Su israfını minimuma endirir, avadanlıqların ömrünü uzadır - NALCO Water
NALCO Water ilə suyun hər gün artan dəyəri. NALCO Water müxtəlif sənayelərdə, əsasən soyutma qüllələri, buxar qazanları, əks osmos sistemləri, qapalı dövrə soyutma və isitmə sistemləri, çirkab su təmizlənməsi və sair kimi sahələrdə həllər təklif edir. Məqsəd, minimum su istifadə edərək avadanlıqların ömrünün maksimum uzun olmasını təmin etməkdir.
Su, dünyamızda həyatın davamı üçün ən vacib resurslardan biridir. Lakin, sudan səmərəsiz istifadə, qlobal istiləşmə və sürətli sənayeləşmə səbəbindən su ehtiyatları getdikcə azalır. Şirin su resurslarının azalması, qlobal miqyasda həm ekoloji, həm də iqtisadi problemlərə səbəb olur. Bu problemlərin həlli üçün suyun səmərəli istifadəsi və onun qorunması ön plana çıxır. Bu baxımdan, NALCO Water kimi şirkətlər, mühəndislik xidmətləri və yenilikçi texnologiyaları ilə suyun qorunmasına və səmərəli istifadəsinə böyük töhfələr verir.
NALCO Water -in Azərbaycandakı səlahiyyətli və yeganə dileri TURQUOISE MMC şirkətidir.
Sudan Səmərəli İstifadənin Önəmi
NALCO Water, müxtəlif zavod və fabriklərdə, mədənlərdə və digər proses sularının istifadə olunduğu sahələrdə mühəndislik xidməti təmin edən şirkətdir. NALCO Water suyun yarada biləcəyi korroziya, ərplənmə, mikrobioloji çirklənmə kimi problemləri önləmək məqsədilə öz kimyəvi reagentləri, avtomatik dozaj sistemləri və mühəndislik servisləri ilə fərqlənir. Şirkətin əsas məqsədi, proseslərin səmərəliliyini artırmaqla yanaşı, enerji və suya qənaət etməkdir.
NALCO Water -in sudan və enerjidən səmərəli istifadə yolları
NALCO Water, müxtəlif sistemləri ayrılıqda dəyərləndirərək texniki şərtlərinə uyğun olan fərqli üsullardan istifadə. İlk növbədə, NALCO Water mühəndisləri müştərinin texniki komandası ilə birlikdə sistemə yerində baxış keçirir və texniki məlumatları toplayır. Bu məlumatlar əsasında NALCO-nun xüsusi kompüter proqramlarında simulyasiya aparılır və mümkün alternativ variantlar nəzərdən keçirilir. Mütəxəssislər tərəfindən təsdiqləndikdən sonra müştəriyə məlumat verilir və su şərtləndirmə (water treatment) sistemlərinin tətbiqi başlanılır.
NALCO Water -in ən qabaqcıl texnologiyalarından biri olan 3D Trasar®, sistemdəki su analiz dəyərlərini, korroziyanın sürətini və istifadə olunan kimyəvilərin miqdarını daim izləyərək, su israfının qarşısını almağa kömək edir. Bu texnologiya sayəsində, milyonlarla ton suyun israfının qarşısı alınır.
NALCO Water -in təklif etdiyi həllər
NALCO Water müxtəlif sənayelərdə, əsasən soyutma qüllələri, buxar qazanları, əks osmos sistemləri, qapalı dövrə soyutma və isitmə sistemləri, çirkab su təmizlənməsi və sair kimi sahələrdə həllər təklif edir. Məqsəd, minimum su istifadə edərək avadanlıqların ömrünün maksimum uzun olmasını təmin etməkdir. Soyutma sistemlərində, suyun tərkibi səbəbindən yaranan ərp və korroziya problemlərini həll etməklə enerji sərfiyyatını və təmir-baxım işlərini azaltmaq mümkündür. Buxar qazanlarında isə su, buxar, kimyəvi reagentlərin və enerji itkilərinin azaldılması, həmçinin yanacağa qənaət etmək mümkündür.
Çirkab suların müəyyən kimyasallarla şərtləndirilməsindən sonra digər sistemlərdə bəsləmə suyu olaraq istifadə edilməsi, tullantıları sudan ayıraraq digər müəssisələrdə yanacaq kimi istifadə olunması (pelletlər), HVAC (İsiləşdirmə, Ventilyasiya və Kondisioner sistemləri) sistemlərində elektrik enerjisinin azaldılması və təmir üçün duruşların minimuma endirilməsi, NALCO Water -in müştərilərə qazandırdığı mühüm faydalardandır.
Texnologiyalar və İnnovasiyalar
NALCO Water -in tətbiq etdiyi texnologiyalar arasında 3D Trasar® xüsusi yer tutur. Bu innovativ texnologiya, soyutma qüllələrində və digər sistemlərdə suyun analizini avtomatik olaraq həyata keçirir və izlənə bilən məlumatları təqdim edir. Beləliklə, suyun səmərəli istifadəsi və problemlərin vaxtında həlli mümkün olur. 3D Trasar®, su israfını minimuma endirir və avadanlıqların ömrünü uzadır.
NALCO Water -in Qlobal əməkdaşlıqları və statistik məlumatlar
NALCO Water -in xidmət göstərdiyi müəssisələr arasında qlobal səviyyədə tanınmış şirkətlər mövcuddur: BASF, McDonald's, Heineken, Pepsi, Coca-Cola, Exxon, Abbott, Dow, Chevron və s.
