəzinə zəng edərək, TuranBank-ın rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (Feysbuk, İnstaqram, və s.) səhifələrini izləyərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 4 d. əvvəl
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
2 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
3 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Biz artan yük axınlarını daha da artırmaq, həm də 3-cü ölkələrdən yükdaşımaları cəlb etmək üçün razılığa gəldik"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
Bəzi çimərliklərdən istifadə məhdudlaşdırılıb
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
























