Ən geniş filial şəbəkəsinə malik olan BOKT "İnternational" ASC 2023-cü üzrə maliyyə göstəricilərini açıqlayıb
Hər il inkişaf edərək uğurlu fəaliyyətini daha da genişləndirən və təkmilləşmə istiqamətində inamla addımlayan BOKT “İnternational” ASC, növbəti maliyyə uğurunu əldə etmişdir. BOKT əvvəlki illərdə olduğu kimi, 2023-cü ildə də yüksək statistik göstəricilərə imza atmışdır.
BOKT “İnternational” ASC-nin kənar audit şirkəti tərəfindən təsdiqlənmiş 2023-cü il üzrə maliyyə hesabatını açıqlayıb. Hesabat Mühasibat uçotunun "Mühasibat uçotu haqqında" Azərbaycanın "Mühasibat uçotu haqqında" Qanununun, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının (MHBS) tələbləri çərçivəsində tamlığı, aidiyyəti maliyyə hesabatlarının hazırlanması və bu hesbatların MHBS-yə uyğunluğuna dair rəyin verilməsi beynəlxalq audit şirkəti “Baker Tilly Azerbaijan” tərəfindən təsdiqlənib.
XALİS MƏNFƏƏTİ ARTIB
BOKT-un yaydığı press-relizdə bildirilir ki, BOKT “İnternational” ASC-nin ötən ili 2 milyon 792 min 98 manat xalis mənfəət ilə başa vurub ki, bu da 2022-ci illə müqayisədə 1 milyon 262 min 64 manat yuxarı göstəricidir.
GƏLİRLƏRİ ARTIB
Ötən ilin yekununda BOKT-un xalis faiz gəlirlərində də müsbət dinamika müşahidə olunub. Belə ki, faiz gəlirləri 10 milyon 536 min 148 manatla başa vurub ki, bu da 2022-ci illə müqayisədə 2 milyon 739 min 937 manat yuxarı göstəricidir.
Faiz gəlirlərinin əsas hissəsini müştərilərə verilən kreditlər təşkil edib.
BOKT BÖYÜYÜB, MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
BOKT-un aktivləri isə 80,2% artımla 36 milyon 107 min 205 manata yüksəlib. Aktivlərin 30 milyon 280 min 111 manatını kredit portfeli təşkil edib.
Bütün növ kreditərdə artım baş verib.
Bu dövrdə BOKT-un kredit portfeli 5 milyon 677 min 952 manat artaraq 30 milyon 280 min 111 milyon manata yüksəlib. O, cümlədən;
Xüsusi olaraq, 2022-ci il üzrə aktiv 13 min 257 plastik kart sayı ilə müqayisədə 2023-cü ilin dekabr ayının sonuna qədər plastik kartların sayı 16 min 925 ədəd olmaqla tarixən ən yüksək səviyyəyə yüksəlmişdir.
2015-ci il tarixindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun (SİF) və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) müvəkil kredit təşkilatları siyahısındadır.2023-cü ildə Azərbaycan Mikromaliyyə Assosiasiyasına (AMFA) üzvlüyünə daxil edilmişdir. BOKT-un davamlı təkmilləşməyə və bazarın ən son inkişaf meyllərinə uyğun olaraq innovativliyə sadiqliyini əks etdirir. Kapital bazarı üzrə işgüzar münasibətlərin formalaşması qarşılıqlı iqtisadi münasibətlərə söykənən müvafiq Fond Birjalarında, BOKT “İnternational”ASC-nin bazarın yüksək reputasiyaya malik anderrayteri İnvestisiya Şirkətləri ilə davamlı olmasını həyata keçirir.
Qeyd edilib ki, 2023-cü Yubley ili olduğundan yeni Yubley istiqrazları ilə bazara məhsul daxil edilmişdir. Hər birinin nominal dəyəri 1000 manat, müddəti 24 ayadək olan istiqrazlar illik 15 faizədək gəlir ödənişlərini hər ay, hər rüb, müddətin sonunda götürülməsinə şərait yaratmışdır.
İŞÇİLƏRİNİN SAYI ARTIB
BOKT-da 2023-cü ilin sonuna işçi sayında da artım baş verib. BOKT-un 2022-ci ilin sonuna işçi sayı 252 nəfər, 2023-cü ilin sonuna isə bu say 331-ə çatıb.
NİZAMNAMƏ KAPİTALI 3 MİLYON ARTIRILIB
Qeyd edilib ki, BOKT “İnternational” ASC, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 21.05.2013-cü il tarixində BKT-12 saylı lisenziyaların mərkəzi reyestrinə daxil edilmişdir. Həmin tarixdən etibarən verilmiş lisenziya əsasında, təminatlı və təminatsız kreditlərin verilməsinə, habelə “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər fəaliyyət növləri ilə qanunvericiliyə müvafiq qaydada məşğul olmaqdadır. BOKT-un məcmu / nizamnamə kapitalı 2022-ci il üzrə 5 milyon manat, 2023-cü ilin sonunda isə 8 milyon manat təşkil etmişdir.
BOKT-un Bakı və regionlarda ümumilikdə 36 filialı ilə fəaliyyət göstərir. BOKT-un məhsul və xidmətləri ilə www.icu.az saytından, 1543 Məlumat Mərkəzindən və ya sosial şəbəkələrdəki rəsmi səhifələrindən tanış ola bilərsiniz.
BOKT həm yerli, həm də beynəlxalq maliyyə mühitində olan yenilikləri izləməyə, bunları öz fəaliyyət istiqamətinə tətbiq edərək daha da təkmilləşməyə davam etməkdədir. Bundan sonra da uğurlu işlərə imza atmağa və müştəri məmnuniyyətini təmin etmək üçün mütərəqqi yolda inkişaf etməyə davam edəcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
5 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
5 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 5 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti

