Azərbaycandakı referanslarımız :
və digərləri.
NALCO Water -in mərkəzi ABŞ-da, Naperville şəhərində yerləşir. 48 mindən çox işçisi və 1 milyondan çox müştəri nöqtəsi olan NALCO Water, suyun səmərəli istifadəsi və qorunması sahəsində qlobal liderdir.
NALCO Water -in Azərbaycandakı səlahiyyətli və yeganə dileri TURQUOISE MMC şirkətidir
TURQUOISE MMC 20 ildən artıq təcrübəsi ilə tikinti materialları sahəsındə olduğu kimi Su Şərtləndırmə sahəsində də iş ortaqlarına müasir həll yolları təklif etməktədir.
Bakı şəhərində keçiriləcək COP29 tədbiri
COP 29 (Conference of the Parties 29), Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) 29-cu konfransı olaraq 2024-cü il Noyabr ayında Bakı şəhərində keçiriləcək. Bu qlobal tədbir, iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığı gücləndirmək, yeni hədəflər və strategiyalar müəyyən etmək məqsədini daşıyır. Konfransda dünya liderləri, elm adamları, qeyri-hökumət təşkilatları və şirkətlər bir araya gələrək, iqlim dəyişikliyi problemlərini müzakirə edəcək və həll yolları axtaracaq.
TURQUOISE MMC, suyun səmərəli istifadəsi və qorunması sahəsində qabaqcıl texnologiyalar və xidmətlər təqdim edən lider bir şirket olaraq,COP 29 konfransının en yüksək səviyyədə təşkil edilmesində görülən ve görüləcək işləri dəstəkləyir ve konferansa böyük uğurlar arzulayır.
NALCO Water avadanlıqlarının, kimyəvilərinin və periodik servislərin əhəmiyyəti
1. Avadanlıqların Əhəmiyyəti
NALCO Water -in təqdim etdiyi avadanlıqlar, xüsusilə 3D Trasar® texnologiyası, su və enerji israfının qarşısını almaqda mühüm rol oynayır. 3D Trasar®, suyun keyfiyyətini və sistemlərin performansını real vaxtda izləyərək, avtomatik dozaj və blöf sistemləri ilə su və kimyəvi maddələrin istifadəsini optimallaşdırır. Bu, müştərilərə aşağıdakı faydaları qazandırır:
- Su israfının qarşısının alınması
- Milyonlarla ton suyun qənaət edilməsi.
- Enerji səmərəliliyi
- Enerji istifadəsinin optimallaşdırılması və xərclərin azalması.
- Avadanlıqların ömrünün uzadılması
- Korroziya və ərplənmə problemlərinin aradan qaldırılması.
2. Kimyəvilərin Əhəmiyyəti
NALCO Water -in xüsusi formulalı kimyəvi maddələri, su sistemlərinin optimal performansını təmin edir. Bu kimyəvi maddələr, suyun təmizliyini və stabilliyini qoruyaraq, sistemlərin effektiv işləməsini təmin edir. Müştərilərə aşağıdakı üstünlükləri qazandırır:
- Ərp və korroziyanın qarşısının alınması
- Sistemlərin daha uzun müddət dayanıqlı işləməsi
- Mikrobioloji çirklənmənin qarşısının alınması
- Sağlam və təmiz su təmin edilməsi
-Kimyəvi maddələrin səmərəli istifadəsi
- Daha az kimyəvi maddə istifadəsi ilə maksimum təsir əldə edilməsi.
3. Periodik Servislərin Əhəmiyyəti
NALCO Water -in mütəxəssisləri tərəfindən yerində göstərilən periodik servis xidmətləri, su sistemlərinin daim optimal vəziyyətdə qalmasını təmin edir. Bu servis xidmətləri, müştərilərə aşağıdakı faydaları qazandırır:
- Daimi monitorinq və analiz
- Su keyfiyyətinin və sistem performansının davamlı izlənməsi
-Müntəzəm olaraq hesabatların göndərilməsi
- Texniki dəstək
- Müştəri texniki komandası üçün yerində dəstək və təlimlər
- Problemlərin vaxtında həlli
- Hər hansı problem yaranarsa, dərhal müdaxilə və həll yolu təqdim edilməsi
Nəticə
COP 29 konfransında su və enerji səmərəliliyi sahəsindəki yenilikçi həllərə diqqət çəkilməsi gözlənilir. NALCO Water və onun Azərbaycandakı yeganə ve səlahiyyətli tərəfdaşı TURQUOISE MMC təklif etdiyi avadanlıqları, kimyəvi maddələri və periodik servis xidmətləri ilə su və enerji qənaəti, sistemlərin daha uzun ömürlü olması və əməliyyat xərclərinin azalması kimi mühüm faydaları təqdim edir. Bu həllər, həm ətraf mühitin qorunmasına, həm də müştərilərin müəssisələrin səmərəliliyinin artırılmasına böyük töhfə verir.
Daha ətraflı məlumat alçmaq üçün aşağıdakı nömrələrlə və ya email vasitəsilə əlaqə saxlaya bilərsiniz:
Cahangir Səfərov: 010 250 14 87;
jahanagir.safarov@turquoise-az.com
Elvin Həsənli: 050 332 89 55 ;
elvin.hasanli@ecolab.com
Sübhi Rzayev: 050 224 03 59 ;
subhi.rzayev@turquoise-az.com
Orxan Xudamlı : 050 205 15 73 ;
orkhan.khudamli@ecolab.com
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

