“Zəif-”dən “Zəif” səviyyəsinə yüksəldi - Azərbaycanın bank sektoruna yenidən qiymət verildi
“Moody's” beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sisteminin makroprofilini “Zəif-”dən “Zəif” səviyyəsinə yüksəldib.
Agentlik qeyd edib ki, bu da ölkənin iqtisadi dayanıqlığının yaxşılaşması fonunda Azərbaycan bankları üçün əməliyyat mühitinin möhkəmlənməsi və bankların ödəmə qabiliyyətinin və likvidliyinin sabit yüksək göstəriciləri ilə bağlıdır.
Həmçinin Azərbaycan hökumətinin uzunmüddətli “Ba1” emitent reytinqi üzrə proqnozu “sabit”dən “müsbət”ə dəyişdirilib.
“Bank sisteminin yüksəldilmiş makroprofili ölkənin iqtisadi gücündəki irəliləyişləri əks etdirir. Nəticə etibarilə, Azərbaycanda banklar üçün daha əlverişli kredit şərtlərini qiymətləndirməyimiz bu bankların öz maliyyə dayanıqlığına (və ya BCA) təzyiqin artmasına səbəb olub. Reytinq fəaliyyətləri hökumətin iqtisadiyyatın şaxələndirilməsi istiqamətində davam etdirdiyi səylər nəticəsində bankların öz bizneslərinin böyük hissəsini idarə etdiyi ölkənin qeyri-neft iqtisadiyyatının daha da genişlənəcəyinə dair fikirlərimizi əks etdirir”, - “Moody's” qeyd edib.
Reytinq agentliyi bildirib ki, Azərbaycan digər neft hasilatçıları ilə müqayisədə iqtisadi şaxələndirmədə güclü təkan nümayiş etdirərək, 2017-ci ildən bəri daha yüksək məcmu real qeyri-neft ümumi daxili məhsul (ÜDM) artımını qeydə alıb ki, bu da son illərdə sürətlənib: “Azərbaycan bankları yaxşılaşmış iqtisadi şəraitdən və əlverişli əməliyyat mühitindən faydalanacaq. Bu isə daha güclü biznes imkanlarına gətirib çıxaracaq, bankların davamlı gəlirliliyini və aktivlərin keyfiyyətini qoruyub saxlayacaq. Onların müstəqil kredit profillərini gücləndirəcək. Bundan əlavə, ölkədə maliyyə sektorunun tənzimlənməsinin keyfiyyətinin yüksəldilməsi bank sektorunun sabitliyinin yaxşılaşdırılmasına kömək edəcək”.
“Moody's” beynəlxalq reytinq agentliyi bu gün 5 Azərbaycan bankının – “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin, “Kapital Bank” ASC-nin, “Xalq Bank” ASC-nin, “Bank Respublika” Səhmdar Kommersiya Bankının və “Bank of Baku” ASC-nin reytinqlərini yaxşılaşdırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
3 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
5 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 6 saat əvvəl
-
6 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























