"Expressbank" 2024-cü ilin ilk 6 ayını xalis mənfəət ilə başa vurub
"Expressbank" ASC 2024-cü ilin ilk 6 ayını (yanvar-iyun) 6 milyon 19 min manat xalis mənfəət ilə başa vurub.
Bank 2023-cü ilin eyni dövrünü 6 milyon 320 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Expressbank"ın xalis mənfəəti cari ilin ilk yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 301 min manat və ya 4,8% azalıb. Xalis mənfəətin cüzi azalması ehtiyata ayrılan vəsaitin artırılması ilə əlaqədardır. İlk yarımildə "Expressbank"ın gəlirlərində artım baş verib.
GƏLİRLƏRİ ARTIB
Marja.az xəbər verir ki, 2024-cü ilin ilk 6 ayı ərzində “Expressbank” ASC-nin cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 5 milyon 810 min manat və ya 16,1% artaraq 41 milyon 960 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 4 milyon 392 min manat və ya 15,8% artaraq 32 milyon 154 min manat təşkil edib. Gəlirlər xərclərdən daha çox artdığı üçün Bankın əməliyyat mənfəəti 9 milyon 807 min manata yüksəlib (2023-cü ilin ilk 6 ayında 8 milyon 387 min manat). Eyni zamanda, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olan 2 milyon 194 min manat mənfəətə əlavə olunub (2023-cü ilin ilk 6 ayında 535 min manat azad olmuşdu).
Müqayisə üçün qeyd edək ki, 2023-cü ilin ilk 6 ayı ərzində “Expressbnak” ASC-nin cəmi əməliyyat gəlirləri 36 milyon 150 min manat, cəmi əməliyyat xərcləri 27 milyon 762 min manat, əməliyyat mənfəəti 8 milyon 387 min manat təşkil etmişdi. Həmçinin, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olan 535 min manat mənfəətə əlavə olunmuşdu.
KREDİT PORTFELİ BÖYÜYÜB
30 iyun 2024-cü il tarixində “Expressbank” ASC-nin kredit portfelinin məbləği 440 milyon 944 min manat təşkil edib. Bu məbləğ ötən ilin sonu ilə müqayisədə 31 milyon 691 min manat və ya 7,7% çoxdur.
Cari ilin ilk yarısında ötən ilin sonu ilə müqayisədə Bankın istehlak kreditləri portfeli 16 milyon 16 min manat artaraq 205 milyon 378 min manata, biznes kreditləri portfeli 13 milyon 407 min manat artaraq 126 milyon 800 min manata, ipoteka kreditləri portfeli isə 2 milyon 268 min manat artaraq 108 milyon 766 min manata çatıb.
BANKDA ƏHALİNİN ƏMANƏTLƏRİ ARTIB
30 iyun 2024-cü il tarixində “Expressbank” ASC 556 milyon 883 min manat cəmi aktivlərə, 420 milyon 648 min manat cəmi öhdəliklərə malik olub. O cümlədən, cəmi öhdəliklərin 218 milyon 362 min manatını depozitlər təşkil edib. İlk 6 ayda bankda fiziki şəxslərin cəmi depozitləri 18 milyon 564 min manat artaraq 170 milyon 699 min manata çatıb.
MƏCMU KAPİTALI ARTIB
30 İyun 2024-cü il tarixində “Expressbank” ASC 134 milyon 348 min manat məcmu kapitala malik olub. Bank ötən ilin eyni tarixində 121 milyon 375 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
Geosiyasi gərginliyin artması fonunda qızılın qiyməti 2% də yüksəldi - 4800 DOLLARA YAXINLAŞIR
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
5 saat əvvəl
Dövlət Neft Fondu “BlackRock” və onun şirkətilə niyyət protokolu imzaladı
- 6 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanın iri bankı səhmlərinin bir hissəsini kütləvi şəkildə investorlara təklif edəcək - İPO
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Dünyanın ən böyük mədənçilik şirkətinin yaradılması məqsədilə danışıqlar aparılır
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Geosiyasi gərginliyin artması fonunda qızılın qiyməti 2% də yüksəldi - 4800 DOLLARA YAXINLAŞIR
İlham Əliyev Qətərin Baş naziri ilə görüşüb
Azərbaycanın iri bankı səhmlərinin bir hissəsini kütləvi şəkildə investorlara təklif edəcək - İPO
İlham Əliyev Avropa Bankının prezidenti ilə görüşüb
Ən çox oxunanlar
Tarixdə ilk dəfə gümüşün qiyməti 95 dolları keçib
"Revolut" Dünyanın ən sürətlə böyüyən markasıdır
NVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçib
Əliyev və Bərzani görüşüb
Azərbaycan və Finlandiya prezidentləri görüşüb
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
Mercedes GLB-nin Macarıstanda istehsalına başlanılıb

