“PAŞA Bank”dan yeni kampaniya: Onlayn biznes krediti üzrə 1% endirim və “Tarifim”dən dəyərli hədiyyələr

PAŞA Holding-in təşkilatçılığı ilə Qazaxıstanda “INMerge” Sammitinin 3-cü regional tədbiri keçirilib

“ArchiCO Engineering Company” və Avstriyanın “Doppelmayr Seilbahnen G.m.b.H” şirkəti arasında müqavilə imzalandı
SON XƏBƏRLƏR
-
3 saat sonra
Yeni açılacaq supermarketə 6 vəzifə üzrə işçilər tələb olunur
-
7 d. əvvəl
Ziyad Səmədzadə - 85 il: Çin iqtisadi fenomenini Azərbaycanda dərindən tədqiq edən alim
- 10 saat əvvəl
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az - 12 saat əvvəl
-
12 saat əvvəl
Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılış mərasimi keçirilib
-
12 saat əvvəl
İnnovasiya ekosisteminin nəbzi Baku ID 2025 Festivalında döyünəcək
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Shell: Hörmüz boğazının bağlanması qlobal ticarəti sarsıdacaq
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər

Yeni açılacaq supermarketə 6 vəzifə üzrə işçilər tələb olunur

Ziyad Səmədzadə - 85 il: Çin iqtisadi fenomenini Azərbaycanda dərindən tədqiq edən alim

Azərbaycanın tanınmış hoteli fəaliyyətini dayandırdı

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

İnnovasiya ekosisteminin nəbzi Baku ID 2025 Festivalında döyünəcək

Shell: Hörmüz boğazının bağlanması qlobal ticarəti sarsıdacaq

“Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib
Ən çox oxunanlar

“PAŞA Bank”dan yeni kampaniya: Onlayn biznes krediti üzrə 1% endirim və “Tarifim”dən dəyərli hədiyyələr

Prezident İlham Əliyev Türkiyədədir

Azərbaycan ət idxalını 10 % azaldıb

PAŞA Holding-in təşkilatçılığı ilə Qazaxıstanda “INMerge” Sammitinin 3-cü regional tədbiri keçirilib

Türkiyə Mərkəz Bankı faiz qərarını açıqladı!

“Azərbaycan Dəmir Yolları” qatar biletlərinin baha olması barəsində məlumatlara cavab verdi

Azərbaycanın ali məktəbi dünya reytinqində yer alıb
